13 C
Baku
Monday, May 6, 2024

Azərbaycan Mərkəzi Bankı bank kredit təşkilatının lisenziyasını ləğv edib

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə “Sənan Kredit İttifaqı” MMC-nin lisenziyası ləğv olunub.

Banker.az bu barədə requlyatora istinadən xəbər verir.

Məlumata görə, bununla da ölkədə lisenziyası olan kredit ittifaqlarının sayı 40-dən 39-a düşüb.

Qeyd edək ki, “Sənan Kredit İttifaqı” 2010-cu ildə, Lənkəran rayonunda yaradılıb və 4 min manat nizamnamə kapitalı var idi.

Sonuncu dəfə AMB Kİ-lərdən 2022-ci ildə lisenziya ləğv etmişdi. Həmin dövrdə lisenziyası ləğv edilənlər:

  • 14/10/2022: “Yüksəliş” Kredit İttifaqı
  • 28/03/2022: “Nuranə  Kredit İttifaqı
  • 28/03/2022: “Mikro Maliyyə” Kredit İttifaqı
  • 03/02/2022: “Ziya” Kredit İttifaqı
Son xəbərlər
 ⁠
Digər xəbərlər