2017-ci il әrzindә Azərbaycan Mərkəzi Bankı (AMB) müvafiq icra hakimiyyәti orqanı ilә razılaşdırılmaqla dövlәt büdcәsinә 4 630 064 min manat mәblәğindә vәsait köçürüb.
Bu barədə AMB-nin 2017-ci il fəaliyyəti üzrə audit hesabatına istinadən xəbər verilir.
Bank 31 dekabr 2017-ci il tarixindә tamamlanan il üzrә 3 513 453 min AZN (2016-cı ildə 401,664 min AZN) mәnfәәt әldә edib. “Azәrbaycan Mәrkәzi Bankı haqqında” qanunun 12-ci maddәsinә uyğun olaraq qurumun kapital ehtiyatları formalaşdırıldıqdan vә illik maliyyә hesabatı auditor rәyi ilә tәsdiqlәndikdәn sonra reallaşdırılmış mәnfәәtin sәrbәst qalığı dövlәt büdcәsinә (o cümlәdәn müvafiq icra hakimiyyәti orqanının müraciәtinә әsasәn müvafiq icra hakimiyyәti orqanı ilә razılaşdırmaqla dövlәt zәmanәti üzrә borc öhdәliklәrinin yerinә yetirilmәsini tәmin etmәk üçün “Büdcә sistemi haqqında” qanuna müvafiq olaraq yaradılan mәqsәdli büdcә fonduna) köçürülür.
AMB-nin 31 dekabr 2008-ci il tarixinә yaranmış kapital çatışmazlığının aradan qaldırılması mәqsәdi ilә Maliyyә Nazirliyi tәrәfindәn buraxılmış sadә veksel (borc öhdәliyi) 1 mart 2017-ci il tarixindәn etibarәn geri çağırılmış vә hәmin vekselin әdalәtli dәyәri mәblәğindә olan (244,987 min manat) dövlәt borc öhdәliyi bağlanıb.
31 dekabr 2017-ci il tarixinә Bankın nizamnamә fondu 500,000 min AZN (31 dekabr 2016: 500,000 min AZN) olub.
20 oktyabr 2015-ci il tarixindә Mәrkәzi Bank haqqında Qanuna edilmiş dәyişikliklәrә müvafiq olaraq bölüşdürülmәmiş mәnfәәtdәn әlavә 490 000 min manat AMB-nin nizamnamә fonduna köçürülәrәk, qurumun nizamnamә fondu 500 000 min manat olaraq formalaşdırılıb. 20 oktyabr 2015-ci il tarixindә qanunvericiliyə edilmiş dәyişikliklәrә müvafiq olaraq, Bankın kapital ehtiyatları onun nizamnamә fondundan az olmamalıdır vә buna görә dә Bank kapital ehtiyatlarını hesabat ilinin mәnfәәtindәn 290 483 min manat ayıraraq 500 000 min manat formalaşdırıb.
Qeyd edək ki, 2016-ci il üzrə audit hesabatına görə, Nazirlər Kabinetinin 10 yanvar 2017-ci il tarixli sərəncamına əsasən Bank 31 dekabr 2016 və hesabat tarixi arasındakı dövr ərzində dövlət büdcəsinə 1 954 859 min AZN məbləğində vəsait köçürüb.