13 C
Baku
Wednesday, April 30, 2025

Azərbaycan Mərkəzi Bankı kredit ittifaqına məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı apreldə “Sevinc” Kredit İttifaqı MMC-yə icrası məcburi göstərişin verib.

Banker.az-a bu barədə AMB-dən məlumat verilib.

Belə ki, “Sevinc” Kredit ittifaqı MMC tərəfindən 2025-ci ilin I rübü üzrə hesabatların “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbləri pozularaq gecikmə ilə təqdim edilməsinə görə “Kredit İttifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinin tələblərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Sevinc” Kredit ittifaqı MMC-yə bu hesabatların qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilmişdir.

Xatırladaq ki, “Sevinc” Kredit İttifaqı 2002-ci ildə Bərdə şəhərində təsis edilib və 4 400 manat nizamnamə kapitalı var. Şirkətin rəhbəri Ağayev Ağahüseyn Məmməd oğludur.

Son xəbərlər
Digər xəbərlər