8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan Mərkəzi Bankından “ASB Bank”la bağlı məcburi sərəncam

Azərbaycan Mərkəzi Bankı “Azərbaycan Sənaye Bankı” ASC-yə icrası məcburi sərəncam verilməsi barədə sərəncam verib.

Bu barədə Banker.az-a requlyatordan məlumat daxil olub.

“Azərbaycan Sənaye Bankı” ASC tərəfindən məcmu halda likvidliyin örtülmə əmsalının düzgün hesablanmaması nəticəsində 2024-cü ilin fevral ayının sonuna Mərkəzi Banka təqdim edilən hesabatda Mərkəzi Bankın “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nın 7.2-ci bəndi ilə müəyyən edilmiş həddən yuxarı saxlanması tələbini təmin etmədiyinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinin tələblərini rəhbər tutaraq Mərkəzi Bank tərəfindən “Azərbaycan Sənaye Bankı” ASC-yə bu sahədə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilmişdir.

“Sözügedən pozuntu bankın maliyyə dayanıqlığı üçün təhdid yaratmır”, – deyə məlumatda qeyd edilir.

Son xəbərlər
Digər xəbərlər