13 C
Baku
Saturday, November 23, 2024

Azərbaycan Mərkəzi Bankının ölkə iqtisadiyyatinda rolu

Müstəqil Azərbaycan bank sisteminin təşəkkül prosesi qısamüddətli xarakter daşısa da , bu müddət ərzində Azərbaycan   Mərkəzi Bank  sisteminin formalaşması üçün heç də asan olmamışdır. 

 Bank sektoru kommersiya təşkilatlarının iqtisadi həyatının formalaşma, yaşamağa canatma, müflisləşmə, birləşmə kimi fazalarından keçmişdir. Tarixi baxımından 10 il böyük deyil.Amma bu , ölkədə, o cümlədən bank sistemində görülən işlərdən əldə olunan nailiyyətlərin miqyası baxımından böyük tarixi inkişaf dövrüdür. Azərbaycan  banklarının xarici ölkələrin banklarından, beynəlxalq maliyyə institutlarından kreditlər cəlb etməsi, eləcə də Azərbaycanının bank kapitalının xarici bank bazarında iştirak etməsi Mərkəzi Bank  sisteminin beynəlxalq aləmdə də nüfuz və inam qazanmağa başladığını göstərir.  Mən bu məqaləmdə məhz AMB son 20 ildə  AR-da olan xidmətlərindən danışacam. Hər bir şəxs üçün maraq oyada bilər ki AMB son 20 ildə hansı fəaliyyətləri  həyata keçirmək üçün lazımlı şərtlər üzərində dayanmış və müasirləşmə müddətində həll edilməsi lazım olan aktual problemləri nəzərdən keçirmişdir.

Gəlin bir qədər geniş baxaq :

“Azacıq tərcübə çox nəzəriyyədən dəyərlidir” bir qədər təhlükəli olsa da, yarı həqiqətdir. Sağlam nəzəriyyə qədər pratiki olan heç nə yoxdur. İxtisasçı bu biliklərin tətbiqi ilə dəfələrlə qarşılaşdığı problemlərə cavab tapa bilər.

Hökümətin kənd təsərrüfatına subsidiyaları  siyasəti fonunda fermerə bu qədər böyük məbləğdə kredit verilməsi ağıllı işdirmi ?
Bank meneceri soruşur: “ Şosse yolunun çəkilməsi yaxınlıqda yerləşən müxtəlif evlərin dəyərinə necə təsir göstərər ?

Mülk alqı –satqısı ilə məşğul olan agent soruşa bilər: Mühasib üçün maraqlı ola bilər,görəsən “hökümət növbəti ildə gəlir vergisini və ya mənfəət vergisini artıracaqmı ?”.

Firmanın katibi maraqlanır.Firmanın gəliri harada daha sərfəli olaraq investisiya edilə bilər?
Hər kəs bu suallara fərqli yanaşa bilər lakin iqtisadçılar və bank sektorunda çalışan hər bir ixtisasçı  bu suallara daha geniş fikir söyləyə bilər çünki onlar həm pratiki həmdə nəzəri olaraq bu sahədə təcrübələri çoxdur. Mən bir iqtisadçı kimi aşağıdakı suallara qısaca olaraq belə cavab verirəm.Yazdığım bu məqaləni 3 sual əsasında izah edəcəm .

IQTISADIYYATDA MƏRKƏZİ BANKIN ROLU NƏDƏN IBARƏTDIR?

Cavab:  Xalqın, Dövlətin  Mərkəzi bankı olaraq, Mərkəzi bank əsasən  3 işi  görür:
O bank, maliyyə və ödəniş sistemlərinin   təhlükəsiz, möhkəm və stabil saxlamaq üçün  işləyir.

O NECƏ FƏALIYYƏT GÖSTƏRIR?
Cavab: Eyni zamanda o dövlətə və bank sisteminə  maliyyə xidmətləri göstərir.

O IQTISADIYYAT ÜÇÜN NƏ EDƏ BILƏR?
Cavab: Sonda və ən önəmli,Mərkəzi Bankın  pul siyasətinin idarəetməsi maksimum sabit iş məşğulluğunu və stabil qiymətləri təmin etməklə iqtisadiyyatın uzun müddət sağlam qalmasını təmin edir.
Gəlin bir qədər geniş baxaq:

IQTISADIYYATDA MƏRKƏZİ BANKIN ROLU NƏDƏN IBARƏTDIR?
Ümumiyyətlə hər bir ölkənin maliyyə sistemini təşkil edən dörd əsas meyar mövcuddur:

1)    Mərkəzi Bank 2) Maliyyə vasitəçiləri 3) İş adamları  d) Investisya qoymaq istəyənlər.
Bunlar arasında ən önəmli rolu daşıyan Mərkəzi Bankdır. Bunlara baxmayaraq Mərkəzi Bankın spesifik funksiyalarını tam olaraq söyləmək çox çətindir. Mərkəzi bankın reklamı onun üzərinə düşən funksiyalarla qarşılıqlı əlaqədədir. Bu funksiyalar isə zamana, ehtiyaclara və ölkənin maliyyə sisteminin strukturuna görə dəyişdirilə bilər. Mərkəzi Bankın tarixi iki əsr əvvələ gedib çıxır. Müasir dövrümüzdəki Mərkəzi Bankın strukturu isə tam olaraq yeni bir formaya gəlib çıxmışdır. Elektrik enerjisi və avtomobil kimi mərkəzi banklarda 20 əsrin məhsuludur.

Ancaq onuda qeyd etmək lazımdır ki , 20 ci əsrin əvvəlində qərb dünyasında da heç bir Mərkəzi Bank fəaliyyət göstərməmişdir.  Qeyd edək ki , Mərkəzi Bankların ümumi xarakterikasına baxsaq bütün ölklərin bank sistemlərinin əsas hissəsini mərkəzi banklar təşkil edir. Ayrı ayrı ölkələrdə isə bu banklar müxtəlif cür adlandırılır: Milli Bank, Xalq Bank, Dövlət Bankı, Ehtiyat Bankı, Emissiya Bankı,Federal Ehtiyat  Sistemi, bəzi ölkələrdə isə sadəcə ölkələrin adı ilə bağlı olaraq, məsələn Italiya Bankı, Yaponiya Bankı və s. adlandırılır.  Müxtəlif ölkələrdə mərkəzi banklar müxtəlif illərdə yaranmışdır.

Ümumiyyətlə, onlardan ən birincisi təqribən üç əsr əvvəl İsveçrədə 1668 ci ildə yaranmışdır. Ingiltərədə Mərkəzi Bank 1694-cü ildə , Fransada 1880- ci ildə, Almaniyada Reyxsbank 1875- ci ildə, Italiyada 1893- cü ildə, Norveçdə 1816- cı ildə,ABŞ –da Federal Ehtiyat Sistemi 1913- cü ildə, Rusiya Dövlət Bankı 1860 – cı ildə, Azərbaycan Milli (Mərkəzi ) bankı 1992- ci ildə yaranmışdır.

Müasir maddi sistemin əsasını təşkil edən –Mərkəzi Bank, ölkə iqtisadiyyatının şəffaf eləcədə ölkənin maliyyə işlərini yerinə yetirilməsində önəmli rola malikdir. Mərkəzi bankın funksiyalarının ölkədən ölkəyə dəyişməsinə baxmayaraq , müasir mərkəzi bankın 3 vacib funksiyası mövcuddur.
1)    Ölkənin pul bazarında şəffaflığın qorunması 
2)    Banknotların və istiqrazların mənbəyi olaraq xidmət göstərməsi 
3)    Ölkənin bank funksiyasının öz üzərinə götürməsi

Dünya maliyyə bazarlarında ən vacib iştirakçılar arasında Mərkəzi Banklar , pul siyasətini həyata keçirən dövlət orqanlarıdır. Mərkəzi Bankların fəaliyyəti , faiz dərəcələrinə , kredit məbləğinə , pul kütləsinə və o yalnız birbaşa  maliyyə bazarlarında  Mərkəzi Bankların nəzarəti   faiz dərəcələrinə, kredit məbləğinə, və pul kütləsinə təsir göstərir və  o yalnız  bütün maliyyə bazarlarına birbaşa təsir göstərə bilmir, lakin ümumi məhsula və inflasiyaya da öz təsirini göstərə bilir.   Mərkəzi Bankın maliyyə bazarlarında oynadığı rolu başa düşmək üçün ən azından ümumi iqtisadiyyatı başa düşməyə ehtiyac duyulur ki , bu  təşkilatlar necə işləyir. Mərkəzi Bankın ölkə iqtisadiyyatında rolunun əsas işlərindən biridə  odur ki , Mərkəzi Bank ölkənin bank sisteminə nəzarət edir və bank sistemlərinə görə məsuliyyət daşıyır. Onlar kommersiya bankından informasiyanı toplayır və iki yol ilə zəruri qərarılar qəbul edirlər.

1.    Bank təqdiqatı ( yoxlaması)  aparmaq. 
2.    Bank tənzimlənməsini icra etmək.

Ölkə İqtisadiyyatında və maliyyə sistemində Mərkəzi Bankların rolları
Maliyyə sistemində mərkəzi banklar tərəfindən adətən oynanan rollar aşağıdakılardır:

a)Bazarın  sabitləşdirməsi b) Pul kütləsinə nəzarət c) Son kreditor instansiyası (Borc üçün alınacaq son yer). d) Bank sisteminin fəaliyyətinə nəzarət e) Ödənişlərin axınını qorumaq və yaxşılaşdırmaq

Mərkəzi bank məqsəd və kanallar onun əsas ölkə iqtisadiyyatında apardığı işlər:
1. Ehtiyatlarının tam məşğulluğu 2. Bütün mal və xidmətlərin ümumi qiymət səviyyəsinə münasib şəkildə  stabillik etmək . 3. Sabit şəkildə  iqtisadi artım  4. Ölkənin  ödəniş balansının ( Tədiyyə balansının ) stabil saxlamaq

Dünyada Mərkəzi Bankın  əsas məqsədləri
a)Müvafiq  qiymət sabitliyi / inflyasiyanın  aradan qaldırılması b) Tam Məşğulluq c) Davamlı Iqtisadi Artım
d)    Ödəniş balansında və ya Tədiyyə balansında  tarazlıq
Dünyada Mərkəzi banklar tərəfindən istifadə edilən valyuta siyasətinin kanalları

          AZƏRBAYCAN MƏRKƏZİ BANKININ İQTİSADİYYATDA ROLU NƏDƏN İBARƏTDİR ?
Əvvəlcə qeyd etdiyimiz kimi iqtisadiyyatda Mərkəzi Bankın rolu nədən ibarətdir sualına qısa olsada cavab vermişdik  ümumi bir halda lakin indi isə son bu 20 ildə AMB –bank maliyyə və ödəniş sistemlərinin təhlükəsiz , möhkəm və stabil saxlamaq üçün hansı strategiyalrı həyata keçirib.

AZƏRBAYCAN MƏRKƏZI BANKININ  BANK  SISTEMINİN NƏZARƏTİNDƏ FƏALİYYƏTLƏRİ VƏ İNKİŞAFI
Bank sisteminə nəzarət və bu öhdəlikləri  həyata keçirməklə Mərkəzi Bank   aşağıdakı mühüm məqsədlərini reallaşdırır:
•    Bütövlükdə ölkənin maliyyə sistemində sabitliyin təmin edilməsi :
•    Bankların ictimai vəasitlərindən səmərəli istifadəsinin təmin edilməsi :
•    Əhaliyə məxsus vəasitlərin qorunması,saxlanması və sığorta olunmasını təmin edilməsi.
•    Banklar iqtisadiyyatın xüsusi özünəməxsus subyektidir. Onların fəaliyyətində əmtəə rolunda pulun  çıxış etməsi

Bank fəaliyyətinə nəzarəti təşkil etdiyindən və həyata keçirildiyindən əmanətçilərin maraqlarının pozulmasına görə Mərkəzi Bankın məsuliyyət daşıdığı güman oluna bilər. Lakin mövcud qanunvericiliyə uyğun olaraq Kommersiya bankları müstəqil hüquqi şəxsdir və müştərilərlə qarşılıqlı əlaqələrin seçilməsində sərbəstdir. Ona görə də kredit təşkilatlarının fəaliyyətində məsuliyyəti Mərkəzi Bankın üzərinə atmaq, fikirimizcə,düzgün olmaz. Söhbət onun məsuliyyətindən deyil, nəzarət sisteminin keyfiyyətinin yaxşılaşdırılmasından, səmərəliliyinin artırılmasından,həmçinin nəzarətin metodlarından gedə bilər. AMB   Bank nəzarətinin avtomatlaşdırılması çərçivəsində avtomatlaşdırılmış prudensial nəzarət hesabat sisteminin tətbiqi istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Bank nəzarətinin normativ bazasının Əsas Bazel Prinsiplərinə uyğunlaşdırılması davam etdirilmişdir. Eyni zamanda yeni valyuta qanunvericiliyi əsasında valyuta tənzimlənməsi daha da təkmilləşdirilmiş, çirkli pulların maliyyə sektoru vasitəsilə yuyulmasının qarşısının alınması üzrə dünya təcrübəsi öyrənilmişdir.

Qeyd edək ki ,Bank nəzarətinin keyfiyyətcə təkmilləşdirilməsi davam etdirilmişdir. İl ərzində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin geniş texniki yardımından istifadə etməklə ayri-ayrı bank risklərini tənzimləyən metodoloji baza, habelə Milli Bankın nəzarət funksiyası təkmilləşdirilmişdir. Bu günlərdə AMB   Bazel sisteminin  hesablama və idarə sisteminin yeni standartlarını qismən həyata keçirməyə başladı. Hal –hazırda AMB-da yeni idarə sistemi təyin olunmuşdur. Hər bank üçün 18 aylıq müddət təyin edilmişdir. Bu müddət ərzində bank bir dəfə bütün olaraq nəzarət  edilməyə “Bankın həcminə görə”  tutulur və  müəyyən normalara görə maliyyə analizi edən xarici nəzarət  sistemi vardır. Bəzi Beynəlxalq təşkilatlar və mərkəzi banklar Bazel-2 keçiddə AMB-a kömək etməkdədirlər. Bazel-2 yalnız bank sektorunun deyil eyni zamanda bank müştərilərinin istəklərinə cavab verir və əlbətdə, Azərbaycanın bank sektoru fəaliyyətlərini artıraraq xidmət alanını genişlədəcək və keyfiyyətini yüksəldərək inkişaf edəcək. Bank nəzarəti üzrə formalaşan Bazel-III standartlarını nəzərə alaraq Mərkəzi Bank özünün makroprudensial çərçivəsini təkmilləşdirmişdir. Prudensial tədbirlər system risklərnin minimallaşdırılması, bankların sabit fəaliyyətinin təmin edilməsi və etimadın saxlanılmasına yönəldilmişdir. Kapital, likvidlik və makroprudensial nəzarət alətləri üzrə yeni Bazel-III konsepsiyasına əsasən maliyyə sektoruna yeni dayanıqlıq normativlərinin tətbiqi tövsiyə olunmuşdur. Bu normativlər bütövlükdə, bank sektorunun protsiklik davranışlarını məhdudlaşdıraraq onları iqtisadi şokların mənfi təsirlərindən daha etibarlı şəkildə qorumalıdır.Bunları nəzərə alaraq, AMB aşağıdakı tədbirləri həyata keçirmişdir:

–    Bankların idarəetmə potensialı və risk menecment sistemləri gücləndirilmişdir;
–    Maliyyə ehtiyatlanması səviyyəsi daha da artırılmışdır;
–    Aktivlərin sağlamlaşdırılması tədbirləri davam etdirilmişdir;
–    Kapitalizasiya proqramları qəbul edilmiş və həyata keçirilməyə başlanmışdır;
–    Likvidliyin idarə edilməsinin yeni çərçivəsi qəbul edilmiş, yeni normativlərin tətbiqi üçün hazırlıq işlərinə başlanılmışdır.

Mərkəzi Bankin  Çirkli Pullarin Yuyulmasina Qarşi Tədbirləri

Yeni bank qanunvericiliyinin qüvvəyə minməsi ilə əlaqədar olaraq, AMB tərəfindən mühüm təşkilati dəyişiklər həyata keçirilmişdir. Bu prosessin çərçivəsində, bank sektorunda pulların yuyulması (PY) və terrorizmin maliyyələşdirilməsinə (TM) yol verilməməsi üçün bankın nəzarət departamentinin nəzdində çirkli pulların yuyulması üzrə yeni bölmə yaradılmışdır. Bu bölmə lazımı səviyyədə personalla və resurslarla təhciz olunacaqdır. Onların səlahiyyətlərdən kənar bir məsələ yaranarsa, onlara səviyyəli texniki köməyinin cəlb edilməsinə imkan yaranacaqdır. Bölmənin əsas funksiyaları aşağıdakılardan ibarətdir:
o    Kredit təşkilatlarından şübhəli əməliyyatlar barəsində məlumatların alınması və təhlil edilməsi;
o    Azərbaycan Respublikası qanunvericiliyi çərçivəsində fiziki şəxslər tərəfindən 50.000 ABŞ dollarından çox həcmdə aparılan əməliyyatlar barədə məlumatların alınması və təhlil edilməsi, və onlarla bağlı şübhə yarandıqda hüquq-mühafizə orqanlarına məlumat verilməsi;
o    Azərbaycan Respublikasının yurisdiksiyasından kənarda olan, 10.000 ABŞ dollarından yuxarı olan fiziki şəxslər tərəfindən həyata keçirilən köçürmələr haqqında məlumatların alınması və təhlil edilməsi;
o    Xarici maliyyə məlumat bölmələri və ya müvafiq xarici hökumət strukturları ilə praktiki əməkdaşlığın yaradılması;
o    PY/TM-də şübhəli şəxslər üzrə elektron məlumatlar bazasının təzələnməsi;
o    Banklar üçün yeni tələblərin inkişafı (yeni qaydalarının hazırlanması);

    PY/TM sahəsində yeni təcrübələrinin öyrənilməsi və AMB-nin rəhbərliyi üçün təkliflərin hazırlanması.

