5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan Mərkəzi Bankı 6 lot üzrə tender elan edib

Azərbaycan Respublikasının Mərkəzi Bankında istismarda olan informasiya sistemlərinin texniki və proqram platformalarının dəstəklənməsi və modernizasiyası üzrə tender elan edilib.

1.Azərbaycan Respublikasının Mərkəzi Bankı aşağıdakı lotlar üzrə açıq tender keçirir:

– 1-ci lot üzrə tenderin predmeti Əsas şərtlər toplusunun 1 №-li Əlavəsində göstərilən tələblərə uyğun olaraq Mərkəzi Bankda istismarda olan informasiya sistemlərinin (Baş Mühasibat Sistemi – Temenos T24, Baş Mühasibat Sistemi – ST hesabatlıq və büdcə modulu, Elektron statistik məlumat bazası və analitik hesabatlıq sistemi) proqram platformalarının dəstəklənməsi üzrə xidmətin satın alınması.

– 2-ci lot üzrə tenderin predmeti Əsas şərtlər toplusunun 2 №-li Əlavəsində göstərilən tələblərə uyğun olaraq Mərkəzi Bankda istismarda olan informasiya sistemlərinin lisenziyalarının (informasiya təhlükəsizliyi, texniki və inzibati dəstəkləmə sistemləri) dəstəklənməsi üzrə xidmətin satın alınması.

– 3-cü lot üzrə tenderin predmeti Əsas şərtlər toplusunun 3 №-li Əlavəsində göstərilən tələblərə uyğun olaraq informasiya təhlükəsizliyi üzrə proqram təminatlarının alınması və quraşdırılması xidmətinin satın alınması.

– 4-cü lot üzrə tenderin predmeti Əsas şərtlər toplusunun 4 №-li Əlavəsində göstərilən tələblərə uyğun olaraq Mərkəzi Bankda istismarda olan informasiya sistemlərinin (Baş Mühasibat Sistemi – Temenos T24, Baş Mühasibat Sistemi – ST hesabatlıq və büdcə modulu, Elektron statistik məlumat bazası və analitik hesabatlıq sistemi, Mərkəzi Bankın vahid qlobal şəbəkəsi) texniki platformalarının dəstəklənməsi üzrə xidmətin satın alınması.

– 5-ci lot üzrə tenderin predmeti Əsas şərtlər toplusunun 5 №-li Əlavəsində göstərilən tələblərə uyğun olaraq İnsan resurslarının idarə edilməsi sisteminin modernizasıyası və dəstəklənməsi üzrə xidmətin satın alınması.

– 6-cı lot üzrə tenderin predmeti Əsas şərtlər toplusunun 6 №-li Əlavəsində göstərilən tələblərə uyğun olaraq Mərkəzi Bankın rəsmi internet səhifəsinin yenilənməsi və dəstəklənməsi üzrə xidmətin satın alınması.

Tender proseduru 18 avqust 2017-ci il tarixində saat 15.00-da Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 90) keçiriləcəkdir.

2. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

– tenderdə iştirak üçün yazılı müraciət (ərizə);

– iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;

– tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

– tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;

– iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi üzrə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında, habelə satınalma prosedurlarında iştirak etmək üçün müvafıq dövlət orqanlarından arayış (xarici iddiaçılar tərəfindən məlumat);

– dəstəklənmə və təkmilləşdirmə xidmətinin göstərilməsi üçün müvafiq sistem və avadanlıqların hər biri üzrə ən azı 2 (iki) sertifikatlaşdırılmış mütəxəssisin olmasını təsdiq edən sənədlərin surəti;

– 1 – 4-cü Lotlar üzrə təklif olunan texniki avadanlıqların və proqram məhsullarının istehsalçısı olan şirkətlərin İddiaçını müvafiq olaraq informasiya sistemlərini dəstəkləməyə və malların satılmasına müvəkkil etdiyini təsdiqləyən Avtorizasiya forması (Manufacturer Authorization Form) və ya sənəd;

– iki nüsxədə Azərbaycan dilində tender təklifi (tender təklifi 03 oktyabr 2017-ci il tarixinədək qüvvədə olmalıdır);

– tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (Əsas şərtlər toplusuna əlavə edilən formada).

3. Hər bir iddiaçının iştirak etdiyi lot üzrə oxşar xidmətlərin göstərilməsində ən azı 2 (iki) illik təcrübəsi olmalıdır.

4. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 17 avqust 2017-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 08 avqust 2017-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanda yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.

5. İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikasının Mərkəzi Bankının aşağıdakı hesabına hər bir iştirak etdiyi lot üzrə 100 (bir yüz) manat məbləğində vəsait köçürməlidir: Azərbaycan Respublikasının Mərkəzi Bankı, hesab № AZ25NABZ01701190000000001944, m/h AZ74NABZ01451700000000001944, kod 501004, VÖEN 9900071001.

6. Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında aşağıda göstərilmiş hesaba ödəyə bilərlər: Correspondent Bank: FRNYUS33, Federal Reserve Bank of New York, corr. account number: 021088221 AZER, account № AZ25NABZ01701190000000001944.

7. Dəstəklənmə və təkmilləşdirmə xidmətlərinin göstərilməsi müddəti:

– 1-ci lot: Baş Mühasibat Sistemi – Temenos T24 proqram kompleksinin proqram platformasının dəstəklənməsi 28 oktyabr 2017-ci il tarixindən, Baş Mühasibat Sistemi – ST Hesabatlıq və Büdcə modulunun proqram platformasının dəstəklənməsi 27 oktyabr 2017-ci il tarixindən, Elektron statistik məlumat bazası və analitik hesabatlıq sisteminin proqram platformasının dəstəklənməsi 27 oktyabr 2017-ci il tarixindən etibarən 1 (bir) il ərzində həyata keçirilməlidir.

– 2-ci lot: informasiya sistemlərinin 1 (bir) illik dəstəklənmə lisenziyaları tender üzrə satınalma müqaviləsi imzalandığı gündən ən geci 30 (otuz) təqvim günü ərzində təhvil verilməlidir.

– 3-cü lot: informasiya təhlükəsizliyi üzrə proqram təminatları tender üzrə satınalma müqaviləsi imzalandığı gündən ən geci 90 (doxsan) təqvim günü ərzində Mərkəzi Bankda quraşdırılaraq təhvil verilməlidir.

– 4-cü lot: Baş Mühasibat Sistemi – Temenos T24 proqram kompleksinin texniki platformasının 1 (bir) il ərzində dəstəklənməsi 27 oktyabr 2017-ci il tarixindən, Baş Mühasibat Sistemi – ST Hesabatlıq və Büdcə modulunun texniki platformasının 1 (bir) il ərzində dəstəklənməsi 27 oktyabr 2017-ci il tarixindən, Elektron statistik məlumat bazası və analitik hesabatlıq sisteminin texniki platformasının 1 (bir) il ərzində dəstəklənməsi 27 oktyabr 2017-ci il tarixindən, Mərkəzi Bankın vahid qlobal şəbəkəsinin 3 (üç) il ərzində dəstəklənməsi xidməti 08 sentyabr 2017-ci il tarixindən etibarən həyata keçirilməlidir.

– 5-ci lot: tender üzrə satınalma müqaviləsi imzalandığı gündən ən geci 18 (on səkkiz) ay ərzində İnsan resurslarının idarəedilməsi sisteminin modernizasiyası üzrə xidmətlər yerinə yetirilərək təhvil verilməlidir. İnsan resurslarının idarəedilməsi sisteminin 1 (bir) illik dəstəklənmə lisenziyası tender üzrə satınalma müqaviləsi imzalandığı gündən ən geci 30 (otuz) təqvim günü ərzində təhvil verilməlidir.

– 6-cı lot: tender üzrə satınalma müqaviləsi imzalandığı gündən ən geci 90 (doxsan) təqvim günü ərzində Mərkəzi Bankın rəsmi internet səhifəsinin yenilənməsi üzrə xidmətlər yerinə yetirilərək təhvil verməlidir. İnternet səhifənin modernizasiyası üzrə xidmətlər Mərkəzi Banka təhvil verildikdən sonra tender üzrə satınalma müqaviləsi imzalandığı gündən 3 (üç) il müddətində Mərkəzi Bankın rəsmi internet səhifəsinin dəstəklənməsi həyata keçirilməlidir.

8. İddiaçıların tender təkliflərinin qiymətləndirilməsi amilləri: 1-4-cü lotlar üzrə maliyyə və texniki amillər (iddiaçının təcrübəsi), 5-6-cı lotlar üzrə maliyyə və texniki amillər (iddiaçının təcrübəsi, informasiya sisteminin spesifikasiyası).

9. Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş Tenderin əsas şərtlər toplusunu əldə edə bilər. Tender üzrə əlaqələndirici şəxs: Elman Muradov (İnformasiya texnologiyaları departamentinin əməkdaşı). Telefon: 493-11-22 (499), faks: 493-83-41, elektron poçt ünvanı: [email protected].

Son xəbərlər
Digər xəbərlər