Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün, aprelin 4-də müntəzəm keçirdiyi növbəti valyuta hərracında 30 mln. ABŞ dolları həcmində valyuta kütləsi almaq niyyətindədir.
Milli valyutanın devalvasiyaya başladığı son 14 ay ərzində AMB-nin valyuta bazarında ilk manat intervensiyası olacaq.
Qeyd edək ki, bugünkü hərracda AMB-nin kommersiya banklarından ABŞ dolları alaraq son günlərdə sürətlə möhkəmlənən manatın məzənnəsini sabitləşdirmək istədiyi ehtimal edilir. Hərracda AZN/USD məzənnəsinin kəskin dəyişiklik göstərməyəcəyi proqnozlaşdırılır.
Report








