Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri açıqlanıb.
“Neftçi” futbolçularının ümumi transfer qiymətinə əsasən birinci pilləyə yüksəlib.
“Ağ-qaralar”ın hazırkı dəyəri 14.8 milyon avroya bərabərdir. “Qarabağ” 12.9 milyon avroluq dəyərlə ikinci pilləyə düşüb. İlk “üçlüy”ü isə 11 milyon 230 min avro ilə “Sabah” qapayır.
1. “Neftçi” – 14.8 milyon avro
2. “Qarabağ” – 12.9 milyon
3. “Sabah” – 11.23 milyon
4. “Zirə” – 7.33 milyon
5. “Turan Tovuz” – 6.08 milyon
6. “Sumqayıt” – 5.58 milyon
7. “Qəbələ” – 5.08 milyon
8. “Səbail” – 4.33 milyon
9. “Araz-Naxçıvan” – 3.03 milyon
10. “Kəpəz” – 2.48 milyon
Premyer Liqa klublarında çıxış edən futbolçuların ümumi dəyəri 72 milyon 840 min avrodur.