Azərbaycan MDB-nin ən çox mütaliə edən ölkələrinin üçlüyünə daxildir.
Bu barədə TASS-ın baş direktoru Andrey Kondraşov XXXII Beynəlxalq kitab sərgi-yarmarkasında bildirib.
“Mədəniyyət sivilizasiyanın özəyidir. Son sorğuların nəticələrinə görə, Belarus MDB-də ən çox kitab oxunulan ölkədir. Hər min nəfərdən 369-u kitabxanalara gedir və il ərzində 69 milyon kitab götürürlər. İkinci yerdə Rusiya yerləşir”, – o bildirib.
A.Kondraşovun sözlərinə görə, üçüncü yerdə Azərbaycan, dördüncü yerdə isə Qazaxıstan qərarlaşıb.