2020-ci ilin dekabr ayında Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 75,6 bənd təşkil edib.
Bu, noyabr ayına nisbətən 2 bənd az, 2019-cu ilin dekabr ayı ilə müqayisədə isə 2,2 bənd çoxdur.
Ötən ay manatın real effektiv məzənnəsi isə 100,4 bənd təşkil edib. Bu isə əvvəlki aya nisbətən 2,4 bənd az, illik müqayisədə isə 1,4 bənd çoxdur.