15 C
Baku
Friday, March 29, 2024

Azərbaycan Kredit Bürosuna sorğuların sayı 65% artıb

Azərbaycan Kredit Bürosu (Büro) 06 mart 2018-ci il tarixindən etibarən kredit tarixçələrinin realizasiyasına başlamışdır. Hazırda Büro 30 bank, 12 ləğv prosesində olan bank, 44 bank olmayan kredit təşkilatı, 21 sığorta və 1 təkrarsığorta şirkəti ilə məlumat mübadiləsinin həyata keçirilməsi üzrə müqavilə rəsmiləşdirmişdir.

2018-ci ilin birinci rübünün yekunlarına əsasən fəaliyyət müddəti ərzində Büronun məlumat bazasından 117.310 kredit hesabatı sorğu olunmuşdur. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə kredit təşkilatları tərəfindən həyata keçirilmiş sorğuların sayından 65 faiz yüksəkdir. Qeyd edək ki, 2017-ci ilin mart ayında Mərkəzləşdirilmiş Kredit Reyestrində kredit təşkilatları tərəfindən 71.072 sorğu yerinə yetirilmişdi.
Büroda aparılmış sorğuların 106.047-si 30 bank, 11.263-ü isə 31 bank olmayan kredit təşkilatı tərəfindən həyata keçirilmişdir.

“Azərbaycan Kredit Bürosu” MMC ölkədə fəaliyyət göstərən 8 bankın – “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank Azərbaycan” ASC-lərin təşəbbüsü ilə 15 yanvar 2018-ci il tarixində yaradılmışdır.

Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanması, saxlanması, təhlili, kredit hesabatlarının formalaşdırılmasını, habelə borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur.

Son xəbərlər
Digər xəbərlər