6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan Mərkəzi Bankı iki BOKT-a lisenziya verib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “Azkredit” ASC və “Nas Project” MMC bank olmayan kredit təşkilatlarına (BOKT) lisenziya verilib.

Banker.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 51-ə çatıb.

Xatırladaq ki, “Azkredit” 2019-cu ilin noyabr ayında, ləğv prosesində olan “Vijn Fond Azərkredit” MMC BOKT-un bazasında yaradılıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Mirzə Xəlil Şərifli küçəsi, ev 1, mənzil 34, nizamnamə kapitalı 300 min manat (müəyyən edilmiş minimum tələbə uyğun), qanuni təmsilçisi isə Ceyhun Məmmədəli oğlu Əliyevdir.

“Nas Project” isə 2020-ci ilin oktyabr ayında yaradılıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 105/35, mənzil 56, nizamnamə kapitalı 300 min manat, qanuni təmsilçisi isə Elnur Fəzli oğlu Məmmədovdur.

Son xəbərlər
Digər xəbərlər