Azərbaycan Mərkəzi Bankı 4 şirkətlə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, bu şirkətlər “Estet” MMC, “Ofis Plus” MMC, “Laric Chemical” MMC və Rafiq Əsəd oğlu Nəsibov-dur.
“Estet” MMC ilə bağlanmış müqavilədə Azərbaycan Respublikası Mərkəzi Bankının Yevlax şəhəri, Heydər Əliyev prospekti 82 ünvanında yerləşən Ərazi İdarəsi üçün hava ilə soyudulan su soyutma qrupu (çiller) avadanlığının alınması və quraşdırılması işlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin ümumi məbləği 92 015 manatdır.
“Ofis Plus” MMC ilə bağlanmış müqavilə Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün dəftərxana mallarının satın alınmasıdır və məbləği 37 038 manatdır.
“Laric Chemical” MMC ilə bağlanmış müqavilədə Azərbaycan Respublikası Mərkəzi Bankı üçün dezinfeksiya və qoruyucu vasitələrin satın alınması nəzərdə tutulur. Buna görə AMB şirkətə 43 082 manat ödəyəcək.
4-cü müqavilə isə Azərbaycan Respublikası Mərkəzi Bankı üçün təsərrüfat mallarının satın alınmasından ibarətdir və dəyəri 61 985 manatdır.