Azərbaycan Premyer Liqasında çıxış edən futbol klublarının 2023-cü ildəki ümumi gəlirləri bəlli olub.
Bu barədə UEFA-nın hesabatında bildirilib.
10 klubun ümumi gəliri 47 milyon avro olub. 18 milyon avro (38 faiz) kommersiya gəlirindən əldə edilib.
16 milyon avronu (33 faiz) UEFA təmsilçilərimizə verib. Digər gəlirlər 13 milyon avro (27 faiz), bilet satışından qazanc isə 1 milyon avro (2 faiz) göstərilib.