10 C
Baku
Monday, November 10, 2025

Azərbaycan keçən il xaricə $7.3 mln.-luq inək dərisi satıb

Azərbaycan keçən il xaricə iri buynuzlu heyvanların dərisinin ixracını kəskin artırıb.

Banker.az xəbər verir ki, 2024-cü ildə Azərbaycandan xaricə 301.33 min ədəd və ya 7 milyon 318.24 min ABŞ dolları dəyərində iribuynuzlu heyvanın dərisi ixrac edilib.

Bu da keçən il qeydə alınan 42.3 min ədəd və ya 776.87 min dolları düz 7 dəfə üstələmiş olub.

Azərbaycandan ixrac edilən dərilərin böyük hissəsi Türkiyəyə satılıb. Hesabata görə, ötən il dərilərin 244.55 min ədədi və ya  5 milyon 984.05 min dollarını Türkiyə alıb.

Dərinin bir ədədi xaricə ortalama 24 dollara satılıb.

  İribuynuzlu heyvan gönündən aşılanmış dərinin ixrac həcmi
Həcm, min əd. Dəyər, min $
Cəmi                            301.33    7,318.24
  Türkiyə                            244.55    5,984.05
  Çin                              23.83       446.61
  İran İslam Respublikası                              12.96       386.43
  Hindistan                              14.87       364.38
  Portuqaliya                                2.09          60.98
  Gürcüstan                                1.60          43.20
  Ukrayna                                1.43          32.59

 

Son xəbərlər
Digər xəbərlər