0 C
Baku
Monday, February 24, 2025

Azərbaycan keçən il Rusiyaya $16 milyonluq viski və konyak satıb

Azərbaycan 2024-cü ildə xaricə viski ixracını kəskin artırıb, konyak (brendi) ixracını isə bir qədər azaldıb.

Banker.az xəbər verir ki, ən böyük idxalçılar arasında Rusiya lider mövqeyini qorumaqdadır.

Ötən il Azərbaycandan xaricə ümumilikdə 329.11 min dekalitr viski göndərilib ki, bunun da 9.55 milyon dollar dəyərində olduğu bildirilir. İxracın həcmi illik 84 faiz artıb. İxracın əsas hissəsi Rusiya bazarına yönəlib. Bu ölkəyə 327.29 min dekalitr viski satılıb və bunun dəyəri 9.36 milyon dollar təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycan daxilində 810.6 min dekalitr viski və konyak istehsal edilməklə illik 2.4 dəfə artıb.

Azərbaycanın konyak və viski brendi ixracı 320.27 min dekalitr olub və bu içkilərin ümumi ixrac dəyəri 11.84 milyon dollar təşkil edib. Xaricə bu içkilərin satış həcmi illik müqayisədə 45 faiz azalıb. Burada da Rusiya əsas bazar olub – ölkəyə 143.58 min dekalitr içki göndərilib ki, bunun dəyəri 6.41 milyon dollardır.

Digər ölkələrə ixrac aşağıdakı kimi olub:

İspaniya – 100 min dekalitr (2.12 milyon dollar)
Qazaxıstan – 65.85 min dekalitr (1.84 milyon dollar)
Ukrayna – 5.52 min dekalitr (176.13 min dollar)
Belarus – 4.57 min dekalitr (662.26 min dollar)
Özbəkistan – 0.24 min dekalitr (306.76 min dollar)
Almaniya – 0.11 min dekalitr (10.39 min dollar)
Latviya – 0.09 min dekalitr (18.48 min dollar)
Türkiyə – 0.01 min dekalitr (3.91 min dollar)
Estoniya – 0.01 min dekalitr (3.39 min dollar)

Son xəbərlər
Digər xəbərlər