AMB PY sahəsində fəaliyyətini davam edərək PY/TM çərçivəsində hüquqi/institusional islahatları həyata keçirir. Bu cəhdlərin nəticəsində 2006-cı il mayın 12-də Cinayət Məcəlləsinə əlavələr qüvvəyə minmiş, beynəlxalq standartlarla “pulun yuyulması” ifadəsinin uyğunlaşdırılması və bütün kriminal proseslərə dair məcburi müsadirə tələbi ilə “ümumi kriminal yanaşma” nöqteyi-nəzərindən pulların yuyulması kriminal pozulmalara yeni maddə əlavə olunmuşdur. USAİD ilə sıx əlaqədə inspektorlardan digər əməliyyatlar arasında potensial PY-na xüsusi diqqət verərək bankların PY/TM siyasətlərini yoxlamağa və təhlil etməyi tələb edən yeni bank nəzarəti metodologiyası hazırlanmış və təsdiq edilmişdir. 2005-ci ildə AMB-yə kommersiya bankları tərəfindən 543 şübhəli tranzaksiyalar haqqında hesabatlar təqdim olunmuşdur. O cümlədən 95 hesabat yerində inspeksiyalar zamanı əsaslı şəkildə istintaq edilmişdir. Bu inspeksiyaların nəticəsində yalnız 8 inzibati qaydanın pozulması aşkar olunub, o cümlədən 2 banka qarşı inzibati sanksiyalarla nəticələnmişdir. Hazırda 17 hesabat istintaq üçün hüquq-mühafizə orqanlara göndərilmişdir.

  AZƏRBAYCAN BANK SISTEMIN HAL- HAZIRDAKI VƏZIYYƏTI

Azərbaycan Mərkəzi Bankının  səmərəli fəaliyyətində bankların maliyyə sabitliyinin təmin edilməsi

Pərakəndə bank xidmətlərinin inkişafının stimullaşdırılmasında Mərkəzi Bankın rolunu xüsusilə qeyd etmək lazımdır. Mərkəzi Bankın bu sahədə fəaliyyətinin istiqamətlərindən biri normative bazanın təkmilləşdirilməsu olmuşdur.  Son illər ölkəmizdə bank sisteminin inkişafı sahəsində Mərkəzi Bank tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bankların aktivləri və kapitalı yüksək templə artmış, resurs bazası isə xeyli genişlənmişdir. Belə ki, 2006-cı ilin əvvəlinə banklarda kreditlərin ÜDM-ə nisbəti 2004-cü ilin müvafiq dövründəki 8,3%-dən 11,8%-ə, cəlb edilmiş depozitlərin nisbəti isə uyğun olaraq 10,5%-dən 12,1%-ə çatmışdır. Onu da qeyd edək ki, 2004-cü ildə 2003-cü ilə nisbətən bank aktivlərinin artım tempi ÜDM-in artım tempini 5-6 dəfə üstələdiyinə görə, bank aktivlərinin ÜDM-də xüsusi çəkisi 14,2%-dən 19,9%-ə qalxmışdır. 2005-ci ildə isə bank aktivlərinin artım tempi 2004-cü illə müqayisədə bir qədər zəifləmiş və nəticədə 2006-cı ilin əvvəlinə onun ÜDM-ə nisbəti 19,0% təşkil etmişdir. 2005-ci ildə bank sisteminin kapitalının ÜDM-ə nisbəti isə 2004-cü illə müqayisədə 0,1faiz bəndi artaraq 2,9%-ə çatmışdır. Respublikanın bank sisteminin inkişafında baş verən müsbət meyllər son illərdə bankların kapitallaşma dərəcəsinin, apardıqları əməliyyat növlərinin və həcminin artırılması və s. hesabına daha da güclənmiş, ölkə iqtisadiyyatinda bankların vasitəçilik rolu xeyli artmışdır. AR Milli Bankının hesabat məlumatlarına görə, 2005-ci ildə bank aktivləri 2004-cü illə müqayisədə 577 milyon manat və ya 34,5% artaraq 2006- cı ilin əvvəlinə 2252 milyon manata çatmışdır. Araşdırmalar göstərir ki, bankların kredit əməliyyatlarının inkişafında mühüm meyl istehlak kreditlərinin həcminin kəskin artımı olmuşdur. Belə ki 2004-cü ildə fiziki şəxslərə verilmiş kreditlərin həcmi 81,7% artaraq 274,4 mln. manat, 2005-ci ildə isə 44,7% artaraq 369,5 mln. manat təşkil etmişdir.Qeyd edilənlərdən göründüyü kimi, son vaxtlar əhalinin kreditləşməsi bank xidmətlərinin mühüm hissəsinə çevrilməkdədir. Belə ki, 2004-2005-ci illərdə bu kreditlər cəmi kredit portfelinin 26-28 faizi civarındadır. Bank sisteminin inkişafının digər mühüm istiqamətlərindən biri ticarət və xidmət sektoru ilə əlaqələrin xeyli güclənməsidir. 2005-ci ildə bu kreditlərin həcmi 66,4 faiz artaraq 2006-cı ilin əvvəlinə 361,2 mln. manat təşkil etmişdir ki, bunun da nəticəsində cəmi bank kreditlərində ticarət və xidmət sektoruna verilmiş kreditlərin payı müvafiq olaraq 24%-dən 25,8%-dək artmışdır. Son vaxtlar banklar tərəfindən real sektora yönəldilmiş kreditlərin həcmi də əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, təkcə 2005-ci ildə energetika, kimya və təbii ehtiyatlar sektoruna verilmiş kreditlərin məbləği təxminən 8 dəfə artaraq 2006-cı ilin əvvəlinə 181,4 mln. manat təşkil etmişdir. Həmin kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi isə müvafiq olaraq 2,5%-dən 12,9%- dək artmışdır. Aqrar sahəyə yönəldilmiş kreditlərin həcmi 2004-cü illə müqayisədə 2 dəfəyə yaxın artmaqla 94,8 mln. manat təşkil etmişdir. 2009- cu il AMB-ın məlumatına görə, may ayında ölkə iqtisadiyatına qoyulan kreditlərin həcmi 78 milyon manat artaraq 6 milyard 356 milyon manata çatıb. Ötən ay əksər sahələrə verilən kreditlərin həcmi artıb. Ən çox artım ticarət və xidmət sahəsinə verilən kreditlərdədir – 33 milyon manat və ya ümumi artımın az qala yarısı. Sənaye və istehsal sahələrinə verilən kreditlərin  həcmində 10 milyon manat artım var. 15 milyon manat artım isə nəqliyat və rabitə sahələrinə verilən kreditərdə müşahidə olunub.Onu da qeyd edək ki, bankların və bütövlükdə maliyyə sisteminin mövcudluğunun əsasını bankların likvidlik göstəricisi, onların hansı səviyyədə ödəmə qabiliyyətli olması sayılır. Likvidlik bankın passivlər üzrə pul fоrmasında öz öhdəliklərinin yerinə yetirilməsini təmin etmək qabliyyətidir. İqtisadi ədəbiyyatda likvidlik anlayışına fərqli baxışlar mövcuddur. Bəziləri likvidliyi hesablaşmalar və depоzitlər üzrə cari əməliyyatları həyata keçirmək üçün zəruri оlan pul ehtiyatı, bəziləri az likvidli aktivlərin daha likvidli aktivləri çevrilməsini təmin edən pul axınları, digərləri isə bankın aktiv əməliyyatlarınn riskli dərəcəsi üzrə qiymətləndirilmiş axınlar kimi şərh edirlər. Bankın maliyyə sabitliyinin idarəedilməsi pul axınlarının likvidliyi və оnların yerləşdirilməsi, gəlirliliyin idarəedilməsi ilə bağlıdır. Təcrübədə bankın maliyyə sabitliyinin idarəedilməi dörd nəzəriyyəyə, daha doğrusu, kоmmersiya bоrcu, yerləşdirmə, gözlənilən gəlir və passivlərin idarəedilməsi nəzəriyyəsinə əsaslanır.Təhlil göstərir ki,Mərkəzi Bank tərəfindən  sоn illər ölkədə həyata keçirilən İqtisadi islahatlar maliyyə – bank sistemində də sabitliyin təmin оlunmasında və eləcə də dövlətin maliyyə sisteminin əsas elementlərindən biri оlan dövlət büdcəsinin gəlir və xərclərinin artımına öz əhəmiyyətli təsirini göstərmişdir. Belə ki, 2006-cı ildə büdcənin gəlirləri 1995-ci illə müqayisədə 12,2 dəfə, 2000-ci ilə nisbətən 5,4 dəfə, 2002-ci ilə nisbətən 4,3 dəfə artmışdır. Nəticədə dövlət büdcəsi gəlirlərinin ÜDM-də xüsusi çəkisi 1995-ci ildəki 14,9%-dən 2006-cı ildə 21,4%-ə çıxmışdır. 2006-cı ildə büdcə xərcləri 1995-ci ilə nisbətən 3,8 dəfə artaraq ÜDM-in 18,0%-ni təşkil etmişdir. Оnu da qeyd edək ki, sоsial müdafiə və sоsial təminat xərcləri 2006-cı ildə 1995-ci ilə nisbətən 9,4 dəfə, 2000-ci ilə nisbətən 2,5 dəfə, 2002-ci ilə nisbətən isə 1,8 dəfə artmışdır. 2008-ci ildə bütövlükdə büdcə xərclərinin 11,3%-i əhalinin sоsial müdafiəsinə və sоsial təminatına sərf edilməsi nəzərdə tutulur. Ölkədə İqtisadi təhlükəsizlik sisteminin fоrmalaşması nöqteyi-nəzərindən büdcə xərclərinin 3.3%-ə qədərinin (1246,9 milyon manat) ölkə İqtisadiyyatının inkişaf etdirilməsinə yönəldilməsi təqdirəlayiq hal kimi qədul edilməlidir.

Son illərdə Azərbaycanın bank sektoru hiss edilən dərəcədə inkişaf etdiyi görülməkdədir. Bank sistemlərinin sağlamlaşdırılmasının birləşmə müddətlərinin effektli vasitələri, yeni quruluşla və minimum sərmayəyə olan tələblərlə kapitalın kafi olması ilə əlaqədar tədbirlər görüldü.  Mərkəz Bankının normativ tələblərinə uyğun olaraq, 1 İyul 2007 tarixindən etibarən bankların sərmayə məbləği qanunlara görə 10 milyon manat olaraq təsbit edilmişdir. Ölkədəki banklarının aktivlərin  ümumi həcmi 1 Yanvar  2010- ci il  tarixi məlumatlarına görə 13,9 milyard dollara yaxınlaşmışdır. İllik artım 8,6% olmuşdur. Cəmi aktivləri içində müştəri kreditlərinin nisbəti 72%-ə çıxmışdır. 2006-cı ildə Xarici bankların Bankçılıq sektorunda aktivlərin payı 25%, 2007-ci ildə  28,6%, 2008-ci ildə  29,9%, 2009 ilində isə  28% olmuşdur.

İqtisadiyyatın inkişafında bankların rоlunun artırılması-Respublikada aparılan uğurlu islahatlar nəticəsində son illər ərzində ölkədə yüksək makroiqtisadi dinamika və işgüzar fəallıq iqtisadiyyatda kreditə olan tələbatı artırmış, artan tələbata uyğun şəkildə bank sistemi kredit resurslarının təklifini xeyli genişləndirmişdir. Kreditlər üzrə orta faiz dərəcələri nisbətən sabit qaldığına görə, 2006-cı il ərzində kreditlərin həcmi 65% artmışdır ki, bu da 2005-ci ildəki müvafiq artım tempindən 10,1 faiz  çoxdur. Ölkənin kredit bazarında uzunmüddətli kreditlərin həcmi 2005-ci illə müqayisədə 2006-cı ildə 2,3 dəfə artmış və onun cəmi kredit portfelində payı 14 faiz yüksələrək bütövlükdə kreditlərin 50,6 faizinə bərabər olmuşdur. Əslində bu hal neft gəlirlərinin qeyri-neft sektorunun kapitalizasiyasına sürətlə transformasiya olunmasının nəticəsidir. Qeyd etmək lazımdır ki, bankların kredit aktivliyinin artması məcmu tələbin maliyyələşməsində bank sisteminin iştirakının daha da artmasının nəticəsi olmaqla bank sisteminə inamın tədricən bərpa olunmasının əyani nümunəsidir. Son illər ölkə əhalisinin real gəlirlərinin artması, bank sektorunun davamlığının möhkəmlənməsi, kreditorların və əmanətçilərin hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi nəticə etibarilə əhalinin əmanətlərinin sürətli artımına səbəb olmuşdur. Belə ki, 2005-ci ildə əhalidən cəlb olunmuş əmanətlərin məbləği 1997- ci ilə nisbətən 15,7 dəfə, 2000-ci ilə nisbətən 6,2 dəfə artaraq 2006-cı ilin əvvəlinə 2,5 trilyon manata yaxın olmuşdur. 2006-cı ilin on bir ayında əhalinin pul gəlirlərinin istifadəsi strukturunda yığıma sərf olunan vəsaitlərin payı 18,3% təşkil etmişdir ki, bunun da nəticəsində əhalinin əmanətləri 55,5%, o cümlədən uzunmüddətli əmanətləri 36,5% artmışdır. 2005-ci ildə 1997- ci ilə nisbətən əhalidən cəlb olunmuş əmanətlərin məbləği dövlət banklarında 12,1 dəfə, özəl banklarda isə 20,2 dəfəyə yaxın artdığı halda, 2000-ci illə müqayisədə bu artım tempi dövlət banklarının xeyrinə dəyişməklə, müvafiq olaraq 6,1 dəfə və 6,4 dəfə təşkil etmişdir. Nəticədə əhalidən cəlb olunmuş əmanətlərin ümumi məbləğində dövlət banklarının xüsusi çəkisi 2005- ci ildə 2003- cü ilə nisbətən 58,5%- dən 43,8%- ə enmiş, özəl bankların xüsusi çəkisi isə 41,5%- dən 56,2%- ə qalxmışdır. Bunun əsas səbəbi özəl banklarda xarici kapitalın iştirakı ilə əhalidən cəlb olunmuş əmanətlərinin məbləğinin həmin dövrdə birdən- birə 2 dəfədən çox yüksəlməsi olmuşdur. Bununla yanaşı, kredit qoyuluşlarının strukturunda özəl bankların payının artımı müşahidə olunur. Belə ki, kredit qoyuluşlarında özəl bankların payı əgər 1995- ci ildə 19,9% təşkil edirdisə, 2000- ci ildə bu göstərici 34,5%- ə, 2005-ci ildə isə 46,6%-çatmışdır. Lakin bununla belə, 2004-2005-ci illərdə özəl bankların kredit qoyuluşlarının ümumi həcmində xüsusi çəkisi 2003-cü ilin səviyyəsinə (51,1%) nisbətən bir qədər azalmış və müvafiq olaraq 46,6% və 45,3% təşkil etmişdir. Onu da qeyd edək ki, 2004-2005-ci illərdə Azərbaycanda İqtisadi artımın sürətlənməsi, İqtisadi agentlərin maliyyə potensialının güclənməsi, investisiya fəallığının artması kredit qoyuluşları üzrə tələb və təklifin artmasına səbəb olmuşdur.Eyni zamanda  Azerbaycana Resbublikasına  qoyulan xarici investisiyaların ölkələr görə payları 1995–2003 –cil illərdə öz  inkişaf təsirini bir daha  göstərmişdir. Bununla əlaqədar olaraq həmin illərdə banklar tərəfindən İqtisadiyyata kredit qoyululşlarının yüksək artım dinamikası müşahidə olunmuşdur. Sоn dövrün məlumatları göstərir ki, kredit qoyuluşlarının artmasının başlıca mənbəyi olan əmanət və depozitlərin məbləği 2005-ci ildə 25,6% artaraq 6440,1 mlrd. manat təşkil etmişdir.

