2021-ci ildə “Azərbaycan Kredit Bürosu” MMC-yə (AKB) 33,5 milyon adi sorğu, o cümlədən 28,9 milyon toplu sorğu daxil olub.
Bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Bundan başqa, sənədə əsasən, ötən il Büro 0,2 milyon skorinq sorğusu da qəbul edib.
Xatırladaq ki, AKB 2018-ci il yanvarın 15-də yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır. Büronun səhmdarları hər biri 12,5% payla 8 bank – “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank (Azerbaijan)” ASC-lərdir.