12 C
Baku
Monday, November 25, 2024

Azərbaycan Mərkəzi Bankı daha bir BOKT-a lisenziya verdi

Azərbaycan Mərkəzi Bankı “AzFinance” Bank Olmayan Kredit Təşkilatı MMC-yə lisenziya verib.

Bu barədə Banker.az-a daxil olan məlumatda qeyd edilir.

Məlumata görə, lisenziya 14 sentyabr tarixində təqdim edilib.

Hazırda, BOKT-un təkbaşına rəhbəri Əliyev İlqar Şükür oğlu, baş mühasibi Əliyeva Elnarə Müslüm qızı, daxili auditoru Muxtarov Məkan Maarif oğludur.

Qeyd edək ki, BOKT Bakı şəhəri Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı ev.36, məhəllə 488/489 m.26 hüquqi ünvanında 12 iyul 2021-ci ildə qeydiyyata alınıb və 300 min manat nizamnamə kapitalına sahibdir.

Yeni yaradılan BOKT-un Müşahidə Şurasının üzvləri Əliyeva Leyla Aslan qızı, Hüseynzadə Araz İmaməli oğlu və Budaqov İlham Aslan oğludur.

Son xəbərlər
Digər xəbərlər