Azərbaycan 2020-ci ildə Müstəqil Dövlətlər Birliyinə (MDB) ixracı artırıb və idxalı isə azaldıb. Bu dəyişmələr nəticəsində Post-Sovet ölkələri ilə olan ticarətdəki mənfi saldonu bir qədər azalıb.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, Azərbaycan MDB ölkələrinə 2020-ci ilin yanvar və sentyabr aralığında $958.36 mln. məhsul ixrac edib, $1 988.38 mln. idxal edib. Bu isə $1 030.01 mln. həcmində mənfi ticarət saldosu deməkdir.
2019-cu ilin müvafiq dövrü, yəni, üç rüb ərzində mənfi saldo $1 573.53 mln. idi. Bu isə ölkəmizin bu il MDB-yə valyuta axınının $543.52 mln. (34.5%) azaldaraq, “qarşısını alması” deməkdir.
Azərbaycanın öncəki ildə 2 ölkə ilə cəmi müsbət ticarət saldosu olduğu halda, 2020-ci ildə 3 ölkəyə qədər artıb.
Məsələn, ötən il Azərbaycanın müsbət ticarət saldosu olan ölkələr: Tacikistan və Qırğızıstan idi, bu ilsə həmin siyahıya Belarus da daxil olub. Məlumat üçün bildirək ki, Belarus ötən ildən başlayaraq Azərbaycanda xam neftin idxalını davam etdirir.