8 C
Baku
Monday, December 2, 2024

Azərbaycan Mərkəzi Bankın valyuta ehtiyatları $11 mlrd.-dan aşağı düşüb

Azərbaycan Mərkəzi Bankının xarici valyuta ehtiyatlarının həcmi  noyabrda daha 403.9 mln. dollar və ya 03.55% azalıb.

Banker.az xəbər verir ki, 28 noyabr 2024-cü il tarixinə ehtiyatların həcmi 10 mlrd. 968 mln. manat təşkil edib.

Beləliklə, son iki ayda Mərkəzi Bankın xarici valyuta ehtiyatları valyuta bazarına müdaxilə fonunda 828 mln. dollar azalmış oldu.

Cari ilin ilk 11 ayında Dövlət Neft Fondu və Mərkəzi Bank banklara cəmi 6 milyard 457.5 milyon dollar satmış olub. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3 milyard 182.7 milyon dollar və ya 97.2% artımdır.

Keçən ilin eyni dövründə 3 milyard 274.7 milyon dollar satılmışdı.

Ötən ay ərzində baş tutan hərraclarda 672.7 milyon dollarlıq valyuta satılsa da, əsas satış mövqeyində çıxış edən ARDNF yalnız 174.4 milyon dollarlıq əməliyyatın onun üzərinə düşdüyünü bildirmişdi. Azərbaycan Mərkəzi Bankı isə valyuta bazarındakı tələbi dəstəkləmək üçün uçot faiz dərəcəsinə dair iclasda 424 mln. dollar məbləğində “xüsusi satış” həyata keçirdiyini bildirmişdi. Baş bankir bunun intervensiya kimi deyil, xarici valyutada dövlət xərclərinin icrasına dəstək məqsədilə edildiyini vurğulamışdı.

Son xəbərlər
Digər xəbərlər