9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan Mərkəzi Bankı qlobal miqyasda “qeyri-müəyyənliklər”in artdığını deyir

BANKER.AZ – Azərbaycan Mərkəzi Bankı həftənin cümə günü (18 dek.) faiz dəhlizinə dair açıqlamasında Qlobal mühit və xarici sektor göstəriciləri ilə bağlı bir sıra önəmli məlumatları elan edib.

AMB qlobal iqtisadiyyatda bərpa prosesi zəif getdiyini vurğulamaqla prosesin “dayanıqlı” olmadığını deyir.

“Cari ilin III rübündə qlobal iqtisadi bərpanın müəyyən əlamətlərinin görünməsinin ardınca son aylar epidemioloji vəziyyətin yenidən pisləşməsinə cavab olaraq ayrı-ayrı ölkələrdə qəbul edilən sərt məhdudlaşdırıcı tədbirlər qeyri-müəyyənlikləri artırmışdır. İnkişaf etmiş iqtisadiyyatlarda yumşaq pul siyasəti və fiskal stimul tədbirləri davam edir. Ticarət tərəfdaşı olan ölkələrin maliyyə və valyuta bazarlarında dalğalanmalar yüksək olaraq qalır”.

Requlyator press-relizində deyir ki, dünya əmtəə bazarlarında “tarazlıq axtarışı” davam edir.  AMB, son vaxtlar müxtəlif əczaçılıq şirkətlərinin təhlükəsiz və təsirli COVID-19 peyvəndinin istehsalı istiqamətində irəliləyişləri neft bazarına müsbət təsir göstərdiyini deyir.

“Yenilənmiş proqnozlar 2021-ci ildə neftə olan gündəlik tələbatın artacağını göstərir. Brent markalı neftin orta qiyməti oktyabrda 41.6 ABŞ dolları olduğu halda, bu rəqəm noyabrda 44 ABŞ dollarına, dekabrın ötən dövründə isə 49.3 ABŞ dollarına yüksəlmişdir. Dünyanın başlıca analitik mərkəzləri 2021-ci ilə neftin proqnoz qiymətini yüksəltmək istiqamətində təshih etməkdədirlər”.

Profisitli (red- müsbət saldo) xarici ticarət balansı şəraitində ölkənin strateji valyuta ehtiyatları 50 mlrd. ABŞ dollarını və beləliklə illik ümumi daxili məhsulu üstələməkdə davam edir. Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlindən 3.3% artmışdır.

Son xəbərlər
Digər xəbərlər