4 C
Baku
Monday, January 13, 2025

Azərbaycan keçən il avtomobil benzini idxalını artırıb

Azərbaycan 2024-cü ilin on ayında daha 140.6 ton Aİ-92 markalı avtomobil benzini idxal edib və bu, öncəki ilin eyni dövrünü iki dəfəyə yaxın üstələyir.

Banker.az xəbər verir ki, hesabat müddətində olan məlumatlara görə, bu benzinə görə ölkədən 124 mln. dollar valyuta xaricə axıb.

Keçən ilin eyni dövründə Azərbaycana xaricdən 86.6 mln litr və ya 60.2 mln. ABŞ dolları həcmində avtomobil benzini (Aİ92) idxal edilmişdi.

Benzinin 99.44 milyon litri Rusiya Federasiyasından idxal edilib və bunun da dəyəri 61.43 dollar olub.

Ümumilikdə bu il 7 ölkədən benzin idxal edilib.

Aİ-92 benzinin bir tonu xaricdən 881.88 dollara (1499 manat) idxal edilib. Bu da keçən illə müqayisədə 5 faiz ucuzdur. Keçən il benzinin bir tonu 926.56 dollar idi.

Azərbaycanda Tarif Şurasının 30 iyun 2024-cü il tarixli qərarına əsasən Aİ92 benzininin topdan satışının bir tonu 1 289.82 manat, pərakəndə satışının bir tonu isə 1441 manat müəyyən olunub.

Ölkəyə xaricdən premium – 95 oktanlı avtomobil benzini idxalı isə 65.12 min ton və ya  61.74 mln. dollar olub ki, bu da keçən illə müqayisədə 6% artımdır.

 

5345345

Son xəbərlər
Digər xəbərlər