Növbəti həftə Türkiyə Cümhuriyyətinin və Prezident Administrasiyası Maliyyə Ofisi ilə Azərbaycan Mərkəzi Bankı (AMB) arasında yüksək texnologiyaların inkişafı və Azərbaycanda rəqəmsallaşma istiqamətində həyata keçirilən tədbirlərin daha aktiv koordinasiyası məqsədilə müvafiq memorandumun imzalanması nəzərdə tutulub.
Bunu Mərkəzi Bankın Baş direktoru Fərid Osmanov bildirib.
Onun sözlərinə görə, memorandum çərçivəsində Azərbaycanda qardaş Türkiyə dövlətinin praktikasının ölkəmizə gətirilməsi, sığorta sektorunun, kapital bazarlarının rəqəmsallaşması istiqamətində məsələlər müzakirə olunacaq.
Bu yaxınlarda AMB-nin nümayəndə heyəti İstanbulda Türkiyənin müxtəlif maliyyə institutlarında görüşlər keçirib. Görüşlər zamanı Türkiyənin maliyyə sektorunda təlim və inkişaf məsələləri, maliyyə bazarlarında peşə və kvalifikasiya standartlarının tətbiqi sahələrində geniş fikir mübadiləsi aparılıb, sözügedən istiqamətlərdə Türkiyə təcrübəsinin ölkəmizdə tətbiqi perspektivləri və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Türkiyə Mərkəzi Bankının (TRMB) sədr müavini Emrah Şenerlə görüşdə gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi və intensivləşdirilməsi planları, xüsusilə maliyyə innovasiyaları sahəsində birgə araşdırma layihələrinin həyata keçirilməsi imkanları müzakirə edilib.
Bununla yanaşı, yanvarın 27-də Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Türkiyə Mərkəzi Bankında 1 milyard avro məbləğində 6 ay müddətinə depozit yerləşdirib.
Türkiyədə maliyyə sabitliyinə müsbət töhfə verən bu yatırım ARDNF-in investisiya strategiyası və Qaydaları çərçivəsində həyata keçirilib.