Azərbaycan Mərkəzi Bankında Kapital bazarlarına nəzarət departamentinin direktor müavini vəzifəsinə təyinat olub.
Banker.az xəbər verir ki, Namiq Quliyev Kapital bazarlarına nəzarət departamentinin direktor müavini təyin edilib.
O, 2023-cü ilin avqust ayından 2025-ci ilin iyul ayına kimi Azərbaycan Mərkəzi Bankında Kapital bazarları və infrastruktur nəzarəti şöbəsinin müdiri olub.
Namiq Quliyev 2005-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə bakalavr dərəcəsinə, 2014-2015-ci illərdə isə Queen Mary Universitetində maliyyə ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.