10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan kimya sənayesi məhsullarının istehsalını 20% artırıb

Ötən il Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1 117.9 mln. manatlıq məhsul istehsal edilib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki illə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 10.7 dəfə, kimya sənayesində 20.5%, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 13.5%, artıb.

Məlumata görə, əsas kimya məhsullarından polietilen istehsalı 38.5%, metanol istehsalı 24.4%, propilen istehsalı 17.3% artıb. Rezin və plastik kütlə məmulatlarından məsaməli polistirol lövhələr və zolaqların istehsalı 81.9%, plastik borular, borucuqlar və şlanqlar üçün fitinqlərin istehsalı 76.3% artıb.

Son xəbərlər
Digər xəbərlər