18 C
Baku
Tuesday, June 24, 2025

Azərbaycan məktəblərində Çin dilinin tədrisi planlaşdırılır

Elm və Təhsil Nazirliyi Azərbaycan məktəblərində Çin dilinin tədrisini tətbiq etmək istəyir.

Bunu elm və təhsil naziri Emin Əmrullayev VIII ADA Beynəlxalq Təhsil Konfransında deyib.

Nazir bildirib ki, hansısa müəllim xarici dil tədris etməsi üçün başqa ölkədən dəvət olunursa, o lazımi əmək haqqı ilə təmin edilməlidir:

“Azərbaycanda isə bu barədə çevik olmayan sistem mövcuddur. Biz məktəblərdə Çin dilini tətbiq etmək istəyirik. Lakin bunun üçün sinifdə müəyyən sayda şagird olmalıdır. Sistem belə işləyir. Məsələn, 270 şagirdi bir yerə yığa bilməsəm, müəllimə maaş verə bilməyəcəyik. Bu problemləri aradan aldırmağa çalışırıq”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər