11 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan Mərkəzi Bankı 1 milyon manatlıq daha bir lisenziya alır

Azərbaycan Respublikasının Mərkəzi Bankı “B and B Security Alliance Limited” MMC ilə 1.3 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Azərbaycan Respublikasının Mərkəzi Bankında istifadə olunan informasiya təhlükəsizliyi sistemlərinin lisenziyalarının 1 il müddətinə uzadılması və dəstəklənməsi xidmətinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 1.247.707 manatdır.

Qeyd edək ki, “B and B Security Alliance Limited” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 100 000 manatdır və qanuni təmsilçisi Murad Əsgərzadədir.

Son xəbərlər
Digər xəbərlər