Azərbaycan Respublikasının Mərkəzi Bankı 2 şirkətlə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, bu şirkətlər “GT Solyuşnz” MMC və “Stell Technology” MMC-dir.
“GT Solyuşnz” MMC ilə bağlanmış müqavilədə Azərbaycan Respublikasının Mərkəzi Bankında istifadə olunan standart proqram təminatları üzrə lisenziyaların satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri 749 288 manatdır.
“Stell Technology” MMC ilə bağlanmış müqavilədə Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün kompüter və printer avadanlıqlarının satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri 570 000 manatdır.
İki müqavilənin cəmi məbləği 1 319 288 manatdır.






