21 C
Baku
Thursday, April 25, 2024

Azərbaycan Mərkəzi Bankı İtaliyanın Milli Mikrokredit Agentliyi ilə anlaşdı

Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri çərçivəsində Azərbaycan və İtaliya şirkətlərinin iştirakı ilə təşkil olunmuş biznes forumda Azərbaycan Mərkəzi Bankı (AMB) və İtaliyanın Milli Mikrokredit Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə AMB-yə istinadən xəbər verilir.

Məlumata görə, sənədi qurumun sədri Elman Rüstəmov və İtaliyanın Milli Mikrokredit Agentliyinin prezidenti Mario Baççini imzalayıb.

Memorandumun məqsədi Azərbaycanda mikrokredit və mikromaliyyə alətlərinin yaradılması, inkişafı təcrübəsinin mübadiləsi sahəsində tərəflər arasında əməkdaşlığı təşviq etməkdən ibarətdir. Sənədə əsasən, iki təşkilat arasında mikrokredit alətlərinin təşviq edilməsi, hüquqi və tənzimləyici çərçivənin inkişafı, monitorinqi və qiymətləndirilmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətlərdə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda bu əməkdaşlıq mikromaliyyə xidmətləri sahəsinin inkişafı və mikromaliyyələşmə fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə bu sahədə xarici tərəfdaş təşkilatlar ilə təcrübə mübadiləsi imkanlarının artırılmasında mühüm rol oynayacaq.

“Nəzərdə tutulan əməkdaşlıq ölkə prezidentinin iqtisadiyyatın inkişafında maliyyə sektorunun rolunun artırılması üzrə irəli sürdüyü vəzifələrin uğurla reallaşmasına, xüsusilə kiçik və orta sahibkarlığın maliyyə xidmətlərinə çıxışının daha da yaxşılaşdırılmasında kredit institutlarının rolunun yüksəldilməsinə də töhfə verəcək”, – deyə AMB-nin açıqlamasında qeyd olunub.

Xatırladaq ki, İtaliyanın Milli Mikrokredit Agentliyi Avropa İttifaqnının təşviq etdiyi və maliyyələşdirdiyi mikro-maliyyə alətlərinin təşviqi, tənzimlənməsi, qiymətləndirilməsi və monitorinqini həyata keçirən qurumdur.

©Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər