Azərbaycan Respublikasının Mərkəzi Bankı “Sizin Sığorta Agentliyi” MMC ilə bağlı məhkəməyə müraciət edib.
Banker.az-ın məlumatına görə, işin mahiyyəti açıqlanmayıb.
İddia hakim Nərmin Əhmədovanın sədrliyi ilə araşdırılacaq. İşə Bakı Kommersiya Məhkəməsində baxılır.
Qeyd edək ki, “Sizin Sığorta Agentliyi” MMC 2012-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Vidadi Səfərovdur.