13 C
Baku
Wednesday, November 20, 2024

“Azərbaycan Kredit Bürosu”nda yeni təyinat

“Azərbaycan Kredit Bürosu” MMC-də (AKB) yeni təyinat olub.

Banker.az -ın məlumatına görə, Seymur Əliyev “Azərbaycan Kredit Bürosu”nun Müşahidə Şurasının üzvü təyin edilib.

Ona qədər bu vəzifədə Ahmet Kudret İşler idi.

Seymur Əliyev 1983-cü ildə Gədəbəy rayonunda anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin, İstehsal və xidmət sahələrinin iqtisadiyyatı fakültəsinin Bakalavr, 2006-ci ildə isə e yni fakültənin Magistr pilləsini fərqlənmə ilə bitirib.

Əmək fəaliyyətinə 2008-ci il fevral ayından “Rabitəbank” ASC-də Mikrokreditlər şöbəsində mütəxəssis olaraq başlamışdır. 2008-ci il avqust ayından 2016-ci il aprel ayınadək Azərbaycan Respublikası Mərkəzi Bankında Kredit təşkilatlarına nəzarət departamentində çalışmışdır. Daha sonra Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Bank fəaliyyətinə nəzarət Departamentində aparıcı inspektor vəzifəsində fəaliyyətə başlamış və idarə rəisi vəzifəsinə yüksəlmişdir. 2020-ci il avqust ayından etibarən Ziraat Bank Azərbaycan ASC-də Risklərin İdarəedilməsi bölməsinə rəhbərlik etmişdir. 18 May 2021-ci il tarixində “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilmişdir.

Son xəbərlər
Digər xəbərlər