9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan “McKinsey” ilə birgə maliyyə inklüzivliyinin dərin diaqnostikasını aparacaq

Maliyyə sektorunun modernizasiyası üzrə nəzərdə tutulan irimiqyaslı tədbirlərin həyata keçirilməsi beynəlxalq əməkdaşlıqla hazırlanmış xüsusi proqramlarla təmin ediləcəkdir.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2021-ci il üzrə pul siyasətinə dair bəyanatında deyilir.

“McKinsey” ilə birgə hazırlanan proqram çərçivəsində maliyyə inklüzivliyinin dərin diaqnostikası aparılacaq, müvafiq strategiya və konkret fəaliyyət planı hazırlanacaqdır. Maliyyə sektorunun hərtərəfli və dərin diaqnostikasının aparılması üçün Dünya Bankı ilə FSAP İnkişaf Modulu Proqramı çərçivəsində əməkdaşlığa başlanmışdır. Kapital və sığorta sektorlarının inkişafı üzrə də beynəlxalq ekspertlərin iştirakı ilə spesifik proqramlar hazırlanıb və onların icrasına başlanılıb.

Maliyyə sektorunun başlıca ekosistem problemlərinin həlli üçün hökumətlə sıx koordinasiya təmin olunacaqdır. İqtisadi dövriyyənin ağardılması, makro-fiskal çərçivənin dayanıqlığının gücləndirilməsi, rəqabət mühitinin yaxşılaşdırılması və s. istiqamətlərdə islahatlar maliyyə sektorunun da fəaliyyətinə müsbət təsir edəcəkdir.

Son xəbərlər
Digər xəbərlər