Bununla yanaşı İqtisadi agentlərin beynəlxalq aləmdə reytinqinin yüksəlməsi nəticəsində ölkəyə daxil olan xarici kapital (o cümlədən Azərbaycan banklarının xaricdən aldıqları kreditlər), habelə bank kapitalının artması kredit qoyuluşlarının sürətli artımına şərait yaratmışdır. 2005-ci ildə kredit qoyuluşunun 97,3%-ni banklar tərəfindən verilən kreditlər, 2,7%-ni isə qeyri-bank kredit təşkilatlarının kreditləri təşkil etmişdir. Qeyri-bank kredit təşkilatlarının kredit qoyuluşunda “Aqrarkredit” qeyri-bank kredit qurumunun payı 29,7% təşkil etmişdir (cəmi kredit qoyuluşunda 0,8%). 2006-cı ilin əvvəlinə kredit qoyuluşlarında özəl bankların payı 45%-i ötmüşdür. AR Milli Bankının hesablamalarına görə, maliyyə vasitəçiliyinin inkişafının mühüm göstəricisi olan və bank sisteminin pul yaratmaq qabiliyyətini xarakterizə edən pul multiplikatoru 2005-ci illə müqayisədə 2006- cı ildə 12,2% artaraq 1,3-ə bərabər olmuşdur. Bununla da bank sistemi Milli Bankın yaratdığı hər 1 manat pulu 1,3 manat yeni pula çatdırmışdır. Mərkəz Bankının məlumatlarına görə 1 Yanvar 2007- ci il  tarixində ölkə iqtisadiyyatının ayrı-ayrı sektorlar əsasında cəmi kredit sərmayələri 2363,7 milyon manatdır. Bu göstərici keçən ilin eyni ayından 921, 7 milyon. manat və nisbət olaraq 64,0 %  daha çoxdur. Kredit sərmayələrinin 1170,5 milyon manat və ya  49,5% -i milli pul vahidiylə, 1192,2 milyon Manat və ya 50,5 faizi isə xarici pul vahidiylə edilmişdir. 27Kredit sərmayələrinin 1068,3 milyon manatı (45,2%) dövlət bankların, 1229,7 milyon manatı (52,1%) xüsusi banklar və 64,7 milyon manatı (2,7%) isə digər maliyyə təşkilatların payına düşür. Ticarət və xidmət sektoruna 647,2 milyon manat (27,4%), ev təsərrüfatına  778,0 milyon manat (32,9%), nəqliyyat  sektoruna 214,9 milyon manat (9,1%), sənaye və istehsal sektoruna 192,6 milyon manat (8,2%), kənd təsərrüfatı sektoruna 136,5 milyon manat (5,8%), enerji, kimya və təbii  ehtiyatlar sektoruna 92,2 milyon manat (3,9%), inşaat və əmlak sahəsinə isə 152,5 milyon manat (6,5%) kredit qoyulmuşdur. Kreditlərin 10,4 milyon manat və ya 0,4 -%  isə digər sektorların payına düşmüşdür. 1 Aprel 2007 tarixində kredit sərmayələrində xarici pulla verilən kreditlərin payı % 50,41dir. Qısa müddətli  kreditlərin  44,5% i, uzun müddətli  kreditlərin isə  55,1% xarici pul olaraq göstərilmişdir. Milli pul vahidiylə kreditlərin 95,7%-i banklar tərəfindən verilmiş kreditlər, 4,3% isə bank olmayan digər təşkilatlar tərəfindən verilmişdir. Xarici pul vahidiylə verilən kreditlərin 99,2%-i bankların, 0,8%-i isə bank olmayan kredit təşkilatlarının payına düşmüşdür. Banklar tərəfindən milli pul vahidiylə verilən kreditlərin 32,8%i Beynəlxalq Bankın, 67,2%-i digər bankların payına düşməktədir. Banklar tərəfindən xarici pul vahidiylə verilən kreditlərin 61,6%-i Beynəlxalq Bankın, 38,4%-i isə digər bankların payına düşməktədir. Kredit sərmayələrində xarici pul ilə kredit sərmayələrinin üstünlük təşkil etməsi əvvəlcə bank passivlərinin özəlliyi ilə bağlıdır.

Azərbaycan bank sistemin müasir dünya standartlarına cavab verilməsi  və onun  lazımlılığı 2004 ili ortalarında başlandı. Bu vəziyyət, Mərkəzi  bank ilə əlaqədar 10 dekabr 2004- ci il  tarixində və Banklarla əlaqədar 16 Yanvar 2004- cü il  tarixində çıxan qanunlarda özünü göstərdi.Bank sisteminin inkişaf etdirilməsi, onun sabitliyinin və rəqabət qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görüləcək bütün tədbirlər, habelə ölkə Prezidentinin sahibkarlığın inkişafı ilə bağlı bütün fərmanların həyata keçirilməsi bank sistemini möhkəmləndirməklə onun iqtisadiyyatdakı rolunun yüksəldilməsində, sahibkarlığa maliyyə dəstəyinin daha da artırılmasında və səmərəli maliyyə sisteminin formalaşmasında mühüm əhəmiyyət kəsb etmişdir. Qanunvericilik bazasının möhkəmləndirilməsi hesabına kredit bazasının genişləndirilməsi, daşınmaz əmlak və torpaq üzərində uzunmüddətli ipoteka kreditləşməsi və mövsümi xərclər üzrə ənənəvi ssudaların bir hissəsinin məhsul girovu üzrə kreditlərə transformasiyası mexanizmlərinin işlənib hazırlanması ipoteka kreditləşməsinə İqtisadiyyatda tələbin kreditləşməsi kimi baxmaq olar, çünki burada müəyyən əmtəə və xidmətlərin istehlakçıları kreditləşdirilir. Azərbaycanın bank sistemində xarici kapitalın iştirak dərəcəsinin artırılması məsələsinə xüsusi diqqət yetirilməkdədir. Bu məqsədlə kredit-bank sisteminin formalaşması və möhkəmləndirilməsi üzrə milli proqramın işlənib hazırlanması və qəbul edilməsi, əmanətlərin sığortalanması sisteminin təşkili, bank sistemində rəqabət mühitinin təmin edilməsi, mikromaliyyələşdirmə institutlarının inkişaf etdirilməsi, оlduqca vacibdir. Bundan başqa, bankların kapitallaşması və aktivlərin keyfiyyətinin tənzimlənməsi bankların maliyyə dayanıqlığının artırılmasına şərait yaratmışdır. Banklarda səmərəli korporativ idarəetmə standartlarının tətbiqi isə sistem üzrə risklərin daha effektiv idarə olunmasına imkan vermişdir. Bank sisteminin əhatə dairəsinin regionlara doğru xeyli genişlənməsi və əhalinin bank sisteminə inamın artması İqtisadiyyatın maliyyə sağlamlığının yüksəlməsinə səbəb olmuş və 2006-cı ildə bank aktivlərinin qeyri-neft ÜDM-də xüsusi çəkisi 2005-ci ilə nisbətən 7 faiz artaraq 39 faizə çatmışdır. Gələcəkdə də bank sisteminin maliyyə sabitliyinin qorunması məqsədilə bankların kapital bazasının möhkəmləndirilməsinə, bank sisteminin institusional bazasının, o cümlədən korporativ idarəetmə sisteminin, xüsusilə də risk menecmentinin daha da genişləndirmək məqsədilə maliyyə sisteminin institusional inkişafı istiqamətində tədbirlər davam etməkdədir.

Azərbaycanda Bank Sektorunda Xaricilərin Iştirak Səviyyəsi-01.01.2010 tarixli aktiv iştiraka görə xarici bankların Azərbaycandakı nisbəti % 28dir. Azərbaycan bank sistemi artıq fərqli coğrafiyalardakı müştərilərin diqqətlərini çəkməkdədir. Azərbaycan Türkiyə ilə möhkəm əlaqələr qurmuşdur. Ən böyük potensial sərmayəçi ölkə Türkiyədir. Azərbaycan bank sektorunda Türkiyənin Yapıkredi Bankı və T. C. Kənd Təsərrüfatı  Bankı fəaliyyətlərini icra etməkdədir. Bununla birlikdə Azərbaycanda Türkiyə banklarının genişləməsi yüksək səviyyədə deyil. Bu da son zamanlarda dünyada ortaya çıxan maliyyə problemlərindən qaynaqlanmaqdadır. Müstəqil Dövlət Birliyində Rusiya kredit təşkilatlarının fəaliyyəti Rusiya vətəndaşı olan müştərilərin bank xidmətinə olan tələbiylə əlaqədardır. Rus sərmayəli Nikoyl bankın Azərbaycan kredit bazarındakı payı % 3dən çoxdur. Rusiyanın müqayisələrinə görə bu o qədər pis bir nəticə deyil. Azərbaycandakı Rusiya “Nikoyl” bankı inkişaf etməkdə olan bölgələrdə, bank xidməti olmayan kiçik məskunlaşma yerlərində öz şöbələrini açmağı planlaşdırmaqdadır. Azərbaycanın regional inkişaf strategiyasına uyğun olaraq “Nikoyl” 2 il ərzində 6 mərkəz 38 şöbə açmağı planlaşdırır.Son günlərdə Azərbaycan bank sektoruna Qazaxıstanın “Turan- aləm” bankı girməyi planlaşdırır. Latviya bankı Parex Azərbaycanda bir şöbəsini açmağı planlaşdırır. Dünyanın bir çox ölkəsindən Azərbaycan maliyyə sektoruna girməyi istəyən banklar var. İndiki vaxtda Alman “Commerzbank” Azərbaycanda öz şöbəsini açmaq üçün hazırlıqlar etməkdədir. Türkiyə İş Bankı isə şöbə açmaq üçün Azərbaycan Mərkəz Bankına müraciətini 2010-ci ilin Fevral ayında etmişdir. Ancaq Societe General yerli kredit idarelerinin birindən nəzarət paketi əldə etmə yolu ilə bir bank yaratmağı planlaşdırmaqdadır.  Onuda qeyd edək ki Nəzərdə tutulan bütün bu tədbirlər bank sisteminin iqtisadiyyatda rolunu daha da artıracaq, onun qeyri-neft sektoruna, xüsusilə kiçik və orta sahibkarlığa maliyyə dəstəyini artırmağa imkan vermişdir. Bank sisteminə inamın getdikcə möhkəmlənməsi hələ 2005-2006-ci illərdə depozit bazasının və bu əsasda kredit qoyuluşlarının əhəmiyyətli artımını proqnozlaşdırmağa əsas vermişdi. Bütün bu amillər, o cümlədən əmanətlərin sığortalanması sisteminin tətbiqi nəzərə alınmaqla 2006-cı ildə əhalinin bank sistemində əmanətlərinin illik artım tempinin 70%-ə, kredit qoyuluşlarının illik artımının isə 35%-ə çatacağı proqnozlaşdırılmışdı. Bu müddət ərzində bank aktivlərinin ÜDM-ə nisbəti göstəricisinin ikiqat, əmanətlərin ÜDM-ə nisbətinin isə 3 dəfəyədək artması təmin etmişdi

Beynəlxalq Aləmdə Azərbaycan Banklarının Fəaliyyəti
Beynəlxalq aləmdə  Azərbaycan banklarının fəaliyyətləri Azərbaycan Beynəlxalq Bankı (İnternational Bank of Azerbaijan) Rusiyanın iqtisadi sahəsində regional inkişaf strategiyasını həyata keçirən banklardan biridir. Bankın ən böyük hədəfi:Bütün Rusiya bazarlarında aktiv olmaq və bizim ölkələrin səmərəli xarici əlaqələrinin inkişafına kömək olmaqdır. Bu gələcəkdə planlaşdırılan böyük tarixi hadisə olaraq həm bank üçün həm də bütün milli banklar üçün əhəmiyyətlidir. Azərbaycan Beynəlxalq Bankının, Moskva nümayəndəliyinin qurulması Moskva bank bazarında və ətrafında fəaliyyətini artırdı. Sanpetersburqda “Azərbaycan Beynəlxalq Bankı – Moskva” nın şöbəsi və Rusiyada “Azal Hava Yolları Şirkəti nümayəndəliyində bir ofisi açılmışdır. Beynəlxalq Azərbaycan Bankı 5 şöbəsini Moskvada, 2-sini də Sankpetersbuqda açdı. Beynəlxalq Azərbaycan Bankı-Moskva kredit kartları buraxmağa və buna uyğun quruluş meydana gətirməyə başladı. Bir il içində 5000 kart çıxarıldı. 5 bankomat, 50 POS quruldu. “Beynəlxalq Azərbaycan Bankı-Moskva Bazar gələcəyinə sahib olan Rusiya müəssəslərinin kredit təmin etməsində əhəmiyyətli rol oynayır .Ortaq layihələri həyata keçirmək üçün aktiv olaraq öz xidmətlərini həyata keçirir. 2006-ci ildə bunun kimi Bank Bayerishe Landesbank (Almaniya), Mashrekbank (Birləşmiş Ərəb Əmirlikləri), Finansbank (Нollanda), Sachsen Landesbank Girozentrale (Almaniya), Raiffeisen Zentralbank Österreich Aktiengesellschaft (Avstriya), Raiffeisenbank Moscow (Rusiya) və Gazrombank (Rusiya) kimi bank qruplarıyla 15 milyon dollar və 300 milyon rubl məbləğində kredit müqavilələri edilmişdir.2007-ci ilin Avqust ayında Bank-Moskva bankı üçün 50 milyon dollar, sendikasyon kreditinə  (Hollandiya, Hindistanı Birləşmiş Ərəb Əmirliklərində, Tayvanı, Protekizi, Misiri, İngiltərəni təmsil edən 16 bank qatılmışdır. Son zamanlarda Beynəlxalq Azərbaycan bankı-Moskva  şöbə şəbəkəsi qurmaq, öz işlərini davam etdirmək məqsədiylə böyük bölgələrdə, Moskva və Moskva ətrafında bir neçə şöbə açmağı düşünməkdədir.2007-ci ilin İyununda Beynəlxalq Azərbaycan Bankı-Moskva kredit təşkilatlarının fəaliyyətinin genişləndirilməsi ilə əlaqədar bank əməliyyatlarının edilməsinə icazə verilən Rusiya Bankının icazəsini aldı. Bu fəaliyyətini icra olunan qanunlara, qaydalara uyğun quran eyni bankın etibarlılığı, sabitliyi göstərir. Belə iş icazəsinin olması Beynəlxalq Azərbaycan Bankı Moskva bankına digər ölkələrin əlavə olaraq maliyyə dəstəklərin cəlb olunması öz fəaliyyətlərinigenişləndirməyə imkan təmin edər. Xarici ortaq və öhdəçilikli ilə münasibətlərin qurulması, xarici şöbələri açılması, xarici şirkətlər və müştəri bəzisinin inkişafı üçün Rusiyanın maliyyə bazarına investisiya imkan təmin edir. Bununla birlikdə iş icazəsinin olması son məhdudlaşdırmaları aradan qaldırar. Bankın fəaliyyətinin universallaşması üçün müvəffəqiyyət yolunda əhəmiyyətli bir addımdır. 2006-ci ilin Noyabr ayında Tbilisidə% 100 xarici sərmayə ilə “Beynəlxalq Azərbaycan Bankı-Gürcüstan” bankı açılmışdır. Bankın kapitalı 7 milyon dollardır. Beynəlxalq Azərbaycan Bankının Rusiya və Gürcüstanda olduğu kimi Qazaxıstanda açılması planlanır. Müstəqil Dövlət Birliyinin bank bazarında və digər ölkə bazarlarında Beynəlxalq Azərbaycan Bankı gələcəyi aşağıdakı proseslərə əsaslanır:

1.    Mərkəzi Qafqazın  “Gürcüstanın” Mərkəzi Asiyanın “İtisna olaraq Qazaxıstanın “, Ukraynanın bank quruluşuna bağlı inteqrə olması;
2.     Qabaqcıl Avropa iqtisadi və investor quruluşuyla fəal işbirliklərinin qurulması;
3.    Moskva sabit inkişaf edən iqtisadiyyat ilə böyük metropolları fikrinə görə Beynəlxalq Azərbaycan Bankı-Moskva yoluyla  Rusiya bank bazarında Beynəlxalq Azərbaycan Bankı mövqeyinin sağlamlaşması və genişlənməsi;
4.    Uzun davamlı layihələrə sərmayə qoyma nöqtəsində Azərbaycan maraq göstərən Asiya bankını, İslam İnkişaf Bankasını daxil etməklə birlikdə Asiya-Sakit okean və ərəb ölkələri maliyyə mərkəzləriylə əməkdaşlığın möhkəmləndirilməsi.

