16 C
Baku
Monday, December 1, 2025

Azərbaycan Mərkəzi Bankı yeni departament direktoru təyin edilib

Azərbaycan Mərkəzi Bankının Maliyyə idarəetməsi departamentinə rəhbər təyin edilib.

Banker.az xəbər verir ki, bu, Mehriban Canməmmədova Məmməd qızıdır. O, 2009-cu ildən Mərkəzi Bankda çalışırdı.

Bu vəzifə indiyə qədər vakant idi.

Departamentin fəaliyyətinin əsas məqsədi Mərkəzi Bankda maliyyə planlaşdırılmasını, maliyyə uçotu və hesabatının təşkili, aparılması və maliyyə nəzarətinin həyata keçirilməsindən ibarətdir

Departamentin təşkilati strukturu aşağıdakı şöbələrdən ibarətdir:
1. Maliyyə hesabatlığı və daxili nəzarət şöbəsi;
2. Büdcə və maliyyə nəzarəti şöbəsi;
3. Daxili mühasibatlıq şöbəsi.

Son xəbərlər
Digər xəbərlər