13 C
Baku
Wednesday, November 20, 2024

“Azərbaycan Kredit Bürosu” ötən il 119 milyona yaxın sorğu qəbul edib

2022-ci ildə “Azərbaycan Kredit Bürosu” MMC-yə (AKB) 118.6 milyon adi sorğu, o cümlədən 98.6 milyon toplu sorğu daxil olub ki, bu da 2021-ci illə müqayisədə müvafiq olaraq 3.5 dəfə və 3.4 dəfə çoxdur.

Bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Bundan başqa, sənədə əsasən, ötən il Büronun qəbul etdiyi skorinq sorğularının sayı 23 dəfə artaraq 4.6 milyona çatıb.

Xatırladaq ki, AKB 2018-ci il yanvarın 15-də yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır. Büronun səhmdarları hər biri 12,5 % payla 8 bank – “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank Azərbaycan” ASC-lərdir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər