“Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyətinə icrası məcburi göstəriş verilib.
Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
AMB tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyətinə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunundan (Qanun) irəli gələrək sığorta qaydalarında müəyyən edilən şərtlərlə sığorta müqavilələrinin bağlanılmasına dair tələblərin təmin edilməsi məqsədilə Qanunun 102.2.9-cu maddəsinə əsasən icrası məcburi olan göstəriş verib.