Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayev Sinqapura səfər çərçivəsində PSA İnternational şirkətinin Çin üzrə rəhbəri Lye Chee Whye-in rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Ş.Babayev öz sosial şəbəkə hesabında paylaşım edib.
“Görüşdə dəmiryol nəqliyyatı və limanların idarə olunmasında rəqəmsal həllərin tətbiqi ilə bağlı əməkdaşlıq imkanlarının genişləndirilməsi diqqət mərkəzində oldu. Həmçinin SMRT şirkətinin Qrup baş direktorunun müavini və prezidenti cənab Lee Ling Wee-nin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş zamanı metro nəqliyyatı istiqamətində birgə təşəbbüslər üçün potensial sahələrin müəyyənləşdirilməsini müzakirə etdik”, – deyə o qeyd edib.







