11 C
Baku
Monday, November 18, 2024

Azərbaycan Kredit Bürosunun rəhbərliyinə təyinat

“Azərbaycan Kredit Bürosu” MMC-nin Müşahidə Şurasının üzvlərindən biri dəyişib.

Banker.az xəbər verir ki, AKB-nin Müşahidə Şurasında “Rabitəbank”ı Elçin Qədimov təmsil edəcək, hansı ki, hazırda bankın İdarə Heyətinin birinci müavinidir (sabiq sədr). O, bu vəzifədə Elxan Bədirxanovu əvəzləyib.

Beləliklə, AKB-nin Müşahidə Şurası 12 avqust 2021-ci il tarixinə belədir:

  • Fərid Abuşov – Müşahidə Şurasının sədri
  • Cavid Mirzəyev – Müşahidə Şurasının üzvü
  • Elnur Həsənov – Müşahidə Şurasının üzvü
  • Elçin Qədimov – Müşahidə Şurasının üzvü
  • Elnur Məmmədli – Müşahidə Şurasının üzvü
  • Zamiq Məmmədov – Müşahidə Şurasının üzvü
  • Ahmet Kudret İşler – Müşahidə Şurasının üzvü

Xatırladaq ki, AKB 2018-ci il yanvarın 15-də yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır. Büronun səhmdarları hər biri 12,5% payla 8 bank – “Azərbaycan Beynəlxalq Bankı, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank (Azerbaijan)” ASC-lərdir

Son xəbərlər
Digər xəbərlər