Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Mərkəzi Bankında (AMB) 929 vətəndaş qəbul edilib.
Banker.az AMB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 dəfə çoxdur.
9 aylıq qəbulların 578-i kredit təşkilatları, 306-sı sığorta şirkətləri, 25-i investisiya şirkətləri, 20-si isə digər məsələlərlə bağlı olub. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 2,8 dəfə, 8,7 dəfə, 13,6 % və 81,8 % çoxdur.