12 C
Baku
Friday, March 29, 2024

Azərbaycan məşhurlarının sənətdən kənar biznesi

Şou – biznes nümayəndələri daima diqqət mərkəzindədirlər.  Ancaq son vatlar onlar tək sənətləri ilə deyil,  qalmaqalları, geyimləri və gəlir mənbələri ilə də  müzakirə olunurlar.

Böyük məbləğdə olan layihələri həyata keçirmək, klip çəkdirib, yeni mahnılar yazdırmaq üçün  toydan əldə olunan qazanc onlara kifayət etmir.  Və buna görə də onların əlavə biznesə ehtiyacı olur. Biz də şou əhlinin əlavə biznesləri ilə maraqlanıb, kiçik araşdırma apardıq.

Əməkdar artist Nüşabə Ələsgərli ilk biznes xanımları sırasındadır. Belə ki, biznesə gözəllik salonu açmasıyla atılan sənətçi eyni zamanda restoran idarəsi ilə məşğul olur.

Rəqqasə Fatimə Fətəliyeva əl işlərinin, nişan və toy üçün lazım olan avadanlıqların satışı ilə məşğul olur. Həmçinin Fatimə xınayaxdı mərasimləri təşkil edir. Bundan başqa rəqqasə pedaqoq kimi də fəaliyyət göstərir. Rəqsdən dərs keçən Fatimənin işçiləri kifayət qədərdir.

“Özünə Bax” layihəsinin rəhbəri, ATV kanalının siması Ruhi Əliyeva da biznes quran tanınmışlar sırasındadır. Əldə etdiyimiz məlumata əsasən, gözəl xanımın zinət əşyalarından ibarət mağazalar şəbəkəsi var.

Toppuş bacı Tünzalə Əliyeva da xınayaxdı mərasiminin təşkili ilə məşğul olan mərkəz idarə edir. Aktrisanın 20 nəfərə yaxın komandası mövcuddur.

Əvvəl rəqqasə kimi, sonra müğənni olan Sevda Sənaliyeva da sənətindən əlavə bizneslə məşğul olur. Belə ki, Sevdanın şirniyyat mağazası fəaliyyət göstərir.

Müğənni Manaf Ağayev isə toydan gələn gəlirlərini ev və maşına yatırır. Varlı müğənnilər sırasında adı hallanan Manaf bütöv toy oxumaqla yüksək gəlir əldə edir. Hətta müğənni 7 milyon miqdarında villa tikdirib.

Müğənni Elçin Hüseynov da sənətindən əlavə restoran rəhbəri vəzifəsinə sahibdir. Elçin bu işdə tək deyil, yaxın dostu Mətanət Əsədovanın şərikidir.

Müğənni Cavanşir Məmmədov varlı şou əhli sırasındadır. Təbii ki, bu var tək toy gəlirlərindən ibarət deyil. Müğənni avtomobil biznesi ilə məşğul olur.

Vizajist Nigar İbrahimova da biznesə atılan şou əhli sırasındadır. Belə ki, özünün ayrıca salonu olan Nigar eyni zamanda dünyanın məşhur markasının Azərbaycan üzrə nümayəndəsidir. Kosmetik mağaza sahibidir.

Müğənni Zamiq Hüseynov da biznes quran müğənnilər sırasındadır. Müğənni geyim mağazasının sahibidir. Sənətçinin sahib olduğu geyim mağazasını qardaşı idarə edir.

publika.az

Son xəbərlər
Digər xəbərlər