21 C
Baku
Friday, April 26, 2024

Azərbaycan kartofun məhsuldarlığını artırır, COVID isə qiyməti təzyiqdə saxlayır

Artıq payız məhsul yığımı başa çatıb. Azərbaycanda 2020-ci ilin ilk 10 ayı üzrə 982.1 min ton həcmində kartof yığımı həyata keçib.

Bu məhsul yığımı öncəki ilin analoji dövrü ilə müqayisədə 1.6% artım deməkdir. Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat daxil olub ki, 1 noyabr tarixinədək əkilən kartof sahələrinin 99.9 faizi yığılıb.

2020-ci il ərzində kartof becərilməsi üçün 56.9 min hektar ərazi seçilib, əkilmişdi. Bu öncəki ildə də eyni ərazini əhatə edirdi. Bu aqrar sektorda önəmli göstəricilərindən biri bu ilin əkin sahələrinin nə qədər məhsuldar olması idi. Cari ilin ilk 10 ayı üzrə Azərbaycanda kartofun məhsuldarlığı 173 sent/ha təşkil edib. Bu isə normalda hər hektara 17.3 ton həcmində kartof yığılması deməkdir. Öncəki ildə bu göstərici 170 sent/ha təşkil edirdi.

Göründüyü kimi bu il 3 sentner (300kq) hər hektarda artım olduğu görünür.

2018-ci ildə göstərilir ki, Azərbaycan ərazisində 59.3 min hektar ərazi kartof əkilib, lakin, həmin ərazidə cəmi 885.5 min ton həcmində kartof məhsulu yığılıb. Göründüyü kimi iki il öncə kartofun məhsuldarlığı 149 sent/ha təşkil etmişdir. 2018-ci ildən bu tərəfə Azərbaycanda kartof yığımım məhsuldarlığı hər hektarda 24 sentner (2.4 ton) artıb.

Ölkədə koronavirus (COVID-19) pandemiyası səbəbindən sərt karantin rejiminin tətbiq edilməsi turizm, restoran, toy və digər yığıncaqların fəaliyyətinə məhdud imkanlar açıb. Nəticədə, ölkədə ikinci strateji məhsul olan kartofa tələbat da azaldıb. Bu azalma nəticəsində kartofun qiyməti öncəki ilin 1 oktyabrında ortalama  0.85 manat (0.87 manat idxal edilən olub) olduğu halda, 2020-ci ilin eyni dövründə 0.70 manat ( 0.76 manat idxal olunan) olmuşdur.

Göründüyü kimi yerli kartofun qiymət indeksində 18 faizə yaxın azalma müşahidə edilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər