17 C
Baku
Friday, October 18, 2024

Azərbaycan Mərkəzi Bankında təyinat

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub.

Banker.az xəbər verir ki, Sadiq Axundov Mərkəzi Bankın İT Əməliyyatları Departamentinin Direktoru təyin olunub.

Sadiq Axundov 2024-cü ilin martından iyul ayına kimi Mərkəzi Bankda məsləhətçi, 2019-cu ilin sentyabrından 2024-cü ilin martına kimi “Ziraat Bank Azərbaycan”da İT direktoru, “AGBank” və “Amrahbank”da isə müxtəlif illərdə rəhbər vəzifələrdə çalışıb.

O, “Bakı Dövlət Universiteti”ndə Tətbiqi riyaziyyat və kibernetika, informatika üzrə həm bakalavr, həm də magistr dərəcəsini bitirib. Bakı Dövlət Universitetində İnformasiyanın idarə edilməsi üzrə fəlsəfə doktoru – PhD dərəcəsinə yiyələnib.

Son xəbərlər
Digər xəbərlər