6 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan Mərkəzi Bankının sədri “Financial Times” qəzetinə müsahibə verib

Britaniyanın nüfuzlu “Financial Times” qəzeti Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun müsahibəsini dərc edib. Müsahibədə qeyd edilir ki, Azərbaycan manatın dollardan asılılığının azaldılmasını planlaşdırır.

E.Rüstəmov bildirib ki, fiskal və monetar siyasətə bəzi düzəlişlər edilməsi vacibdir. Mübadilə kursunda daha çevik hərəkət etməklə, tədricən inflyasiyanın hədəflənməsi rejiminə keçmək nəzərdə tutulur. Siyasi və iqtisadi sabitliyi yüksək qiymətləndirən Azərbaycan üçün manatın dollardan asılılığının azaldılması əsasdır, çünki iyun ayından bəri neftin qiyməti 47 faizə qədər aşağı düşüb. Ölkə ixracatının 95 faizini və dövlət gəlirlərinin 70 faizini neft və qaz təşkil edir.

Mərkəzi Bankın sədri diqqətə çatdırıb ki, 2015-ci il Azərbaycan iqtisadiyyatı üçün vacib illərdəndir. Bu ildə əsas məqsəd iqtisadiyyatın diversifikasiyası, yeni inkişaf modelinə keçmək və xammaldan asılılığın azaldılmasıdır.

E.Rüstəmov vurğulayıb ki, valyutanın dəyərdən düşməsi tədricən baş verə bilər və Mərkəzi Bank bu məsələdə əhalinin maraqlarını nəzərə alacaq. İqtisadiyyatın canlandırılması üçün Mərkəzi Bank məzənnə siyasətindən başqa, bir sıra monetar tədbirlər də həyata keçirir.

Son xəbərlər
Digər xəbərlər