Bildiyimiz kimi  Azərbaycan Respublikasında Milli ödəniş Sisteminin inkişafı üzrə 2005-2007- ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti fərman imzalamışdır.Bank infrastrukturu bank sisteminin inkişafı üçün platformanı təşkil etdiyindən Mərkəzi Bank  iri və xırda əməliyyatların yerinə yetirilməsində beynəlxalq standartlara tam cavab verən ödəniş sistemlərinin uğurlu tətbiqinə nail olmuşdur. Nəticədə, bank əməliyyatlarının sayı və həcmi davamlı olaraq artmaqdadır.  Son illər AMB-ı tərəfindən Milli Ödəniş Sisteminin yaradılması və inkişafı strategiyasina müvafiq olaraq elektron hesablaşma sistemlərinin yaradılıb istifadəyə verilməsi istiqamətində geniş islahatlar aparılmış və bu zaman beynəlxalq maliyyə qurumlarının texniki və maliyyə köməyindən istifadə edilməklə qabaqcıl beynəlxalq təcrübəyə istinad olunmuşdur. Aparılan islahatlar nəticəsində Milli Ödəniş Sisteminin arxitekturasının ən mühüm komponentləri yaradılmışdır. Belə ki, 2001-ci ilin əvvəllərində bütün bankların və Maliyyə Nazirliyinin Baş Dövlət Xəzinədarlıq İdarəsinin ödənişlərini həyata keçirən və Milli Ödəniş Sisteminin arxitekturasının əsasını təşkil edən Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZIPS) yaradılaraq istifadəyə verilmişdir. Bunun nəticəsində banklar arasında əvvəllər günlərlə və bəzən həftələrlə çəkən hesablaşmaların saniyələr ərzində başa çatdırılmasına, pul dövriyyəsinin sürətinin nəzərəçarpacaq dərəcədə artmasına, banklar tərəfindən likvidliyin daha çevik idarə olunmasına, böyük məbləğli və təcili ödənişlərin real vaxt rejimində (on-line) həyata keçirilməsinə imkan yaranmışdır. 2002-ci ilin sonlarından etibarən isə Milli Ödəniş Sisteminin arxitekturasının ikinci mühüm elementi olan Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) yaradılaraq istifadəyə verilmişdir. Beləliklə, kiçik həcmli, lakin daim təkrarlanan xırda ödənişlərin (əmək haqqı, sosial müdafiə ödənişləri, telefon, qaz, su, elektrik enerjisi üzrə kommunal ödənişlər və s.) elektron daşıyıcılar əsasında həyata keçirilməsinə, eyni zamanda xırda ödənişlərin əsas iştirakçıları olan kommunal xidməti müəssisə və təşkilatlarının, böyük sayda ödəniş əməliyyatları (məsələn, mərkəzi və yerli vergi, gömrük və sosial müdafiə ödənişləri) aparan hökümət və kvazi-hökümət qurumlarının Milli Ödəniş Sisteminin infrastrukturuna inteqrasiyası üçün əlverişli zəmin yaradılmışdır. Hər iki sistem yaradılarkən ən müasir texnologiyaya və proqram təminatlarına əsaslanmış və sistem əhəmiyyətli ödəniş sistemlərinə dair beynəlxalq standartlar əldə rəhbər tutulmuşdur. Bu sistemlərin fəaliyyətə başlaması ilə ölkədə bank sisteminin və maliyyə bazarlarının inkişafı üçün əlverişli şərait yaranmış, bu isə öz növbəsində bazar iqtisadiyyatına əsaslanan daha səmərəli pul-kredit siyasətinin aparılmasına, bütövlükdə iqtisadi inkişafın və maliyyə sabitliyinin təmin olunmasına müsbət təsir göstərmişdir. Qeyd etmək lazımdır ki, göstərilən sistemlərin yaradılması və tətbiqi beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilmiş və bu sahədə mövcud olan beynəlxalq standartlara tam uyğunluğu təsdiq edilmiş, habelə onların tövsiyyəsi əsasında inkişaf etməkdə olan bir sıra ölkələrin mərkəzi bankları, o cümlədən MDB üzvü olan dövlətlərin mərkəzi bankları tərəfindən AMB- bu sahədəki təcrübəsinə böyük maraq göstərilmiş və bu təcrübədən faydalanmışlar

AZƏRBAYCAN MƏRKƏZİ BANKI NECƏ FƏALİYYƏT GÖSTƏRİR?
Əvvəldən qeyd etdiyimiz kimi , Mərkəzi Bank  dövlətə və bank sisteminə maliyyə xidimətləri göstərir.  Son 20 il ərzində Azərbaycan Mərkəzi Bank  çox dəqiq və düzgün fəaliyyət göstərib və onun fəaliyyətləri nəticəsində hər bir təsərrüfat subyektinin, geniş əhali təbəqəsinin elektron ödəniş sistemlərinin imkanlarından daha fəal istifadəyə cəlb edilməsi, onlar üçün ərazi mənsubiyyətindən asılı olmayaraq bütün ölkəni əhatə etməklə vahid elektron ödəniş məkanının yaradılması, eyni zamanda hüquqi və fiziki şəxslərin maliyyə xidmətlərinə, bank sistemi və maliyyə bazarlarının isə təsərrüfat subyektlərinə və ev təsərrüfatlarına qarşılıqlı çıxış imkanlarının daha da artırılması, iqtisadi dövriyyədə olan pul kütləsinin nağdsız dövriyyə ilə əvəz olunması və pul kütləsinin bank sistemində yığılaraq ölkə iqtisadiyyatının inkişafına investisiya edilməsi üçün əlverişli zəmin yaratmaqdan ibarətdir. Kart ödənişləri sahəsində ölkədə formalaşmış bazarın və münasibətlərin inkişaf etdirilməsi və ölkənin bütün regionlarını əhatə etməklə əhaliyə ucuz və keyfiyyətli bank xidmətlərinin göstərilməsi üçün AR-nın Mərkəzi Bankı tərəfindən beynəlxalq standartlara cavab verən Milli Kart Prosessinq Mərkəzi yaradılacaq və 3 ildən sonra ədalətli prinsiplər əsasında bankların birgə istifadəsinə və idarəçiliyinə veriləcəkdir. Və həmçinin qeyd edə bilərəm  ki , Mərkəzi Bankın fəaliyyəti nəticəsində və onun həyata keçirdiyi uğurlu siyasət nəticəsində bir çox lahiyərin həyata keçirilməsində Mərkəzi Bankın nəzarəti altında Əhali üçün: – əmək haqqı, pensiya, müavinət və təqaüdlərin vaxtlı-vaxtında, rahat üsullarla paylanması, habelə kommunal və digər xidmət haqları ödənişlərinin elektron daşıyıcılarla istənilən bank və ya poçt şöbəsi vasitəsilə, habelə digər üsullarla (internet, mobile bankinq və s.) həyata keçirilməsi imkanı əldə olunmuş , eyni zamanda elektron biznes xidmətləri, o cümlədən elektron ticarət və elektron bazarlara çıxış üçün müvafiq şərait yaranmışdır.Bunadan başqa Mərkəzi Bankın fəaliyyətləri nəticəsində bir çox maliyyə təşkilatların  nailiyyətlər olmuşdur ki  onlar aşağıdaklılardan ibarətdir.

Mikro Kreditlərin Verilməsində Fəaliyyətləri  Və Onun Inkişaf Mərhələri 
Mikro maliyyələsdirmə ölkədə yoxsulluğun azaldılması üçün ən münasib yollardan biri olaraq görülməkdədir. Mikro kredit verilməsi üçün Azərbaycanda geniş ehtiyatlar və böyük imknalar vardır.Ölkədə mikro kredit verən qurumlardan biri də Azərbaycan Mikro Maliyyə Bankıdır. Azərbaycan Mikro Maliyyə Bankı (AMMB) 2002əci ilin oktyabr ayında Beynalxalq Maliyyə Qurumu, Avropa Yenidən Qurma və İnkisaf Bankı, Qaradəniz Ticarət və İnkisaf Bankı, və LFS maliyə sistemi tərəfindən təskil edilmişdir. AMMB, Avropa İttifaqının texniki yardım proqramı və Alman dövləti tərəfindən yardım edilmişdir. Azərbaycan Mikro Maliyə Bankı fəaliyyətə basladığı tarixdən aprel 2005 tarixinə qədər 23 milyon dollar həcmində 10 min mikro kredit vermişdir. 100-125.000 dollar arasında verilən kreditlərin illik faizi 18-36 % olmuşdur. Eyni zamanda bu inkişaf mərhləsi bu günə qədər sürətlə inkişaf etməkdədir.

Sahibkarliğa Kömək Milli Fondunun Kreditləri:
Sahibkarlığa Kömək Milli Fondunun kreditləri 19 təmsilçi bank və 5 bank xarici kredit qurumu vasitəsi ilə verilmişdir. Axırıncı dəyişiklik nəticəsində fond tərəfindən verilən kreditlərin həcmi 500.000 min dollardan 1 milyon dollarla çıxardılmışdır. Faiz dərəcəsi 7 % olan kreditin müddəti 5 ildən 8 ilə çıxardılmışdır. 2004-cü ilində olduğu kimi 2005 ilində də Fond vasitəsi ilə 200 milyard manat kreditin sahibkarlara verilməsi diqqətə alınmışdır.Bu proses bugünə qədər inkişaf etdirilir.

Kredit Yarmarkalarının Təşkili və Mərkəzi Bankın və Maliyyə İnstitutlarının Rolu:
Bank sistemi rəsmi olaraq Milli Bank və kredit təşkilatlarından ibarətdir. Kredit təşkilatları Milli Bankın lisenziyası əsasında mənfəət əldə etmək məqsədilə bank əməliyyatları həyata keçirən korporativ təşkilatları təmsil edir. Banklar bütün bank əməliyyatlarını həyata keçirməklə bağlı müstəsna hüququ olan kredit təşkilatlarıdırlar. Bank olmayan kredit təşkilatlarının məhdud sayda bank əməliyyatlarını həyata keçirmək üçün lisenziyaları vardır. Filial kredit təşkilatının korporativ təşkilat olmayan ayrıca bir alt bölməsidir. Bu Milli Bankın razılığı ilə kredit təşkilatından fərqli yerdə açılır. Filial kredit təşkilatının korporativ təşkilat olmayan ayrıca bir alt bölməsidir. Bu Milli Bankın razılığı ilə kredit təşkilatından fərqli yerdə açılır. Filial kredit təşkilatının adından   lisenziyada müəyyən edilmiş bank əməliyyatlarının bir hissəsini və ya hamısını həyata keçirir. 2011-ci il aprel ayının 1-nə bank əməliyyatları aparmaq üçün 150 kredit təşkilatının lisenziyası olmuşdur. Bunlardan 106-sı bank olmayan kredit təşkilatlarıdır.1 aprel 2011-ci il tarixinə respublikada 44 bankın lisenziyası olmuşdur ki, onlardan 1-i dövlət, 43-ü isə özəl bankdır. Xarici kapitalın iştirakı ilə 22 bank fəaliyyət göstərmişdir. Xarici kapital 7 bankın nizamnamə kapitalının 50%-dən 100%-ə qədərini, 13 bankın nizamnamə kapitalının isə 50%-dən az olan hissəsini təşkil edir. Xarici bankların yerli filiallarının sayı isə 2-yə bərabərdir.Fəaliyyətdə olan bankların yerli filiallarının sayı 646-ya bərabər olub. Bunların 38-i dövlət, 608-i isə özəl bankların payına düşür. Yerli filialları olan bankların sayı 39-a, bank şöbələrinin sayı isə 123-ə bərabərdir. Bankların xaricdə fəaliyyət göstərən strukturlarının sayı 8-ə bərabərdir. Bunlardan 5-i nümayəndəlik, 2-si törəmə bank, digəri isə filialdır.Bankların İqtisadi İnkişaf Nazirliyi ilə bərabər Şəki, Quba, Lənkaran, Gəncə, Migəçevir, İmişli və Naxçıvan kimi ölkənin fərqli rayonlarında kredit yarmarkalarının təşkil edilməsi, bu bölgələrdə sahibkarların kredit ilə təmin edilməsində böyük rol oynamışdır.

Bölgələrdə şöbə şəbəkəsinin inkişafı ilə bank xidmətinin təklifi:
Bölgələrdə şöbə şəbəkəsinin inkişafı ilə bank xidmətinin təklifi  banklar öz xidmətlərini daha insanlara çatdırmaq məqsədi ilə Bakı xaricindəki rayonlarda bank sayının çoxaldılması ilə əlaqədar son illərdə xeyli iş görülmüşdür. Bölgələrdə fəaliyyət göstərən bankların sayı 150-ni keçmişdir.

Hüquqi tənzimləmədə iştirak edilməsi başqa banklar:
Hüquqi tənzimləmədə iştirak edilməsi başqa banklar olmaq üzrə, ümumi olaraq maliyyə sistemi ilə vergi mövzularında ölkədə həyata keçirilən hüquqi tənzimləmələrdə Banklar Asossasiyası vasitəsi ilə iştirak edilməkdədir.Banklar assosiasiyası respublikadakı kommersiya bankları təmsil edir. Assosiasiyanın məqsədləri aşağıdakı kimdir:
–    AMB və hökümət də daxil olmaqla, yerli icra orqanları ilə əlaqələr yaratmaq və onları inkişaf etdirtmək.
–    Maliyyə sektorunun inkişafı layihələrində iştirakı və bank sisteminin inkişafı və sağlam fəaliyyətinə yönəlmiş araşdırmaları dəstəkləmək.
Azərbaycan Banklar Assosiasiyası ödəniş sistemlərinin inkişaf etdirilməsi sahəsində çox fəal olmuşdur. Assosiasiya bütün kommersiya banklar, BFB və digər qeyri-bank təşkilatları da daxil olmaqla 43 üzvdən ibarətdir.

Maliyyə bölməsi ilə əlaqədar dövlət və özəl bölmənin qurumları:
Maliyyə bölməsi ilə əlaqədar dövlət və özəl bölmənin qurumları ilə əlaqələrin artırılması bank xidmətlərinin inkişafı və bank fəaliyyətlərində səmərəliliyin artırılması məqsədi ilə bank fəaliyyətləri ilə birbaşa əlaqədar olan dövlət və özəl bölmənin qurumları ilə qarşılıqlı işbirliyini artıraraq davam etdirilməsi də bank bölməsinin inkişafında rolunu artıran bir addım olaraq qiymətləndirilə bilirdi.. Bank xarici kredit qurumların sayı 2001-ci ildə 99 ikən, 2002-ci ilin başında 63-ə, 2003-cü ildə isə 47-yə düşmüsdür. Bank xarici kredit qurumlarının sayı 2005-ci ildə təkrar artaraq 70 olmuşdur. Bank xarici kredit qurumlarının 25 şöbəsi fəaliyyət göstərmişdir. Azərbaycanda “ACDI/VOCA”, “ADRA”, “FINCA”, “NNE”, “NRC” “MC”, “OXFAM”, “IOM”, “SCF, VE “WVI” kimi müxtəlif beynalxalq kredit qurumları fəaliyyət göstərmişdirlər. Ölkədə mikro kredit vermək məqsədi ilə 15 bank xarici qurum fəaliyyət göstərmişdir.  Amma 2001-ci ilin dekabr ayında 8 mikro maliyyə qurumu tərəfindən qurulmuşdur.2004-cü ildən etibarən rəsmi qeydiyyatdan keçən amma tərkibində beynalxalq təşkilatların meydana gətirdiyi kredit qurumları, Azərbaycan Mikro Maliyyə Bankı Alman – Azərbaycan Fondu və banka xarici kredit qurumları var idi. Ölkədə faliyyət göstərən mikro maliyyə qurumları, 2004-ci ilin axırına görə, 54 fərqli bölgədə 47 min kiçik və orta həcimli sahibkara bəzi proyektlərin maliyyələsdirilməsi məqsədi ilə kiçik həcimli kredit vermişdir. Verilən kreditlərin miqdarı 100 ilə 125.000 dollar arasında dəyişməmisdir. Bu təskilatlar 2004-cü ilin yekunlarına görə 117 milyon 787 dollardan çox kiçik kredit verilmişdir..2005-ci ilin sonunda bu rəqəmin 200 milyon dolları keçəcəyi planlaşdırılmışdır.Eyni zamanda 2006-2010 -cı ildə verilən kreditlərin miqdarı 2363.2-9163.4 mln manata qədər artım olmuşdur.

Mərkəzi Bankın  Mühasibat uçotu və hesabatlılıq sahəsində islahatları:
1997-ci ildən etibarən bank sisteminin BMUS-na uyğunlaşdırması məqsədilə bir sıra tədbirlər icra edilməyə başlandı. Buraya aşağıdakılar daxildi:
• Bank sistemi üçün beynəlxalq standartlara uyğun hesablar planı hazırlamaq;
• Mühasibat uçotu qaydalarına düzəliş edərək BMUS-naq keçidi təmin etmək
AMB, Price Waterhouse Coopers şirkətinin ekspertləri ilə birlikdə bank təşkilatları üçün vahid hesablar planı hazırlamış və 2001-ci ilin sentyabr ayında tətbiq etmişdir.
Bank sisteminin BMUS-na keçidini təmin etmək məqsədilə 2000-2001-ci illərdə mühasibat uçotu sahəsində sərəncamlar icra edilmişdir. “Bank sisteminin mühasibat uçotunun BMUS-a tam keçidinin təmin edilməsi” adlanan modul müvafiq qaydada tətbiq olunmuşdur. Qeyd etmək lazımdır ki, modul 2002-ci ilin iyul ayında tətbiq edilməyə başlandı və 2003-cü ilin mart ayında tətbiq prosesi tamamlandı.

Mərkəzi Bankın Maliyyə təşkilatlarına nəzarət və onun  inkişafı :
Sağlam bank nəzarəti sisteminin əsas elementləri Azərbaycanda artıq mövcuddur. Milli Bank birinci dərəcəli nəzarət orqanı kimi fəaliyyət göstərir. Hərtərəfli qanunvericilik və qaydalar artıq yaradılmışdır. Milli Bank xarici monitorinq və daxili nəzarəti həyata keçirir. Metodoloji çərçivəni inkişaf etdirmək və Bank Nəzarəti üzrə Əsas Bazel Prinsiplərinə uyğunluğu təmin etmək üçün Milli Bank aşağıdakı tədbirləri həyata keçirib:
• Prudensial hesabatlılıq sisteminin daxil edilməsi vasitəsilə, kapital adekvatlığı və standartlar da daxil olmaqla risk menecmenti prosesinin inkişaf etdirilməsi
• Bank nəzarəti prosesinin həyata keçirilməsi və təşkili üçün metodoloji rəhbərliyin yaradılması
• CAMEL reytinq sistemi əsasında bankların fəaliyyətinin yerində yoxlanılmasının tətbiq edilməsi və beynəlxalq standartlara uyğun olaraq qiymətləndirmə prosesləri.

Mərkəzi Bank  Qiymət Siyasəti:
AMB-nin ödəniş xidmətləri üzrə qiymət siyasəti yaranmış bütün xərcləri ödəmək üçün nəzərdə tutulmuşdur. AMB iştirakçılardan ad volarem tariflər tutur.
-AZİPS–də minimum xidmət haqqı 0.1 AZN (təqribən 0.11 ABŞ dolları) olmaqla, tranzaksiya üçün ödəniş məbləğinin 0.043% təşkil edir. Xidmət haqqı tarifinin maksimum həddi 43 AZN (49 ABŞ dolları) təşkil edir.
– XÖHKS-də, AMB hər bir fərdi ödəniş üçün məbləğin 0.005%-ni xidmət haqqı kimi tutur.

Mərkəzi Bankın  Hesablaşma işlərində fəaliyyəti və onun inkişafı
Maliyyə institutları arasında iri məbləğli ödənişlərin köçürülməsi üçün bu təşkilatların AMB-dakı hesablaşma hesablarından istifadə olunur.Xəzinədarlıq və bütün bankların AMB-də hesablaşma hesabları mövcuddur.

Mərkəzi Bankın Bazar Strukturunda  və onun  Tənzimlənməsində fəaliyyətləri :
Maliyyə təşkilatlarının tənzimlənməsi və onlara nəzarət edilməsindən iki agentlik məsuldur. Milli Bank digər maliyyə vasitəçiləri kimi banklara da nəzarət edir. Bank həmçinin valyuta mübadiləsi, kredit və pul bazarları əməliyyatlarından məsuldur. Pul bazarından məsul olduğu üçün Milli Bankın hökumət qiymətli kağızları (xəzinə vekselləri və banknotlar) üzərində də səlahiyyəti var. QKDK-si qiymətli kağızlar bazarının iştirakçılarına nəzarət edir və ikinci dərəcəli bazarda olan korporativ öhdəliklərin, payların və xəzinə veksellərinin, eyni zamanda borc qiymətli kağızlarının da daxil olduğu əməliyyatların tənzimlənməsindən məsuldur

AZƏRBAYCAN MƏRKƏZI BANKI  İQTİSADİYYAT ÜÇÜN NƏ EDƏ BİLƏR?
Yuxarıda qeyd etdiyimiz kimi , Mərkəzi Bankın  pul siyasətinin idarəetməsi maksimum sabit iş məşğulluğunu və stabil qiymətləri təmin etməklə iqtisadiyyatın uzun müddət sağlam qalmasını təmin edir.Qeyd edək ki , üçüncü suala əsasən biz Azərbaycan Mərkəzi Bankının son 20 ildə pul siyasətindən danışacıyıq.
1994-cü ildən bəri Azərbaycanda tətbiq olunan pul siyasəti 4 mərhələli olmuşdur:

I . Mərhələ (1994-1996). 1992-1994 illəri arasında makro iqtisadiyyat sabitliyin təmin edilməsi üçün qəbul edilən prinsiplər və möhkəm pul siyasətinin qalmasıyla  xarakterizə edilirdi. Bu məcburi fəaliyyətə 1992-1994 illəri arasında ortaya çıxan obyektiv həqiqətlər səbəb oldu. Dünya təcrübəsinə görə mərkəzi sistemdən bazar iqtisadiyyatına keçmək, istehsal göstəricilərinin aşağı düşməsi, inflyasiyanın yüksəlməsi, sürətli şəkildə milli pulun dəyərinin aşağı düşməsi  və xalqın sosial vəziyyətinin pisləşməsinə səbəb olmuşdur. Bu prosesi, Sovet ölkələriylə uzun illərdir davam edən əlaqələrin iflasa uğraması, fərqli bölgələrdə siyasi və hərbi qarşıdurmaların olması sürətləndirmişdir.Yuxarıda qeyd edilən gərginliyin son  dərəcəyə gəlib çıxması Azərbaycan dövləti üçün xarakterik bu vəziyyət oldu . 1992-1994- illərdə ortalama inflyasiya ölkədə 1600- 1800% ətrafında idi. Milli valyuta  isə dollara görə bir neçə dəfə  dəyərini  itirdi. Bunun əsas səbəbi, dövlət büdcəsinin kəsirinin  Mərkəz Bankı kreditləri qarşılanması idi. Eyni zamanda kommersiya banklarının kredit portfelinin böyük dövlət maliyyə sisteminin parametrlərinin pisləşməsiylə birlikdə dövlətin inkişaf səviyyəsi də çox aşağı idi. Ölkədə müasir bazar iqtisadiyyatına cavab verən valyuta  bazarı yox idi.1994-ci ilin ikinci yarısından dövlət və Mərkəzi Bankının makro iqtisadi sabitliyi təmin etmək üçün yeni radikal əhəmiyyətlər almağa başladı. Maliyyə Nazirliyi və Mərkəzi Bankının, Dünya Bankının köməyi ilə qısa müddət ərzində təcili olaraq yeni proqramlar hazırladılar. Bu proqramların yerinə yetirilməsində Azərbaycan Respubliksasının prezidenti   Ümumimilli liderimiz Heydər Əliyev   15 İyun 1994 tarixində “Xalqın İctimai Vəziyyətin gücləndirilməsi və ölkənin iqtisadi durumunun sabitliyi üçün alınacaq tədbirlər “adlı qərarından sonra başlandı. Bu sənədin əsas məqsədi, inflyasiyanın yüksəlməsini qarşısını almaq , pul və vergi siyasəti ilə manat  valyuta kursunu  sabitləştirmək və beləcə iqtisadi inkişaf üçün makro iqtisadi mühit yaratmaq idi.İnflasiya  qarşı birinci tədbir olaraq Mərkəz Bank vasitəsilə dövlətin büdcə sistemində bəzi işlərin icra edilməsi  oldu. Ödəmə tarazlığının cari fəaliyyətinin və milli pulun sabitliyi təmin etmək məqsədi ilə, ölkənin rəsmi valyuta ehtiyatlarını tələb olunan səviyyəyə çıxardılar. Bütün bu proqramlar sonunda sabitliyin makro iqtisadi yaranmasına səbəb oldu. Beləcə sabit iqtisadi inkişaf üçün şərait meydana gətirdi. Mərkəzi Bankının həyata keçirdiyi radikal pul siyasəti pul-valyuta bazardakı gərginliyi aradan qaldırmaq inflyasiyanın həddindən artıq artımını dayandırmaq və makro iqtisadi sabitliyə nail olmaq üçün uyğun zəmin meydana gətirdi. Keçid  dövrü iqtisadiyyatına xas olan problemlərdən biri də iqtisadiyyatın dollar üzərinə qurulmasıdır. Uzun illər iqtisadiyyatda dolların hökmranlığı Azərbaycan iqtisadçılarının və bütün olaraq iqtisad siyasətlərinin icra edilməsində məsul olan təşkilatların üzərində dayandığı bir mövzu idi. Keçid dövrü iqtisadiyyatının ümumi xüsusiyyəti pul kredit sistemində dolların bəzi mal və xidmətlərin ölçüməsində etibarlı pul vahidi olması idi. 1996-cı ildə inflyasiya dollara da təsir edərək dollar  6,8% nisbətində dəyər itirdi. Manatın  ABŞ dolları ilə müqayisə edildiyində  8%-də sabitləşmişdi. 1997-ci ildə inflyasiya son sərhədə enərək 0,4% nisbətində oldu. Manatın dəyəri dollara nisbətən isə 5,1%-də artdı və dünya bazarlarındakı böhrana baxmayaraq bu sabitlik 1998-ci ildə də qorundu. Azərbaycanın əsas nağd valyuta  qaynaqlarından biri də xaricdə yaşayan Azərbaycan vətəndaşlarının gəliri idi. Mütəxəssislərin fikirinə görə 1998 ili Rusiya böhranına qədər xaricdə işləyən  Azərbaycan vətəndaşları  hər il Azərbaycana nağd olaraq 1 milyarda yaxın ABŞ dollar göndərmişlər .Bu isə şübhəsiz ki Azərbaycan iqtisadiyyatında dolların geniş şəkildə istifadə edilməsində az rol oynamamışdır.

 Buna görə, Milli Bankın fəaliyyətinin əsas məqsədi öz səlahiyyətləri daxilində qiymətlərin stabilliyini, həmçinin, bank və ödəniş sistemlərinin stabilliyini və inkişafını təmin etməkdir. Buradan da göründüyü kimi inflyasiyanı nəzarət altında saxlamaq Milli Bankın ən əsas vəzifəsi sayılır. Azərbaycanda illər üzrə orta inflyasiya göstəricilərinə nəzər yetirdikdə şərti olaraq üç mərhələdən bəhs etməmiz mümkündür: Birinci mərhələni 1996‐cı ilə qədərki iki və ya çoxrəqəmli inflyasiya dövrü təşkil edir. Xatırladaq ki, 1993‐cü ildə inflyasiya 1350 %, 1994‐də 1800%, 1995‐də 84, 65% və 1996‐da 19, 9% səviyyəsində gerçəkləşmişdi.

II. Mərhələ: 1997-1998 illər iqtisadiyyatın təşkilati quruluşuna uyğun olan sərt pul və valyuta siyasətlərinin bəzi xüsusiyyətlərinin yumşadılmasıyla xarakterizə edilirdi. İkinci mərhələni isə makroiqtisadi stabillik siyasətinin tətbiq edilməsinin ardından 1997‐2003‐cü illəri əhatə edən aşağı səviyyəli (hətda deflyasiyanın da müşahidə edildiyi) təkrəqəmli inflyasiya dövrü təşkil edir: 1997‐ci ildə 3.7%, 1998‐də 0.8%, 1999‐da (‐8.5%), 2000‐də 1.8%, 2001‐də 1.5%, 2002‐də 2.8% və 2003-də 2.2%. 1997-ci ilin ortalarında pul ehtiyatının həcmi 565 milyon ABŞ dolları səviyyəsinə çıxdı. 1998-ci ildə Rusiyada ortaya çıxan iqtisadi böhranın Azərbaycan Pul Kredit Sisteminə təsiri 1998 ci ili Rusiya böhranı Müstəqil Dövlətlər Birliyi ölkələrinin maliyyə sistemini mənfi istiqamətdə təsir etdi. Rusiya Federasiyasını əhatə edən çox geniş ölçülü iqtisadi böhran Azərbaycan iqtisadiyyatına da mənfi təsir etdi. 1998-ci ilin sonuna yaxın az itkilərlə makro iqtisadi sabitliyi qorumaq və xarici sərmayənin girişi ilə inkişaf təmin edildi. Makro iqtisadi sabitliyi qorumaq hər şeydən əvvəl pul bazarının əsas makro iqtisadi göstəriciləri ilə lazımlı koordinasiya edilməsi sayəsində 1998-ci ilin hadisələrinin qabağına keçmək və bir neçə il pul ehtiyatlarının toplamağa  imkan yaratdı. Sabitliyi qoruma xərcləri nisbətən az oldu. 1998-ci ildə manatın dəyərini qorumaq məqsədi ilə AMB valyuta bazarında dövlət ehtiyat ehtiyacının 10% -nə yaxın bir hissəsini itirdi. O dövrdə Müstəqil Dövlətlər Birliyinin digər üzv ölkələri isə öz valyuta ehtiyatlarından 30-50 % itirdilər. Azərbaycanda neft ixracatı strateji əhəmiyyətə sahibdir. Dünya bazarında neftin qiymətinin düşməsi, ölkədə böhranın hər sahədə yayılmasına səbəb ola bilərdi. Bundan ötəri ölkənin  idarə etmək  müxtəlif tədbirlər götürmək məcburiyyətində qaldı. Şübhəsiz ki bu dövrün ən əhəmiyyətli çətinliklərindən biri də büdcə sisteminin sabitliyini təmin etmək idi.  Bu dövrdə idarə altına alına bilməyən böhran özünü pul bazarında da göstərdi. Burada xarici pula tələb daha da artdı. Bir tərəfdən neft ixracatından gələn gəlirin azalması, digər tərəfdən rublun  devalvasiyanın nəticəsində Rusiya mallarının idxal edilməsində hiss ediləsi dərəcədə artım qeyd edildi və təbii ki  bu böhranın nəticəsində Azərbaycan iqtisadiyyatına da  mənfi təsir göstərdi  və ölkədə işsizlik səviyyəsi yaranmışdır. 1999-cu ilin əvvələrində  Azərbaycan Respublikasnda pul ehtiyatı  448,7 milyon ABŞ dollarına qədər düşdü. Ancaq 1999-cu  ili içərisində isə bu ehtiyat 50.6% artaraq 01.01.2000 tarixində 675 milyon ABŞ dolları oldu. Bunun yanında idxalı qarşılama nisbəti 2.5 aydan 4.5 aya qədər yüksəldi və bu müddət içərisində ən yüksək səviyyə çıxdı. Ümumiyyətlə  dövlətlərin iqtisadi siyasətinin əsas məqsədləri aşağıdakılar olub: (1) Tam məşğulluq  (2) Kəsirsiz tədiyə balansı (3) Qanedici artım norması (4) Sabit qiymət səviyyəsi. Bütün inkişaf etmiş ölkələrin gəldikləri nəticə budur ki , bütün bu məqsədlər eyni vaxtda nail olmaq mümkün deyil. Amma Makroiqtisadi siyasətlərdən səmərəli və geniş istifadə imkanları iqtisadiyyatın ümumi inkişaf səviyyəsi ilə düz mütənasibdir. Başqa ifadə ilə desək, makroiqtisadi siyasi vasitələrlə istənilən nəticəni əldə edə bilmək üçün iqtisadiyyatın buna reaksiya verə biləcək səviyyədə olması zəruridir. Eyni zamanda normal inkişaf etmiş ölkələrdə devalvasiya siyasətindən istifadə olunursa, bu daxili istehsalın artmasına, idxalın azalıb ixracın stimullaşmasına, məşğulluq səviyyəsinin yüksəlməsinə səbəb ola bilir. Burda maraqlı bir məqam ortaya çıxır ki bu illər ərzində AMB hansı strategiyanı həyata keçirmişdir?
Buradan qeyd etmək olar ki,iqtisadi ədəbiyyatda aşağıdakı şəkildə ümumiləşdirmə mövcuddur:

  •     Əgər bir ölkədə yüksək işsizlik səviyyəsi var, digər tərəfdən tədiyyə balansı müsbət saldoya sahibdirsə, genişləndirici pul və fiskal siyasət həyata keçirilməlidir.
  •     Əgər bir ölkədə yüksək inflyasiya var, digər tərəfdən tədiyyə balansı müsbət saldoya sahibdirsə, genişləndirici pul və məhdudlaşdırıcı fiskal siyasət həyata keçirilməlidir.
  •     Əgər bir ölkədə inflyasiya var, digər tərəfdən tədiyyə balansı kəsir verirsə, məhdudlaşdırıcı pul və fiskal siyasət həyata keçirilməlidir.
  •     Nəhayət, əgər bir ölkədə yüksək işsizlik səviyyəsi var, digər tərəfdən tədiyyə balansı kəsir verirsə, məhdudlaşdırıcı pul və genişləndirici fiskal siyasət həyata keçirilməlidir.

Belə nəticəyə gəlmək olar ki , AMB  1998- 1999 cu illərdə   RF əhatə edən çox geniş ölçülü iqtisadi böhran nəticəsində AR işsizlik problemi ilə üzləşdiyi üçün tədiyə balansı kəsirə məruz qaldığından Azərbaycan  Mərkəzi Bank  məhdudlaşdırıcı pul və genişləndirici fiskal siyasət həyata keçirmişdir ki , buda öz müsbət təsirini göstərmiş və  Azərbaycan Respublikasında  işsizlik səviyyəsinin aşağı düşməsinə kömək etmişdir.

III. Mərhələ: 1999-cu ilin İyul ayında, Mərkəz Bankının pul və valyuta siyasətinin 3-cü mərhələsi başladı. Pula olan tələbin zəruri şəkildə artması və təşkilatların islahatlarının sürətlənməsi ilə nəticələnən iqtisadi artım vəziyyətinə diqqət yetirən Mərkəzi Bankı “Yumşaq” pul valyuta siyasətini gücləndirdi. Nəticədə mərkəzləşdirilmiş kreditlərə görə faiz dərəcələri və məcburi ehtiyat qaynaqlara tətbiq olunan faiz dərəcələri aşağı salındı. Tədavüldə olan pulların qeyri-kafi olmasının qarşısını almaq və iqtisadiyyatın pula olan ehtiyacını yaxşılaşdırmaq kimi tədbirlər, valyuta ehtiyatlarının artması, ixracatın tənzimlənməsi makro iqtisadi sabitliyin gücləndirilməsi üçün əlverişli şərait yaradırdı. Əldə edilən makro iqtisadi sabitlik nəticəsində Milli İqtisadiyyata  mənfi təsir göstərən və bunun kimi səbəblərdən 1998-ci ildə Dünya bazarında neftin dəyərinin aşağı düşməsi, Rusiya iqtisadi böhranının təsirindən xilas olma vacibliyi  ortaya çıxdı. Ümumi olaraq milli pul və bankların sabitliyi qorundu. 1998 sonrakı dövrdə iqtisadi inkişaf canlanmağa başladı. Üçüncü mərhələni təşkil edən 2004‐cü ildən sonrası isə, ölkədə fiskal və monetar ekspansiya fonunda inflyasiya təzyiqlərinin yüksəldiyi və nəyin bahasına olursa‐olsun təkrəqəmli inflyasiya səviyyəsini qorumağa istiqamətlənmiş pul siyasətinin həyata keçirildiyi dövr kimi xarakterizə edilə bilər. 2004‐cü ildə inflyasiya tempinin 2.5% səviyyəsində saxlanılması nəzərdə tutulsa da, inflyasiya 6,7% səviyyəsində gerçəkləşmiş və 2005‐ci ildə də isə 9,6 faizlə  də olsa təkrəqəmli inflyasiya səviyyəsi qoruna bilmişdir. Qısacası, 2004-cü ilin sonundan artmağa başlamış inflyasiya 2005-ci ilin aprel ayında illik hesabla 15%-i ötmüşdü. İnflyasiyanın ikirəqəmli məcraya keçməsi ümumilikdə iqtisadi inkişafa, xüsusilə qeyri-neft sektorunun inkişafına mənfi təsir ğöstərərək yeni iş yerlərinin yaranmasını təhlükə altına qoydu, sosial proqramların keyfiyyətini azaldaraq əhalinin bütün təbəqələrinin gündəlik həyatında hiss olunmağa başladı. Məhz bunları nəzərə alaraq “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Ölkə Prezidenti İlham Əliyev cənabları tərəfindən 31 may 2005-ci il tarixli Fərman imzalandı. Bu fərmana uyğun olaraq Milli Bank dövlətlə birlikdə antiinflyasiya tədbirlərini həyata keçirməyə başladı və inflyasiyanın qarşısı alındı. 2005-ci ilin noyabr ayında inflyasiya ötən ilin dekabrına qarşı cəmi 3,1% təşkil etmişdir. Müqayisə üçün həmin dövr ərzində neft ölkələri olan Qazağıstanda inflyasiya 6,9%, Rusiyada isə 10% təşkil etmişdir. Digər mərkəzi banklar üçün olduğu kimi, Milli Bank üçün də pul siyasətinin əsas hədəfi baza inflyasiyadır ki (inzibati qaydada tənzimlənən qiymətlərin dəyişməsindən və mövsümi amillərin təsirindən təmizlənmiş istehlak qiymətləri indeksi), bu da makroiqtisadi siyasətin inflyasiyaya real təsirini ölçməyə imkan verən indikatordur. Noyabr ayında orta illik inflyasiya 9,8% olduğu halda, baza inflyasiya 7,5% təşkil etmişdir. Artıq qeyd edə  bilərik ki, Milli Bank inflyasiya təzyiqlərini azaltmaq üçün manat məzənnəsinin bahalaşması siyasətini davam etdirəcək. Eyni zamanda qeyd etmək istəyirəm ki , İqtisadi ədəbiyyatda, valyuta məzənnələrindəki dəyişiklikləri açıqlamaq və bu məzənnələrin necə müəyyənləşəcəyi ilə əlaqədar başlıca dörd elmi yanaşma mövcuddur:

  •     tədiyyə balansı baxımından yanaşma,
  •     alıcılıq qabiliyyəti pariteti baxımından yanaşma,
  •     monetarist yanaşma,
  •     portfel balansı baxımından yanaşma.

Konkret olaraq Azərbaycanda valyuta məzənnələrindəki dəyişmələrin açıqlanmasında istər ilk iki ənənəvi nəzəriyyələrin, istərsə də mоnеtarist nəzəriyyənin öz çəkisi var. Tədiyyə balansı baхımından yanaşma Azərbaycanda uzun müddətli valyuta məzənnəsi dəyişmələrinin açıqlanmasında yararlı оlmaqdadır. Alıcılıq qabiliyyəti paritеti baхımından yanaşma, Azərbaycan Milli Bankının  illər ərzində nəyə görə mərhələli şəkildə valyuta məzənnələrinin yüksəlməsində maraqlı оlduğunu açıqlamaqdadır.Qeyd edək ki ,alıcılıq qabiliyyəti pariteti 94.318 mlrd ABŞ $ olmuşdur ki bu da çox yaxşı nəticədir.Mоnеtarist yanaşma isə öz növbəsində, Azərbaycanda qısa dövrlərdəki valyuta məzənnəsi dəyişmələrini və Milli Bankın valyuta intervensiyalarının səbəbini anlamağa imkan verir. Lakin qeyd etməliyik ki, portfel balansı baхımından yanaşma artıq Azərbaycan Respublikasında da  və  inkişaf etmiş ölkələrdə də  valyuta məzənnəsi dəyişmələrinin açıqlanmasında ən aktual yanaşmadır. Burada isə əsas yeri, bu gün portfel investisiyaları içərisində böyük çəkiyə malik olan və yeni iqtisadi ədəbiyyatda adlandırıldığı şəkildə ifadə etsək “isti kapital” təşkil edir. Portfel balansı baхımından yanaşma, sadəcə valyuta məzənnəsi dəyişmələrinin deyil, beynəlxalq maliyyə bazarlarında ara sıra özünü göstərən böhranların da açıqlanmasında ən əhəmiyyətli yeri tutmaqdadır. Məsələn, bu gün beynəlxalq valyuta bazarlarında dollar/avro nisbətini daha çox portfel balansı baxımından yanaşma ilə açıqlamaq mümkündür. Qeyd edək ki Azərbaycanda portfel investisiyalrın inkişafı üçün Avropa Birliyi yardım göstərmişdir.Eyni zamanda qeyd etmək istəyirəm ki Azərbaycan İqtisadiyyatına İnvestisiyalrın qoyulması ölkə iqtisadiyyatının son illərdə böyük nisbətdə böyüməsi kreditə olan tələbi də artırdı.

Mərhələ: IV 2003-2010-cu ildə prinsip olaraq yeni makro iqtisadi hadisələrin gedişiylə xarakterizə olan pul kredit siyasətinin dördüncü dövrü başladı.
AR Milli Bankının hesablamalarına görə, uzunmüddətli investisiya qoyuluşlarının mühüm mənbəyi olan “uzun pulların” cəmi pul kütləsində payı (uzunmüddətli depozitlərin M3- də xüsusi çəkisi) 2003- cü ildə 2002- ci ilə nisbətən 2,5 dəfə artaraq 12,3%- ə, 2004- cü ildə isə 2003-cü ilə nisbətən 1,6 faiz bəndi artaraq 13,6%- ə çatmışdır.Qeyd edək ki , 2005 ci ildən 2011- ci ilə qədər M2- pul aqreqatının manatla pul bazasına nisbəti ( 2005-2011-ci ilə qədər faiz artım nisbəti 1.20- dən 1.36 olmuşdur). Və həmçinin eyni zamanda M3-  pul aqreqatının manatla pul bazasına nisbəti ( 2005-2011-ci ilə qədər faiz azalma  nisbəti 2.10– dən 1.74  olmuşdur Onu da qeyd edək ki, bu proseslərin sürətlənməsinə təsir edən ən mühüm amillərdən biri də tədricən ölkə əhalisinin sosial vəziyyətinin yaxşılaşmasıdır. Pul kütləsinin artımı isə 2001  – (686,8 mln )  2002 (785,2 mln) 2003 –(1018,8 mln) 2004-(1503 mln) 2005-(1841,8 mln)  2006-(3440,5 mln)  2007 –(5897,3 mln)  2008-(8494,2 mln ) -2009 (8469,2 mln)- 2010- (10527,5 mln) 10.2011 (12652,2) olmuşdur. Belə ki, əgər 2003- cü ildə əhalinin nominal pul gəlirləri 14,1%, orta aylıq əmək haqqı 21,4% artmışdırsa, bu göstəricilərin 2004- cü ildə müvafiq olaraq 20,7% və 26,2% təşkil etməsi ölkədə pul kütləsinin yığım bazasının xeyli genişlənməsini təmin etmişdir. 2005-ci ildə isə pul gəlirləri 2004-cü illə müqayisədə 27,0%, orta aylıq əmək haqqı 24,3%, adambaşına düşən pul məbləği isə 25,7% artmışdır. Beləliklə, 2005-ci ildə adambaşına pul məbləğinin sürətli artımı nəticəsində həmin məbləğ 4,7 mln. manat təşkil etmişdir ki, bu da orta hesabla aya 392,2 mln manat, günə isə 13 min manat  düşdüyünü göstərir. Nəticədə əhalinin pul gəlirlərinin artım sürəti inflyasiyanın səviyyəsini 2,8 dəfə üstələyir. Bu isə o deməkdir ki, 2005-ci ildə əhalinin pul gəlirlərinin real artımı 16% təşkil etmişdir. 2011-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 24 mlrd. 538,6 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 19% çoxdur.
Işçilərin əmək haqqı 2000-2009- ci ilə qədər yüksək artımla davam etmişdir ki bu da insanların yaşayış səviyyəsinə müsbət təsir göstərmişdir.

2000

2001

2002

2003

2004

2005

2006

2007

2008

2009

1 021,1

1 067,7

1 262,1

1 620,4

2 122,3

2 820,5

3 211,2

4 308,6

5 724,0

6 211,8

2010-cu ildə qlobal iqtisadiyyat resessiyadan tədricən çıxmağa başlamış, iqtisadi canlanma meylləri yaranmışdır. Lakin, böhrandan sonra dünya iqtisadiyyatında yenicə başlamış “tarazlaşma”, aparıcı iqtisadi mərkəzlərdə struktur və makroiqtisadi problemlər, o cümlədən büdcə dayanıqsızlığı qlobal artımın qeyri-bərabər getməsinə və sabit olmamasına gətirib çıxarmışdır. Eyni zamanda dünya maliyyə sistemində əhəmiyyətli risklərin hələ də qalması maliyyə bazarlarında yüksək volatilliyin yaranmasına səbəb olmuşdur. 2010-cu ildə Mərkəzi Bank pul siyasətinin bəyan olunmuş başlıca istiqamətlərinə uyğun olaraq öz fəaliyyətini inflyasiyanın məqbul səviyyədə saxlanmasına, manatın məzənnəsinin sabitliyinin qorunmasına, bank-maliyyə sektorunda sabit inkişafın və dayanıqlığın təmin olunmasına yönəltmişdir. Bu hədəflərin realizasiyası çərçivəsində Mərkəzi Bank il ərzində öz siyasətinə çevik korreksiyalar etməklə makroiqtisadi və maliyyə sabitliyini qorumuş, habelə iqtisadi artıma zəruri dəstək vermişdir. Mərkəzi Bankın 2011-cu il və strateji dövr üçün fəaliyyətinin əsas istiqamətləri son qlobal meyllərə və milli iqtisadiyyatın yeni inkişaf çağırışlarına əsaslanır. Pul siyasətinin başlıca hədəfini makroiqtisadi sabitliyin təmin olunması təşkil edəcəkdir. Bank sektorunda maliyyə sabitliyinin təmin olunması Mərkəzi Bankın digər hədəfi olacaqdır. Bu hədəflərə nail olmaq üçün Mərkəzi Bank pul siyasətinin və bank nəzarətinin strateji çərçivəsinin davamlı təkmilləşməsini həyata keçirəcəkdir. Eyni zamanda makroiqtisadi koordinasiyanın daha da güclənməsinə və bank sektorunun maliyyə dərinliyinin artırılmasına zəruri dəstək veriləcəkdir.ÜDM -un real səviyyəsi 1988-cı ildən, 1996-ci ilə qədər  ilk dəfə %1,3 artmışdır. 2000-2009 illəri arasında ÜDM-dakı artım illik ortalama %15,9 olmuşdur. 1996-ci ildən etibarən başlayan artım  2009-ci ildə də davam etmişdir. Azərbaycan İqtisadiyyatında müsbət meyllər daha da güclənmiş və iqtisadi artım tempi ən yüksək həddə çatmışdır. Nəticədə makrоiqtisadi sabitlik daha da möhkəmlənmiş, yüksək sоsialiqtisadi artıma nail оlunmuşdur. 2009-ci ildə ÜDM 9,3% artaraq 34,5 milyard manat  (43,1 milyard $- a) yüksəlmişdir. ÜDM –ın  Sektor pay bölgüsü; sənaye 50,%, Kənd təsərrüfatı 6,7%, ticarət 8,0%, İnşaat 7,4%, nəqliyyat 6,6%, rabitə 2,0% və digər ictimai xidmət və vergilər 19 , 3% olaraq reallaşmışdır. Adam başına düşən milli məhsul 7,9% artaraq 4.874,1 $ -a yüksəlmişdir.1996-2005 illəri arasında ÜDM- dakı artım367,6% (illik orta hesabla 12%) olmuşdur. 2009 ili etibarıyla ölkənin əhalisi 8,9 milyon adam olub, adam başına düşən real ÜDM isə 5488ABŞ dollarıdır.Bütün bu uğurlu nəticələr neft ehtiyatları əhəmiyyətli bir rol oynamış, illərdir neftə sərmayəqoyan  Azərbaycan  Respublikası 2005-ci ildən etibarən milli gəlirdə  əks olunacaq neft gəlirləri ilə yeni bir dövrə daxil olmuşdur.  Önümüzdəki 15 il üçün 50 milyard $ neft gəliri gözləyən ölkə konkret və tətbiq oluna bilən proyektlərlə bu gəliri xalqın həyat standartının yüksəlməsinə xərcləyəcək . Son illər Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı böyük miqyaslı və strateji əhəmiyyətli tədbirlər həyata keçirilib. Belə ki, əsas makroİqtisadi göstərici olan ÜDM 1997-ci ildə 5,8 %, 1998-ci ildə 10 %, 1999-cu ildə 7,4 %, 2000-ci ildə 11,1 %, 2001-ci ildə 9,9 %, 2002-ci ildə 10,6 %, 2003-cü ildə 11,2 %, 2004-cü ildə 7,0 %, 2005-ci ildə 26,4 %, 2006-cı ildə 37,1 %, 2007-ci ildə isə 25,0 % artmışdır.. 2010- cu ildə ÜDM  72.189$ mlrd  olmuşdur. 2011-ci ilin yarısında Azərbaycanın ÜDM-i 0,9% artıb .2011-ci ilin I yarısında Azərbaycanın ÜDM-i 22,5 mlrd manat olub. Bu, ötən ilin analoji dövründəkindən 0,9% çoxdur. Dövlətstatkomun məlumatına görə adambaşına ÜDM 2496,9 manat və ya $3149,5 olub. ÜDM-in 54,7%-i sənayenin, 4,6%-i kənd təsərrüfatı, balıqçılıq və meşə təsərrüfatının, 6,9%-i tikintinin, 7,3%-i ticarət və nəqliyyat xidmətinin, 1,3%-i mehmanxana təsərrüfatının; 1,7%-i informasiya və rabitənin, 11%-i sosial xidmətlərin və s. payına düşüb. Əmtəə və ixrac vergisi ÜDM-in 5,9%-i təşkil edib.

Yuxarıda ki olan yazıların qrafiki və cədvəl göstəriciləri aşağıdakı səhifədə yer almışdır.

AZƏRBAYCAN  MƏRKƏZI BANKININ FƏALIYYƏTI NƏTICƏSINDƏ NAĞD PUL DÖVRIYYƏSININ IDARƏ OLUNMASI VƏ ONUN INKIŞAF YOLLARI
Hal- hazırda Azərbaycan Respublikasında dövriyyədə olan nağd pul 1992- ci ildə milli valyutanın tətbiqi tarixindən başlayaraq dövriyyəyə buraxılmış manat məbləğini təşkil etmişdir.  Bankın maliyyə hesabatlarında ehtiyat fondundakı 494.027 mln manat (1999: 528, 200 mln manat) məbləği həmin qalıqla əvəzləşdirilmişdir.  Nağd pul indiyədək Azərbaycanda ən əsas ödəniş vasitəsidir. Banknotlar M1-in təqribən 70%-nə bərabərdir. Bakıdan kənar bölgələrdə nağd pul yeganə ödəniş vasitəsi olaraq qalır. AMB banknotların dizaynı, çapı, paylanılması, zədəli banknotların dövriyyədən çıxarılmasını həyata keçirir. AMB-nin ölkə daxilində banknotların toplanması və paylanılması ilə məşğul olan 11 filialı mövcuddur. 2010- cu ildə isə nağd pul dövriyyəsi və yaxud nağd pul dövriyyəsinin tənzimlənməsi isə Mərkəzi Bankda  iqtisadiyyatın nağd pula olan təlabatının tam həcmdə, tələb olunan strukturda və vaxtında ödənilməsini, nağd pul üzrə strateji ehtiyatların formalaşdırılmasını təmin etmişdir. 01 yanvar 2011-ci ilə dövriyyədə olan nağd pul kütləsi (buraya bank sistemindən kənarda və bankların  kassasında olan nağd pul daxildir) 2010-cu ilin əvvəlinə nisbətən 28,4% (1280 mln. manat) artaraq 5,8 mlrd. manata, ədədlə isə 9,9% (28,2 min. ədəd) artaraq 310,6 mln. ədədə çatmışdır.    2010-cu ildə dövriyyədə olan pul nişanlarının məbləğcə 99,5%-ni əskinas, 0,5%-ni metal pul nişanları, ədədlə isə 50,9%-ni əskinas, 49,1%-ni metal pul nişanları təşkil etmişdir.

Və nəhayət sonda qeyd edə bilərik ki ,  Mərkəzi Bankın 2011-2014-cü illər üçün strateji planlarını Azərbaycanın ölkə iqtisadiyyatına bir daha müsbət təsirini göstərəcək.

Növbəti strateji dövrdə Bank yeni prioritetlərinə uyğun olaraq fəaliyyətini aşağıdakı istiqamətlərdə həyata kecirəcəkdir:

• Başlıca funksional fəaliyyət sferalarının əsaslı muasirləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması;
• Ən müasir tələblərə uyğun korporativ idarəetmə sisteminin inkişafı;
• Müasir və güclü insan kapitalının formalaşdırılması;
• Ölkənin iqtisadi inkişaf strategiyasına daha aktiv dəstəyin verilməsi.

INSTITUSIONAL ÜSTÜNLÜKLƏR
Bankın malik olduğu institusional üstünlüklər onun növbəti strateji dövrdə daha yüksək nəticələr əldə etməsinə inam yaradır. Bank öz hədəflərinə uğurla nail olunmasında aşağıdakı üstünlüklərə güvənir:
a)    Coxillik fəaliyyət təcrubəsi. b) Korporativ idarəetmə ənənəsi. c) İnsan kapitalı.
d) Korporativ mədəniyyət və dəyərlər. e) Texnoloji inkişaf. f) Beynəlxalq əməkdaşlıq.
g) İctimai etimad.

IMKANLAR VƏ NƏZƏRƏ ALINMALI PROSESLƏR
İmkanlar Xarici muhitdə baş verən musbət meyllər Bank tərəfindən strateji hədəflərin uğurla reallaşdırılması ucun əlverişli imkanlar yaradır:
a)    Dayanıqlı siyasi və sosial-iqtisadi sabitlik. b) İqtisadi şaxələnmə və islahatlar strategiyası. c) Qlobal kooperasiya və beynəlxalq əməkdaşlıq.d) Texnoloji inkişaf.
Nəzərə alınmalı proseslər Qlobal iqtisadiyyatda formalaşan meyllər və milli iqtisadiyyatın perspektiv inkişafı ilə bağlı yaranan yeni çağırışlar Mərkəzi Bankın gələcək fəaliyyətini istiqamətləndirən bir sıra mühüm amilləri müəyyən edir:
a)    Qlobal iqtisadi dizbalanslar. b) Dünya bazarlarında volatillik. c) Təbii resurslardan asılılığın azaldılması.

YENİ PRİORİTETLƏR
Ölkədə son illərdə yüksək iqtisadi inkişaf dinamikası, maliyyə sisteminin sürətlə böyuməsi, dəyişən və mürrəkkəbləşən qlobal iqtisadi mühit Bank qarşısında yeni institusional inkişaf cağırışları yaratmışdır. Yeni cağırışların effektiv cavablanması üçün Bank bir sıra istiqamətlərdə strateji fəaliyyət prioritetləri müəyyən etmişdir.

a)    Makroiqtisadi sabitliyin qorunması. b) Bank sistemində maliyyə sabitliyinin qorunması. c) Əsas missiyaya xidmət edən funksiyaların əsaslı müasirləşdirilməsi. d) İnstitusional idarəetmənin ən müasir praktikaya uyğunlaşdırılması. e) İnsan kapitalının inkişafı. f) İqtisadi inkişafa dəstəyin artırılması.

STRATEJİ HƏDƏFLƏR
Strateji hədəf  1.
Makroiqtisadi sabitliyin idarə olunmasının institusional bazasının gücləndirilməsi
–    Muasir Mərkəzi Bankcılığın tədqiqat standartlarına uyğun empirik tədqiqat bazasının formalaşdırılması
–    Monetar idarəetmənin intellektual resurslarının inkişaf etdirilməsi
Strateji hədəf  2.
Qabaqcıl praktikaya uyğun risk əsaslı prudensial nəzarət çərçivəsinin formalaşdırılması
–    Risk əsaslı nəzarət sisteminin yeni arxitekturasının formalaşdırılması prosesinin tamamlanması
–    Risk əsaslı nəzarət sisteminin implementasiya prosedurlarının formalaşdırılması
Strateji hədəf  3.
Nağd pulun idarə edilməsinin ən müasir standartlarının formalaşdırılması
–    Qabaqcıl standartlara uyğun nağd pulun yeni idarəetmə sisteminin formalaşdırılması
–    Tam avtomatlaşdırılmış modern xəzinə infrastrukturunun yaradılması
Strateji hədəf  4.
Modern və standartlaşdırılmış statistika sisteminin yaradılması
–    Vahid elektron statistik məlumat bazası və analitik hesabatlıq sisteminin (əsas)  yaradılması
–    Məcmu xarici borc və beynəlxalq investisiya balansı statistikasının tərtibi və yayımlanması
–    Real sektorun əhatəli monitorinq sisteminin yaradılması
Strateji hədəf  5.
Fəaliyyətin yüksək effektivliyini təmin edən korporativ idarəetmə sisteminin formalaşdırılması
–    Korporativ idarəetmə strukturunun muasirləşdirilməsi
–    Daxili nəzarət və risklərin idarə olunması sisteminin qabaqcıl praktikaya tam uyğunlaşdırılması
–    Yeni əməliyyat menecment sisteminin formalaşdırılması
Strateji hədəf  6.
Yüksək nəticəli fərdi fəaliyyəti və inkişafı stimullaşdıran insan resurslarının idarə edilməsi sisteminin qurulması
–    Fərdi kompetensiyaların inkişafına yonəlmiş yeni təhsil modelinin formalaşdırılması
–    Fərdi fəaliyyətin və inkişafın planlaşdırılması və qiymətləndirilməsi sisteminin qurulması
–    Yeni motivasiya (o cumlədən karyera inkişafı) sisteminin formalaşdırılması
Strateji hədəf  7.
Bankın modern kommunikasiya sisteminin yaradılması
–    Hədəf qruplarına fokuslaşmış xarici kommunikasiya sisteminin formalaşdırılması
–    Korporativ mədəniyyətin inkişafını dəstəkləyən daxili kommunikasiya sisteminin yaradılması
–    Korporativ Sosial Məsuliyyət siyasətinin formalaşdırılması
Strateji hədəf  8.
Maliyyə təhlili və hesabatlığının beynəlxalq standartlara uyğun yeni vasitələrinin formalaşdırılması
–    Xərc muhasibatlığı sisteminin qurulması
–    Maliyyə ucotu və hesabatlığının yeni tələblərə uyğunlaşdırılması
Strateji hədəf  9.
Daxili dəstəkləyici xidmətlərin müasir idarəetmə sisteminin yaradılması
–    Dəstəkləyici xidmətlərin modern idarəetmə sisteminin formalaşdırılması
–    Bankın muasir inzibati binasının tikilməsi və istifadəyə verilməsi

NƏTİCƏ
Bəşəriyyətin inkişafında mühüm dönüş nöqtəsi kimi xarakterizə edilən XX- əsrin sonu dünya iqtisadiyyatında qloballaşma meylinin kəskin sürətlənməsi ilə fərqlənir. Dünya qarşısında duran ekoloji , xammal  və enerji ehtiyatlarının qıtlığı,aclıq və yoxsulluq , demoqrafiya , kosmik fəza və dünya okeanından birgə istifadə  və digər sosial – iqtisadi problemlərin həlli, həmin problemlərlə qlobal yanaşma tərzini tələb edir. Sovet imperiyasının süqutu nəticəsində çoxsaylı müstəqil dövlətlərin yaranması və onların dünya birliyi ilə 70 il ərzində kəsilmiş əlaqələrin bərpasına başlanması böyük bir coğrafi ərazidə yeni yeni iqtisadi məkanın formallaşması prosesinə yol açmışdır. Müstəqillikdən bügünə qədər keçən müddətdə Azərbaycanda artıq müstəqilliyin ilk illərində hüquqi və idarə etmə boşluqlarından meydana gələn mənfi hallar ortadan qaldırılmış və bank bölməsinin Mərkəzi  Bankın müşahidə, nəzarət və koordinasiyasında sürətlə inkisaf etdiyi görülür.Bir başqa tərəfdən hər keçən il bank bölməsinin verdiyi xidmətlər növ olaraq artmaqda, keyfiyyət və həcmi olaraqda yüksəlməkdədir. Ölkə iqtisadiyyatının inkşafı getdikcə, sabitlik təmin olunması ilə əlaqədar, bank sistemində də köklü dəyişikliklər baş vermişdir. Belə ki, ölkəmiz yeni müstəqilliyə nail olduğu dövr ilə müqayisədə müasir dövrdə aktiv əməliyyatların çox vacib bir yeri tutan kredit əməliyyatlarının həyata keçirilməsində həm liberallaşma, həm də kütləvilik nəzərə çarpmaqdadır. Liberallaşma olaraq hiss olunur ki, kommersiya bankları zaman keçdikcə, həm faiz dərəclərini aşağı salır, həm də kreditin təminatlılığı sahəsində girovun faiz nisbətini orta hesabla minimumlaşdırırlar. Bu da bank sektorundakı rəqabətlə əlaqədar olaraq, bankların müştəriləri cəlb etmək istəyi ilə başlamış, həm də artıq yerli müəsisələrin beynəlxalq səviyyədə işlərin  görülməsilə əlaqədardır. Son dövrlərdə  bankın vəasitlərinin formalaşması və yerləşdirilməsi sahəsində də bir sıra nəaliyyətlər əldə edilmişdir. Bu ilk öncə əhali arasında banklara qarşı itirilmiş  etibarın qaytarılması, beynəlxalq təşkilatların Azərbaycan iqtisadiyyatının inkişafı ilə əlaqədar olaraq, respublika banklarının kreditə olan tələbatını ödəmək məqsədilə kredit xətləri ayırması ilə əlaqədardır. Yəni artıq əhalinin kommerisya banklarında yerləşdirdikləri əmanətləri nəzərə çarpacaq dərəcədə artmışdır və həmçinin beynəlxalq təşkilatların aşağı faizlə yerli kommerisya banklarına ayırdıqları kredit xətləri geniş vüsət almışdır. Kredit əməliyyatları ilə bərabər digər aktiv əməliyyatlarda da inkişaf nəzərə çarpır. Bu inkişafı istər hesablaşmalar xüsusilə də beynəlxalq hesablaşmalar, istərsə də investisiya sahəsində özünü biruzə verir.Əlbətdə bu işlərin həyata keçirilməsində Azərbaycan Mərkəzi Bankının ölkə iqtisadiyyatında rolu və inkişafı olduqca böyükdür. Eyni zamanda qeyd etmək istəyirəm ki bu son 20 ildə AMB ölkə iqtisadiyyatında çox əhəmiyyətli və əhaliyə göstərilən xidmətlərində də çox böyük rol oynamışdır. Mərkəzi Bank    Azərbaycanın Respublikasında son 20 ildə öz fəaliyyətini pul – kredit siyasətinin başlıca istiqamətlərində nəzərdə tutulan məqsəd və vəzifələrini ölkədə bərqərar olunmuş makroiqtisadi sabitliyi daha da möhkəmlətmiş , milli valyuta məzənnəsini çevik tənzimləməklə onun sabitliyini qorumaq, valyuta ehtiyatlarını zəruri səviyyədə saxlamaq, bank islahatlarını daha da dərinləşdirmişdir. AMB qarşıda qoyulan məqsədlərə nail olmuş , iqtisadi artıma adekvat olaraq və mövcud maliyyə sabitliyinə xəta yetirmədən pul təklifinin artımına monetar zəmin yaratmış, deflyasıyanın qarşısı alınmış  və pul kredit göstəriciləri son 20 ildə xeyli yaxşılaşdırılmışdır. Bütün bunlar ölkədə aparılan iqtisadi islahatları sürətləndirməyə, iqtisadi artımın davamlığını təmin etməyə imkan vermiş və  beləliklə də əhalinin sosial vəziyyətinin yaxşılaşmasına əlverişli şərait yaratmışdır. Və nəhayət qeyd etmək istəyirəm ki , “Ümumi milli liderimiz Heydər Əliyevin “ sözləri “Bu gün iftixar hissi ilə deyə bilərik ki, biz artıq öz taleyimizin, öz ölkəmizin sahibiyik və Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir. H.Ə.ƏLİYEV “ bir daha özünü doğrultmuş və onun davamçısı “ Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev cənabları “Tarixən qısa zaman kəsiyində ölkəmizdə müstəqillik bərqərar оlmuş, dönməz xarakter almışdır. Biz İqtisadi və sоsial inkişaf baxımından çоx böyük uğurlar qazanmışıq. İLHAM ƏLİYEV “Pul-kredit siyasəti dövlətin İqtisadi funksiyalarının reallaşmasında büdcə-vergi siyasətindən sоnra ən güclü alətdir. Burada dövlət pula tələbatla pul təklifi arasındakı nisbətləri tənzimləmə, iqtisadi artıma maliyyə təminatı yaradır və İqtisadi inkişafa təsir edir. İlham Əliyev “və  Azərbaycan Mərkəzi Bankın SƏDRI  E.RÜSTƏMOVUN sözləri “Bizim düşüncəmizdə XXI əsrin Mərkəzi Bankının ideal obrazı – missiyasına effektiv nail olan, bununla cəmiyyətin rifahına xidmət edən, müasir menecmentə, inkişaf etmiş insan kapitalına, yüksək korporativ dəyərlərə və mədəniyyətə malik etibarlı, şəffaf və modern dövlət təsisatı deməkdir”. E. Rüstəmov – ifadə etdiyi sözlər bir daha  Azərbacan Mərkəzi Bank tərəfindən   həyata keçirilib və hal –hazırda da davam etməkdədir.

1)    Banklar dünya da   məşhur olan sənaye sahələrinin inkişafı və onların böyüməsində    qabaqcıllardan biridir ve hələ də bu sahədə yegane ən böyuk maliyyəçidir. Bunun üçün real həyatdan bir nümunə “Hazır Geyim Sənayesinin (Ready made Garment)-dir”.80-ci illərin əvvəlləri, Geyim sənayesi dünyada sınaq prosesini təcrübədən keçirərkən, Bank bu sahənin parlaq prespektivini ehtiyata aldı və sahibkarlara vəd verməyə maliyyəni artırdı. Bu onları bazar məlumatları ve məsləhətləri daxil olmaqla maliyyə dəstəyi ilə təmin etdi ve bugün Geyim sektoru, ölkə ümumi ixracatının 66%ni təşkil edir.

2)    Ölkə sənayesi ve korporativ cəmiyyətlər ilə dərin əlaqələrin mövcudluğu ve dövlətin bu kimi açığa çıxan bazarın dəyişkən iqtisadi mənzərəsinin realizyası ,bank idarəçiliyinin məhsul müxtəlifliyinin daimi səyində və sifarişlə hazırlanan maliyyə həllərinin inkişafında mürəkkəbliyə və müştərilərin unikal ehtiyaclarına tez-tez müraciət etməkdə iştirak etmişdir.

3)    Banklar müştərilərin həyatının  böyük  inkişafına kömək  etdirmişdir – çoxları  bazar liderləri arasında cavan  sahibkarlardan sənaye müəssisəsi evlərinin geniş spektrinə qədər. Mərkəzləşmə və inkişafın aralarında balansa zəmanət verən ixtisaslaşmada əsas biznes məqsədlərinin müvəffəqiyyətli reallaşdırılması üçün son məqamda ən vacib element olaraq fasiləsiz vurğu ilə nəzarət edilir.

4)    Banklar bankın resurslarının məhsuldar açılmasından xalq təsərrüfatının inkişafında  müxtəlif sosial fəaliyyətlərə himayədarlıq edərək iştirak edir.

