Azərbaycan Mərkəzi Bankı 3 şirkətlə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, şirkətlər müvafiq olaraq “BLG” MMC, “Kristal LTD” MMC və Rafiq Əsəd oğlu Nəsibov-dur.
1-ci müqavilədə Azərbaycan Respublikası Mərkəzi Bankı üçün elektrik mallarının və avadanlıqlarının satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri 29 099 manatdır.
2-ci müqavilədə Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün 19 litrlik qablaşdırılmış içməli dispenser suyunun satın alınması nəzərdə tutulur. Müqavilənin məbləği 27 509 manatdır.
3-cü müqavilədə isə Azərbaycan Respublikası Mərkəzi Bankı üçün təsərrüfat mallarının satın alınması nəzərdə tutulur. Bu müqavilənin dəyəri 68 406 manatdır.