11 C
Baku
Monday, November 25, 2024

Azərbaycan manatının real effektiv məzənnəsi yenidən artıb

Azərbaycan manatının real effektiv məzənnəsi 2017-ci il dekabr ayının 1-nə 94,9 bənd təşkil edib.

Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən, bu, noyabrın 1-nə olan analoji göstəricidən 1,3 faiz bəndi çoxdur. Keçən ilin analoji dövründə olan göstəriciyə nisbətən isə real effektiv məzənnə 4,6 faiz bəndi artıb.

Real effektiv məzənnənin artmasına səbəb Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrin milli valyutaları – Türkiyə lirəsi, Rusiya rublu və Çin yuanının dollarla müqayisədə noyabr ayında ucuzlaşması amili göstərilir. Xatırladaq ki, manatın real effektiv məzənnəsi 2000-ci ildən hesablanır, minimum səviyyəsi 2004-cü ildə (74,2), maksimum səviyyəsi 2015-ci il yanvarında (153,1) qeydə alınıb. Maliyyə böhranı başlayandan isə minimum hədd 2016-cı il sentyabrın 1-də (87 bənd) olub.

Qeyd edək ki, real effektiv məzənnə – manatın ticarət tərəfdaşı olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişməsinin ticarət xüsusi çəkiləri və həmin ölkələrdə inflyasiya nəzərə alınmaqla həndəsi ortalamasını əks etdirir. Yəni milli valyutanın bir neçə valyutaya nəzərən orta çəkili dəyişmə indeksidir.

“Report”un analitik qrupu hesab edir ki, manatın real effektiv məzənnəsi üçün 85-90 bənd diapazonu qənaətbəxş səviyyədir. Dekabr ayının yekununda da real effektiv məzənnədə artım olacağı proqnozlaşdırılır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər