10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan kreditlərin əldə edilməsi asanlığına görə birinci yerdə qərarlaşıb

Biznes Mühiti və Beynəlxalq Reytinglər üzrə Komissiyanın əsas işçi qruplarından biri də “Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupudur. Məhz bu işçi qrupu tərəfindən verilən təşəbbüslər və görülən işlər sayəsində Azərbaycan Dünya Bankının “Doing Business” hesabatı üzrə 190 ölkə arasında kreditlərin əldə edilməsi üzrə birinci yer əldə edib.

Bunu “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev “Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” işçi qrupunun iclasında deyib.

O bildirib ki, bu uğur bizə maliyyə sahəsi istiqamətində görülən işlərin mühüm bazasının yaradıldığını göstərir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər