9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan Mərkəzi Bankı: neftin konsensus qiyməti 48 dollar olacaq

“Son vaxtlarda müxtəlif əczaçılıq şirkətlərinin təhlükəsiz və təsirli COVID-19 peyvəndinin istehsalı istiqamətində irəliləyişləri neft bazarına müsbət təsir göstərib”.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının pul siyasəti bəyanatında deyilir.

Mərkəzi Bank bildirir ki, yenilənmiş proqnozlar 2021-ci ildə neftə olan gündəlik tələbatın artacağını göstərir.

“Qeyd olunanları nəzərə alaraq bir sıra analitik mərkəzlər dekabrda 2021-ci ilə neft qiyməti proqnozunu artırmaq istiqamətində dəyişmişlər. Başlıca analitik mərkəzlər üzrə 2021-ci ilə konsensus qiymət 1 barelə görə 48 ABŞ dolları səviyyəsində qiymətləndirilir. Bununla belə təklifin artımının qiymət artımını məhdudlaşdıracağı gözlənilir. Digər tərəfdən pandemiyanın texnoloji innovasiyalara verdiyi təkan da nəzərə alınmaqla neft məhsullarına tələbdə uzunmüddətli azalma meyilinin davam edəcəyi ehtimal olunur”.

Son xəbərlər
Digər xəbərlər