Azərbaycan Mərkəzi Bankı kommersiya bankı “PAŞA Bank” ASC-yə icrası məcburi sərəncam verib.
Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.
Belə ki, “PAŞA Bank” ASC tərəfindən mart ayının sonuna Mərkəzi Banka təqdim edilən hesabatda “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”nın 4.8-ci bəndinin tələbi ilə müəyyən edilmiş, müddəti 5 (beş) il və ondan artıq olan istehlak kreditləri üzrə kredit tələblərinin maksimum məcmu miqdarı normativinin pozulmasına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47.1-ci maddəsinin tələbləri rəhbər tutularaq, Mərkəzi Bank tərəfindən “PAŞA Bank” ASC-yə müvafiq pozuntunun qısa müddətdə aradan qaldırılması və qeyd olunan halların gələcəkdə təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.
“Sözügedən pozuntu bankın maliyyə dayanıqlılığı üçün təhdid yaratmır”- deyə, məlumatda bildirilir.