10 C
Baku
Friday, December 13, 2024

Azərbaycan MDB ölkələri arasında ən yüksək nəticəyə malikdir

Sentyabrın 3-də Dünya İqtisadi Forumu “Qlobal Rəqabətlilik Hesabatı 2014-2015” nəşrini təqdim edib. 

Bu il Azərbaycan rəqabətlilik reytinqinə görə 144 dövlət arasında 38-ci yerdədir. 2013-2014-cü il hesabatında isə Azərbaycan 148 ölkə arasında 39-cu yeri tutmuşdu. Ölkəmiz MDB ölkələri arasında yenə ən yüksək nəticəyə malik olub.

Azərbaycan Marketinq Cəmiyyətindən bildiriblər ki, ölkəmizdə aparılan uğurlu iqtisadi islahatların və inkişaf tempinin öz əksini tapdığı bu indeksə görə, Azərbaycan 7 xallıq şkala üzrə 4,53 xal toplayıb. Hesabata əsasən, ölkəmiz Avropadan İtaliya (49-cu yer), Polşa (43-cü yer), Rumıniya (59-ci yer), eləcə də qonşu ölkələrdən Türkiyə (45-ci yer), Gürcüstan (69-cu yer) və İranı (83-cü yer) qabaqlayıb. Həmçinin Azərbaycan Litva (41-ci yer) və Latviyanı (42-ci yer) da arxada qoyub.

“Qlobal Rəqabətlilik Hesabatı 2014—2015” nəşrinə görə, dünyanın ən rəqabətqabiliyyətli ölkəsi isə İsveçrədir. İlk beşliyə daxil olan digər ölkələr Sinqapur, ABŞ, Finlandiya və Almaniyadır.

AzərTAc

Son xəbərlər
Digər xəbərlər