5)    Banklar daha çox ölkənin sənayeləşməsinə öz töhfəsini vermək üçün daha ardıcıl maliyyələşdirən iş  kapitallarından cıxış edərək və  məhsulun diapazonunu genişləndirmək üçün öz səylərini birləşdirdi.

6)    Xalq təsərrüfatında xarici pul köçürməsinin əhəmiyyətini nəzərə alaraq, Bank xarici əməliyyatlarda çox əhəmiyyət göstərdi və lap başlanğıcdan bəri xarici pul köçürməsini məcbur edilən daxili ölçü kvantı ilə idarə etdi. Bank dünyanın vacib ölkələrində banklar ilə geniş şəkildə razılığı şəbəkəsini və təyin edilən mübadilə şirkətlərini qurdu. Hal-hazırda, ölkələrdə yaşayan pul qazanan mühacirlər, çətin zəhmətlə qazanılmış pullarını , təhlükəsiz və sürətlə ölkəyə keçirməyi banklar sayəsində asanlıqla bacarırlar.

7)    Xaricdə yaşayan istənilən ölkə imiqrantları tərəfindən pul köçürülməsi ehtiyacını nəzərə alaraq, banklar  bütün dünyada müxtəlif xarici təşkilatlar ilə razılığını qurmuşdur.

8)    Bank istənilən ölkənin iqtisadi inkişafında çoxlu əhəmiyyət daşıyan bu illər ərzində xarici pul köçürməsi biznesini xeyli təmin etməyi bacarmışdır.

9)    Banklar həmcinin ölkənin sənayeləşməsində və çox mühüm və zəruri rol oynamışlar.

10)    Bugünkü rəqabət dünyasında böyük fərq yaratmaq üçün az imkan, az fərq yaratmaq ücün coxlu imkan vardır. Banklar, istənilən ölkənin iqtisadi inkişafında əhəmiyyətli dərəcədə rol oynayan , müştərilərə böyük fərqlər yaradaraq qeyri – bazar  münasibətləri ilə bağlı olan bu imkanları tutmaqda ( əldə etmək üçün ) can atırlar.

11)    Banklar, həmçinin ölkənin investisiya imkanlarını genişləndirmək və ölkə üçün güclü kapital bazasını yaradan yerli və xarici investisiya ücün ölkənin investisiya həyatında tərifə layiq rol oynamışdır.
12)    Ölkənin iqtisadi inkişafına kömək etmək üçün beynəlxalq və yerli sektorlarda bankın fəaliyyətini genişləndirmək zəruridir .

TƏKLİFLƏR
İnkişaf eməkdə olan ölkələrdə Mərkəzi Bankın oynadığı mühüm rollar nədən ibarətdir?
İnkişaf etməkdə olan ölkələrdə mərkəzi bank daha geniş rol oynamalıdır. Ənənəvi funksiyaları yerinə yetirməkdən əlavə, Mərkəzi Bank iqtisadiyyatda  stabillik ilə iqtisadi artımın vəhdətinə nail olmalıdır. Bundan başqa, ölkələrin inkişafından bu yana, dünyada gedən qlobal böhranın neqativ təsirləri   əmtəə və kapital bazarlarına  mənfi təsir göstərmişdir.Qeyd : Azərabaycan Respublikasının Mərkəzi Bankı artıq qlobal böhranla əlaqədar bu vəzifəni  həyata keçirməkdədir.  2009-cu il dunya iqtisadiyyatı üçün dərin maliyyə böhranı, maliyyə sektoru və kapital bazarlarının fəaliyyətinin pozulması, iqtisadi tənəzzül və işsizliyin artması ilə səciyyəvi olmuşdur. Bu şəraitdə məcmu qlobal tələbi dəstəkləmək ucun bir cox olkələrdə əlahiddə maliyyə stabilizasiyası və iqtisadiyyata yardım proqramları həyata kecirilmişdir. Bununla belə, qlobal iqtisadiyyatın bərpası hələ də ləng, qeyri-sabit və qeyri-bərabər gedir, əhəmiyyətli risklər hələ də qalmaqdadır.Qlobal bohran dunya iqtisadiyyatına sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatı ucun də əhəmiyyətli risklər yaratmışdır. Lakin, ölkə başcısı İlham Əliyev cənabları tərəfindən son illər uğurla həyata kecirilən inkişaf və modernizasiya strategiyası nəticəsində Azərbaycan iqtisadiyyatı qlobal böhrana yüksək dayanıqlılıq nümayiş etdirərək öz müvazinətini itirməmiş, artım dinamikasını və əldə olunmuş sosial inkişaf səviyyəsini qoruya bilmişdir. Ölkədə güclü sabitlik potensialının yaradılması şəraitində Azərbaycan Mərkəzi Bankının həyata kecirdiyi antiböhran siyasəti makroiqtisadi və maliyyə sabitliyinin qorunmasına imkan vermişdir.Buna baxmayaraq Azərbaycan respublikasının Mərkəzi Bankı “Qlobal böhranın neqativ təsirlərinin artıq neytrallaşdığını nəzərə alaraq, növbəti ildə Mərkəzi Bank öz mandatına uyğun olaraq pul siyasətini makroiqtisadi sabitliyin təmin olunmasına yönəldəcəkdir. Mərkəzi bank  ölkənin maliyyə sistemini və bankçılığı inkişaf etdirmək üçün həlledici funksiyaya malikdirlər. Mərkəzi bank inkişaf etməkdə olan ölkələrdə növbəti inkişafla əlaqəli və köməkçi funksiyaları yerinə yetirir.

1. Ənənəvi Funksiyalar:
İnkişaf etməkdə olan ölkələrdə mərkəzi bank ənənəvi və qeyri-ənənəvi funksiyalar yerinə yetirir. Mərkəzi bankın ənənəvi funksiyaları bunlardır : buraxılan kağız pulların monopoliyası; hökumətin bankiri kimi çıxış etmək; bankirlərin bankı kimi xidmət etmək; son vasitənin kreditoru kimi fəaliyyət; krediti idarə etmək və tənzimləmək; və xarici stabilliyi qorumaq.( Artıq bu Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən  icra edilmişdir.)

2. İqtisadi Artım:
İnkişaf etməkdə olan ölkələrdə mərkəzi banklar iqtisadi artımın prosesini irəli çəkməyə can atmalıdır. İqtisadi artım kifayət qədər maliyyə resursları tələb edir. Mərkəzi bank ölkədə adekvat pul-kredit genişlənməsinə zəmanət verə bilər. Bundan başqa, hökumətə bankir kimi, mərkəzi bank ictimai sektorda investisiyanı tətbiq etmək üçün fondları təmin edə bilər. (Artıq Azərbaycan Mərkəzi bank tərəfində həyata  keçirilməkdədir.)

3.Daxili Sabitlik:
İqtisadi artım məqsədi ilə birlikdə, Mərkəzi Bank həmçinin daxili qiymət stabilliyini saxlamağa çalışmalıdır. İnkişaf etməkdə olan ölkələr, əsasən inflyasiya təzyiqlərinə tez həssasdırlar. Mərkəzi bank inflyasiya tendensiyalarını idarə edə bilən və qiymət stabilliyinə təminat verə bilən valyuta siyasətini qəbul etməlidir. (Artıq AMB tərəfindən icra edilməkdədir) Burda bir məqamı nəzərinizə çatdırmaq istəyirəm : Sadə vətəndaşa deyəndə ki, inflyasiya azalır, adətən cavabı belə olur ki, “axı bahalaşma davam edir”. Çünki sadə vətəndaş inflyasiyanın azalmasını qiymətlərin düşməsi anlamında qəbul edir. Halbuki qiymətlərin düşməsinə iqtisadi ədəbiyyatda deflyasiya deyirlər. İnflyasiya səviyyəsinin azalması isə qiymətlərdəki bahalaşma tempinin azalması mənasına gəlir. Təbii ki, sadəcə, bir neçə malın qiymətinə baxaraq ümumi qiymətlər səviyyəsi haqqında fikir yürütmək doğru olmaz.

4. Bank Sisteminin İnkişafı:
İnkişafda olan və zəif inkişaf etmiş ölkələrin, yaxşı inkişaf etdirilən bank sistemləri yoxdur. Bu cür iqtisadiyyatda, mərkəzi bank yalnız birləşdirilmiş kommersiya bank sistemini inkişaf etdirmək üçün ölçüləri götürməməlidir, lakin həmçinin bilavasitə kommersiya  bankçılıq funksiyalarını öhdəsinə götürməkdən imtina etməməlidir.Qeyd etmək istəyirəm ki ,Azərbaycan Respublikasının bugün ki günündə hansı ki , müharibə vəziyyətində olan Azərbaycan Respublikası bu mühüm çətinliyə baxmayaraq inkişaf etmiş ölkələrin Mərkəzi Banklarından Azərbaycan Mərkəzi Bank heçdə geri qalmır və həmçinin  Azərbaycan Respublikasında olan  kommersiya bankları  çox sürətlə inkişaf edib və hətda dünya sferasına çıxada bilirlər)

5. Filial Genişlənməsi:
İnkişaf etməkdə olan ölkələrdə, kommersiya bankları şəhər ərazilərində öz sahələrini mərkəzləşdirir. Kənd təsərrüfatı sektoruna kredit vasitələrini ardıcıl artırmaq üçün, mərkəzi bank kənd yerlərində şöbə, genişlənməsi üçün proqram hazırlamalıdır. (Artıq AMB bu layihəni icra edir  və etməkdə də davam edir).

6. Maliyyə İnstitutlarının İnkişafı:
Kənd təsərrüfatı, sənaye, xarici ticarət, kimi iqtisadiyyatın aparıcı sektorlarının inkişafı və s. uzun müddətli maliyyə imkanları tələb edir. Bunun üçün, xüsusiləşdirilmiş maliyyə təşkilatları qurulmalıdır ki, bu sektorlara müddətli ssudaları  təmin etsin.( Beynəlxalq Maliyyə İnstitutlarına təklif ediəm )

7  Bank  vərdişlərinin  inkişafı:
Mərkəzi Bank özünün  müxtəlif  bank  nəzarəti  vasitələrindən ( yəni bankın uçot stavkası dəyişən nağd pul ehtiyat nisbəti  və s.)  və kommersiya banklarına  güzəştli  vasitələrlə kommersiya  banklarının  fəaliyyətləri  üzərindən  tam nəzarəti  tətbiq edir.  Bu bank sistemində  ictimai  inamı və insanların  bank vərdişlərinin inkişafında kömək imkanlarını yaradır. ( Bu artıq Azərbaycan Mərkəzi bank tərəfində həyata keçirilmişdir. )

8.Təlim Vasitələri:
İnkişaf etməkdə olan ölkələrdə bank sistemini inkişaf etdirməkdə əsas çətinlik öyrədilmiş ştatın çatışmazlığıdır. Mərləzi bank,  bankların personal tələblərini qarşılamaq üçün təlim vasitələrini nəzərə ala bilər.Banklarda fəaliyyət göstərən kadrların təhsilini təkmilləşdirilməsinə xüsusi diqqət yetirilməsi, kadrların dünyanın qabaqcıl universitetlərində magistratura pilləsində bilik və bacarıqlarının artırılması üçün, onların bank sistemi cəhətdən qabaqcıl ölkələrdə təcrübə keçmələri, ixtisas artırma kurslarına göndərilmələri üçün vəsait ayrılmalıdır. Bu vəsaiti ayırmağa maliyyə imkanı olmayan banklar isə, ən azından, banklarda  xarici mütəxəssislərin rəhbərliyi altında treyninqlər təşkil etməlidirlər. (AMB tərəfindən icra edilməkdədir  bu proses).

9. Müvafiq Faiz Struktu :
Mərkəzi bank ölkədə investisiyanın istiqamətinə təsir göstərmək üçün müvafiq faiz strukturunu qurmaqda kömək edə bilər. Zəif inkişaf etmiş ölkələrdə, aşağı faiz siyasəti investisiyanı həvəsləndirmək və inkişaf fəaliyyətlərini irəli çəkmək üçün zəruridir. Yenə də, müxtəlif faizləri qəbul etmək ilə, Mərkəzi Bank məhsuldar investisiyanı artıra və qeyri- məhsuldar investisiyaya əngəl törədə bilər.
a) Faiz dərəcəsinin artması (xüsusilə qısamüddətli) xaricdən götürülən borcların dəyərini qaldırır .
b)  Faiz dərəcəsinin yüksək olması daxili borcların həcmini artırır,bunun vasitəsiilə də daxili borca xidmət edən vergi yükünə əlavə yük olur.
c) Faiz dərəcəsinin artması dövlət səhmlərinin sahiblərini kapital itkisinə məruz qoyur ,bunun vasitəsilə də faiz dərəcəsi  aşağı düşən zaman kreditləri yeniləşdirmək də dövlət üçün çətinliklər yaradır;
d) Faiz dərəcəsi öz əməliyyatlarında aşağıda sadalanlar arasında  fərq qoymamalıdır :
(1) Məhsulların çox hissəsini ixrac edən və ixrac etməyən şirkətlər arasında ;
2) Yüksək sosial  dəyərli layihələr ( məsələn, böhranın aradan qaldırılması ) və az üstünlükləri  olanlar arasında.Bəzi vaxtlarda  da qısa müddətli fazi dərəcəsini fərqləndirərkən (minumum borc faiz vasitəsi ilə ) xarici kapitalın axarını dəyişmək lazım gəlir.Bu bizə faiz siyasətinin iki əsas zəif xüsusiyyətindən xəbər verir:
a)    Dünya faiz dərəcəsinin ümumi səviyyəsində müstəqil siyasət apara bilməz . Əgər, məsələn ABŞ dünyanın digər yerlərində olan aşağı faiz dərəcəsini saxlasa, balansda itkilər olar.
b)    Dövlət sektorunun borc tələbi  də  o qədər yüksək ola bilər ki  ki , yüksək faizli kreditlər  cəlb etmək lazım gələr.Belə nəticəyə gəlmək olar ki , dünya faiz dərəcəsinin ümumi səviyyəsində müstəqil siyasət apara bilmədikdə  onda onun mürəkkəb bir problem olduğunu görürük. Hər halda belə bir mürəkkəb problemi  zaman çərçivəsində həll etmək olar.

10. Digər Dəstəkləyici Rollar :
Mərkəzi bank bir sıra yardımçı vasitələr yerinə yetirə bilər. Məsələn, kənd təsərrüfatı, korporativ sektor, kiçik  ölçü sektoru, ixrac sektoru və s. Bu kimi müxtəlif prioritet sektorlara kömək etmək üçün  siyasət həyata keçirə bilər. (Artıq bu siyasətdə Azərbaycan Mərkəzi bank tərəfində icra edilib və edilməkdə də davam edir və daha da inkişaf etdirilməsini təklif edirəm).

Nəticə :Qısa olaraq, Mərkəzi Bank təkcə tənzimləyici kimi rol oynamamalıdır, lakin həmçinin inkişaf etmiş və inkişaf etmək də olan  ölkələrdə inkişafla bağlı rolu olmalıdır “bütün ölkənin maliyyələşən inkişafı fəaliyyəti üçün sistemin yaradılmasında və ya kömək etməkdə və nəzərdə tutulmuş istiqamətlərdə mövcud maliyyə axınlarının təmin edilməsində də birbaşa və aktiv rol  oynamalıdır.”Buna baxmayaraq AMB 20 il ərzində çox böyük işlər görmüş və ölkənin iqtisadi inkişafında öz fəaliyyətlərini tam dəqiq olaraq düzgün formada aparmış və bir çox  uğurlu  nailiyyətlər həyata keçirmiş və hal –hazırda da davam etdirməkdədir. Azərbaycan vətəndaşı kimi qeyd etmək istəyirəm ki bir daha Mərkəzi Bankın sədri Elman Rüstəmova və onun işçi heyətinə və Mərkəzi Bankın bütün işçi kollektivinə təşəkkürümu bildirirəm ki Azərbaycan Mərkəzi Bankın ölkə iqtisadiyyaında çox böyük rolu olmuşdur.
Məqalə  Ölkə iqtisadiyyatında Azərbaycan Mərkəzi Bankının 20 illik fəaliyyəti üçün nəzərdə tutulub və müsabiqə üçün yazılmışdır. 

  Müəllif: Abbasov İbrahim İsmayıl oğlu.  2000- ci ildə  Xəzər Universitetinin “ İqtisadiyyat və Menecement “ fakültəsinin “Maliyyə və Kredit” ixtisasına daxil olub bakalavır dərəcəsində təhsil alıb.  Hal- hazırda Tələbə Qəbulu Dövlət Komissiyası və Dövlət Qulluğu sahəsi üzrə Magistr imtahanlarına qəbul olmaq üçün izahlı “Məntiq” kitabının müəllifidir.

10.06.2008 – 12.09.2008 – Hyatt Regency otelində  “Ümumi gəlir üzrə auditor” vəzifəsi üzrə fəaliyyət göstərib .
15/09/2008 – 15/09/2009  -Fx  Financial Group – Treyder vəzifəsində çalşıb.
Hal- hazırda işsizdir. Müstəqil fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər