Azərbaycanın 2024-cü ildə Türkmənistandan svop təbii qaz idxalının həcmi 405.17 milyon kub metr təşkil edib və öncəki illə müqayisədə idxalın həcmi xeyli aşağı düşüb.
Banker.az xəbər verir ki, Azərbaycanın 2024-cü ildə Türkmənistandan svop təbii qaz idxalının həcmi 405,17 milyon kubmetr təşkil edib və əvvəlki illə müqayisədə idxalın həcmi xeyli aşağı düşüb.
İdxal edilmiş təbii qazın dəyəri 60,78 milyon ABŞ dolları təşkil edib.
Azərbaycan Mərkəzi Asiya ölkəsindən 2023-cü ildə svop qazını 1 milyard 517,33 milyon kubmetrə qədər artırsa da (218,23 milyon dollar), növbəti ildə nəqlin həcmi 73 faiz aşağı düşüb.
Azərbaycan Türkmənistanla quru sərhəddi olmadığına görə, İran üzərindən svop şəklində təbii qaz idxal etməyə başlayıb. 2021-ci ildə Azərbaycan, İran və Türkmənistan liderlərinin birgə razılığı ilə nəql baş tutub və 2022-ci ildən start verilib.
Keçən il bu ölkədən təbii qazın hər 1000 kubmetri 150 ABŞ dollarına alınıb.