Azərbaycan Mərkəzi Bankının yeni binası artıq tikilməkdədir.
Banker.az Azərbaycan Mərkəzi Bankının tikintisindən olan yeni görüntüləri təqdim edir.
Mərkəzi Bankın yeni inzibati binası 37 mərtəbədən ibarət olacaq. Bakının Heydər Əliyev prospektində yerləşəcək binanın hündürlüyü 168 metrə bərabər olacaq.
Xatırladaq ki, Türkiyənin “Tekfen Holding” şirkəti, törəmə şirkəti “Tekfen İnşaat”ın Azərbaycan Mərkəzi Bankı üçün yeni inzibati binanın tikintisi tenderinin qalibi olduğunu açıqlayıb. Layihənin məbləği 218 milyon avro müəyyən olunub.